525.Az

Türkiyənin məşhur “Hijazz” caz qrupu Bakıya gəlir


 

Türkiyənin məşhur “Hijazz” caz qrupu Bakıya gəlir<b style="color:red"></b> Oktyabrın 10-dan 16-dək Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakıda “Türkiyə caz festivalı” keçiriləcək.
 
Lent.az-ın AzərTAca istinadən verdiyi xəbərə görə, festival çərçivəsində oktyabrın 12-də Bakı Caz Mərkəzində Türkiyənin məşhur “Hijazz” qrupu tamaşaçılar qarşısında çıxış edəcək. Konsertə giriş sərbəstdir.
 
Qeyd edək ki, “Hijazz” qrupu Türkiyənin ən yaxşı musiqiçilərini bir araya gətirən bir layihədir. “Hijazz” qardaş ölkənin caz musiqisini dünyaya tanıda ən məşhur qruplardandır. Qrup Türkiyədə və xarici ölkələrdə keçirilən bir çox festivallarda iştirak edib.
 





02.10.2014    çap et  çap et