525.Az

ABŞ-ın Məxfi xidmətinin rəhbəri vəzifəsini tərk edir


 

ABŞ-ın Məxfi xidmətinin rəhbəri vəzifəsini tərk edir<b style="color:red"></b> ABŞ-ın Məxfi xidmətinin rəhbəri Culiya Pirson vəzifəsini tərk edir.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Daxili təhlükəsizlik naziri Cey Conson bildirib.
 
Bu yaxınlarda 42 yaşlı ABŞ vətəndaşı Omar Qonzales Ağ Evdə üstündə bıçaqla yaxalanmışdı. Məxfi xidmət əməkdaşları onu saxlayanadək o, Ağ Evin bir neçə zalını qət edə bilib. Sonra Qonzalesə məxsus avtomobildən iki balta, maçete və 800 patron götürülüb.
 
Culiya Pirson insident ilə bağlı rəsmi üzr istəmişdi.
 





02.10.2014    çap et  çap et