525.Az

Səfir "Financial Times"-a məktub yazdı


 

Səfir "Financial Times"-a məktub yazdı<b style="color:red"></b>

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə "Financial Times" qəzetində Dağlıq Qarabağla bağlı dərc olunan məqalə ilə əlaqədar sözügedən mətbuat orqanına məktub yazıb.

APA - nın verdiyi məlumata görə, səfir Dağlıq Qarabağın “mübahisəli anklav” olması fikrinə etiraz edib və bildirib ki, bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınan və ətrafındakı 7 rayonla birlikdə hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan hissəsidir.
 
“Hər şeyi öz adı ilə adlandırmaq lazımdır. Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınan və ətrafındakı 7 rayonu ilə birlikdə hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazisidir. Dağlıq Qarabağda və işğal olunmuş ətraf rayonlarda tanınmamış separatçı rejim mövcuddur. Bu, belə də adlandırılmalıdır. Ərazini “mübahisəli anklav” adlandırmaq beynəlxalq legitimlik qazanmağa çalışan separatçı rejimə sərf edir”, – deyə səfir qeyd edib.
 
T. Tağızadə əlavə edib ki, bu münaqişə yüz minlərlə azərbaycanlının doğma torpaqlardan qovulması ilə nəticələnib.
 
“Mən yaxşı xəbərdaram ki, “Financial Times” regionda dövlətlərin ərazi bütövlüyü məsələsini əsas götürür. Buna görə də, Azərbaycana aid olan məsələlərə münasibətdə də eyni həssaslığı görmək istərdim” – deyə diplomat məktubunda yazıb.

 





01.10.2014    çap et  çap et