525.Az

"Adiliyin şeiriyyəti" Müasir İncəsənət Məkanında


 

"Adiliyin şeiriyyəti" Müasir İncəsənət Məkanında <b style="color:red"></b>

Avstriyanın "VIENNAFAIR" adlı ən böyük müasir incəsənət yarmarkası bu il özünün 10 illik yubileyini qeyd edir. "YARAT" Müasir İncəsənət Məkanı oktyabrın 2-dən 5-dək "VIENNAFAIR The New Contemporary" sərgisində "Adiliyin şeiriyyəti" adlı tədbiri ilə təmsil olunacaq. Qurumun mətbuat xidmətindən "525" verilən məlumata görə, bu qeyri-kommersiya təşkilatı sözügedən tədbirin "VİENNA Focus" sərgisində iştirak edəcək.

Təşkilat sərgidə Bakının baxımsız köhnə şəxsi tikililərlə dolu ərazisində aparılan bərpa prosesinə müşahidəçi gözü ilə əsərlər yaratmış üç rəssamın işlərini nümayiş etdirəcək. Cəmiyyət, dəyişikliklər həsrət mövzuları ilə bağlı video, fotoşəkil installyasiyalar Sənan Ələsgərov, Aida Mahmudova Orxan Hüseynov tərəfindən təqdim olunacaq. Həmin yarmarka Mərkəzi, Şərqi Cənub-Şərqi Avropanın müasir incəsənət nümunələrinin sərgiləndiyi bir məkandır. Bu il yarmarkanın əhatə etdiyi coğrafiya genişlənib təqdim olunan ölkələr sırasında Azərbaycan da təmsil olunur. Sərginin müəssisələr, qeyri-kommersiya təşkilatları mədəni missiyalar üçün nəzərdə tutulan "VIENNA Focus" bölməsində ölkəmizin müasir incəsənətini "YARAT" təmsil edir. Hələ sovet dövründən Sovetskaya küçəsi nizamsız tikintinin aparılması səbəbindən əksər hallarda bir-birinə sıxılmış alçaq tikililəri, ensiz yolları dalanları ilə tanınırdı. Sovetlər dönəminin ərzaq əşya qıtlığı dövründə "qara bazar" məhz bu ərazidə geniş yayılmışdı. "Sovetskaya" adı ilə məşhur olan bu ərazi onun sakinləri şəhər həyatı tarixi ilə sıx bağlı, onun ayrılmaz hissəsi olublar. Ümumi baxımsızlıq abadsızlıqla yanaşı, burada daş evlərin, köhnə taxta qapıların ev əşyalarının gözəlliyini zərifliyini duymaq, habelə qonşuya daima kömək etməyə hazır olan cəsur, şücaətli xeyirxah insanları görmək olardı. "VIENNAFAIR" The New Contemporary" tədbirində "YARAT"ın adından çıxış edən rəssamlar Bakı mənzərəsinin müasirləşməsinə cavab olaraq "Adiliyin şeiriyyəti" mövzusunda sərgini təqdim edəcəklər. 1956- il təvəllüdlü Sənan Ələsgərov Bakının unudulmuş məkanlarını özünəməxsus baxışla təsvir edir. Uzun illərdir fotoqrafiya sahəsində çalışan Sənan Ələsgərov əsasən portret sənəti fotojurnalistika ilə məşğul olur, -qara şəkillərin çəkilməsinə üstünlük verir. Onun yeni silsilə fotolarında boş küçələr, telefon dirəkləri köhnə içməli su fəvvarələri kimi əski, dağıdılan "abidələr"ə diqqət yetirilib, silsilənin birinci şəklində dam örtüyü təsvir olunan əraziyə məxsus şəhər landşaftı təqdim olunub. 1978-ci il təvəllüdlü Orxan Hüseynov öz fikirlərini ifadə etmək məqsədilə rəssamlıq, installyasiya videoçəkiliş üslublarında çalışır son illər beynəlxalq nüfuz qazanan yeni Azərbaycan nəslinin nümayəndəsidir. Onun yeni əsərində Sovetskaya küçəsinin ətraflarında yaşayan insanların problemi qaldırılır. Bu şəkillər silsiləsində o, Bakının mərkəzində yerləşən ərazidə uşaqlıq çağında dostlarının ailəsinin həyatında baş verən məzəli təhlükəli hadisələri canlandırır.

1982-ci il təvəllüdlü Aida Mahmudovanın installyasiyasında Sovetskaya küçəsində yerləşən qapının bəzəkli hissəsinin sanki yeni təyinatı gerçəkləşib. Həmin hissə şəhər mühitinin aniliyini keçmiş zamanın xatirələrini canlandırmaqla, cilalanmış polad müstəviyə düşən "kölgələrlə" əhatə olunub. Bu Aida Mahmudovanın installyasiya, heykəltəraşlıq rəssamlıq sahələrində yaratdığı, Azərbaycanın müasirləşməsinə reaksiya olaraq ərsəyə gətirdiyi xatirə, həsrət mənliklə bağlı əsərlər silsiləsinə bir əlavədir. Aida Mahmudova həm rəssam, həm 2011-ci ildən yerli beynəlxalq səviyyədə müasir Azərbaycan incəsənətinin tanınması üçün məkanın yaradılması ilə məşğul olan "YARAT" təşkilatının təsisçisidir. O, Böyük Britaniyanın "Central Saint Martins College of Art and Design" təsviri incəsənət fakültəsinin məzunudur. Rəngkarlıq, fotoşəkil sənəti video-art üslublarının ünsürlərini özündə birləşdirən işləri bir çox ölkələrdə nümayiş olunub. Sərgi ilə bağlı əlavə məlumatı www.yarat.az, www.viennafair.at, www.thenewcontemporary.com, www.facebook.com/viennafair elektron mənbələrdən əldə etmək mümkündür.

S.ABDULLAYEVA

 





01.10.2014    çap et  çap et