525.Az

Həcc: mənası, dini mahiyyəti və tarixi


 

Həcc: mənası, dini mahiyyəti və tarixi<b style="color:red"></b>

Həcc - müqəddəs qəbul edilən yerləri dini məqsədlə ziyarət etməyə deyilir.

İbrani dilində "hag" şəklində olub "bayram" deməkdir. "Həcc" sözü "bir şeyin ətrafında fırlanmaq, dolanmaq" mənasındakı "hvg" gökündən törəyib. "Hac" ya "hag" sözü əski bir sami təbiri kimi ibrani dlindən başqa, arami sabii dillərində mövcuddur. Kəlmənin əsl anlamının "nəyinsə ətrafında fırlanma, dolanma halqa oyunu" olduğu, daha sonra "bayram" mənasını qazandığı bildirilir. Ərəb dilində "getmək, yönəlmək; ziyarət etmək" anlamlarına gələn "həcc" kəlməsi fiqh termini kimi imkanı olan hər bir müsəlmanın müəyyən zamanda Kəbəni, Arafat, Müzdəlifə Minanı ziyarət edərək bəzi dini vəzifələri yerinə yetirməklə müşayiət olunan ibadəti ifadə edir. Bu ibadəti yerinə yetirənlərə ənənə olaraq "hacı" deyilir.

Həccin təməlində üluhiyyətin hər hansı bir yerdə təcəlli etməsi inancı dayanır. Dinlərdə müqəddəs qəbul edilən yerlərin əslində məkan olma cəhətdən digər yerlərdən heç bir fərqi yoxdur. Amma burada üluhiyyətin təcəllisi, inancla bağlı bir hadisənin baş verməsi, yaxud buranın dini bir şəxsiyyətlə əlaqəsi məkanı digər yerlərdən fərqləndirərək müqəddəsləşdirir. Sözügedən məkanın əsrarəngiz olması qorxuducu vəsfi bir müqəddəslik ünsürüdür. Müqəddəs məkan insan tərəfindən seçilmiş deyil, kəşf ediləndir.

Müqəddəs məkan anlayış bu cür yerlərin ziyarəti tarix boyunca bütün inanclarda mövcud olub. Müqəddəs məkanların ziyarətinin səbəbi həmin məkanın müqəddəsliyinin bəxş edə biləcəyi maddi, mənəvi əxlaqi faydaları əldə etməkdir. Etdiyi bu ziyarətlə insan cismani rahatlıqdan tutmuş əbədi həyatın qazanılmasına qədər bir çox faydalar ümid edir.

Qəbiləpərəst, milli ümumbəşəri dinlərin hamısında müqəddəs qəbul edilən məkanlar bu məkanları ziyarət etmək ənənəsi mövcuddur. Həcc Yaxın Şərqdə miladdan öncə II minillikdən etibarən, xüsusilə vahələrdə şəhər mədəniyyətinin mövcud olduğu yerlərdə təşəkkül edib. II minilliyin üçüncü rübündə Babilistanda Nippur, Assuriyada Ninova bu cür ziyarət yerləri idi. Şumerlər dönəmindən başlayaraq həcc üçün müqəddəs sayılan güzərgahlar mövcud idi. Xetlərdə (m.ö. II minilliyin başlanğıcından m. Ö. VIII əsrin sonuna qədər Anadoluda dövlət quran bir xalq topluluğudur) kral baş rahib sifəti ilə hər il qış mövsümündə krallığın böyük ibadət mərkəzlərini ziyarət edərdi. Əski Çində, Hindistanda digər ölkələrdə müxtəlif yerlərdə müxtəlif adlarla ziyarətgahlar olub. Yapon inancına görə dağlar tanrıların yurdudur buna görə dağ təpələri yüzillər boyu həcc yeri olub. Yaponların "junrey" adlandırdıqları həcc müxtəlif yerlərdəki ziyarət mərkəzlərinə səyahəti ifadə edir. Yəhudilikdə xristianlıqda da müqəddəs yerlərin ziyarət edilməsi geniş tətbiq edilib. İlk xristianlar yəhudilikdə olduğu kimi Qüdsdəki məbədi ziyarət edirdilər. Bununla yanaşı kilsə yeni bir tapınaq qurmaq istəyirdi. Epifanenin bildirdiyinə görə, imperator Hadrianus 130-cu ildə etdiyi bir səyahətdə Qüdsdə hər şeyin dağıdılmış olduğunu, yalnız bir neçə ev Hz.İsanın səmaya yüksəlişindən sonra şagirdlərin toplandıqları evin yerində kiçik bir kilsənin olduğunu görüb sözügedən kiçik kilsə sonralar hacıların ziyarət etdikləri Sion kilsəsi olub.

Fələstinin müsəlmanların əlinə keçdikdən sonra Avropada yeni həcc mərkəzləri meydana gəlməyə başlayıb. Qüds, Roma İspaniyadakı Santiago de Compostela olmaqla dünyada üç xaç mərkəzini "müqəddəs il" münasibətilə ziyarət edənlərə Katolik kilsəsi tərəfindən indulgensiya  (bağışlama) verilir. Müqəddəs elan edilən illərdə həmin yerə həccə gedənlərin sayı artır.

Bu gün Avropada həcc məqsədi ilə ən çox ziyarət edilən yer Cənubi Fransadakı Lurddur (Lourdes). Təbabətin müalicə edə bilmədiyi xəstəlikləri çayın kənarında düzəldilmiş xüsusi vannaları ilə yaxşılaşdırdığına inanılan bu yeri ildə təqribən beş milyon adam ziyarət edir. İkinci yeri Portuqaliyadakı Fatima adlı həcc yeri tutur ki, bu da ildə dörd milyon zəvvarı qəbul edir. Parisdəki Bak (Rue du Bac) isə ildə 1milyon şəxs tərəfindən ziyarət edilməkdədir.

İslami qaynaqlara görə, həccin Hz.Adəmə qədər uzanan bir keçmişi vardır. Bir qismi yəhudi əfsanə müqəddəs yazılarına dayanan bəzi rəvayətlərə görə, Kəbəni öncə mələklər təvaf edib, daha sonra isə Hz.Adəm Allahın əmri ilə Məkkəyə gedərək Arafatda Hz.Həvva ilə tapışıb ona Beytullahın ətrafındakı həclə bağlı müqəddəs yerləri göstərən mələklərin rəhbərliyi ilə həcc edib. Hz. Şitin peyğəmbərliyi zamanı təmir olunan Kəbə Nuh tufanı zamanı qumlar altında qalıb, nəhayət, Hz.İbrahim oğlu İsmayıl tərəfindən qədim təməllər üzərində yenidən inşa olunub. Bəqərə surəsinin 127-ci ayəsi buna işarə edir:

"Onu da xatırla ki, İbrahim İsmail evin (Kəbənin) təməllərini ucaltdıqları zaman (belə dua edirdilər): "Ey Rəbbimiz! (bu işi) bizdən qəbul buyur! Şübhəsiz ki, (hər duanı) eşidən, (hər şeyi) bilən yalnız Sənsən!"

Həcc etmək İslamda namaz qılmaq oruc tutmaq kimi fərzdir, yəni Allahın əmridir. Qurani-Kərimdə buyurulur:

"Orada açıq-aydın dəlillər - İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıq içərisindədir. Getməyə gücü çatanın o evi ziyarət etməsi Allahın insanlar üzərində bir haqqıdır. Kim bunu inkar edərsə bilməlidir ki, Allah aləmlərə möhtac deyildir!" (Ali-İmran, 3/97).

İnsanları həcc etmək üçün Məkkəyə dəvət edən ilk peyğəmbərin Hz.İbrahim olduğu anlaşılır. Hz.İbrahim həccin təlimatını təsbit edərək Kəbənin hər il ziyarət edilməsini təmin edib oğlu Hz.İsmayılı orada qoyub, Fələstinə qayıdıb. Sonra gələn peyğəmbərlər ümmətləri Kəbəni ziyarət ediblər.

Yəmənli bədəvilər Məkkəni zəbt etdikdən sonra beş əsr davam edən hakimiyyətləri zamanı bütpərəstlik sürətlə yayılmağa başladı. Hz.Peyğəmbərin beşinci nəslindən  babası olan Kusey ibn Kilab zamanında Kəbənin qorunması yenidən Hz.İsmayılın nəvələrinə keçdi. Cahiliyyə dövründə Məkkə şəhər-dövləti on üzvlü bir məclis tərəfindən idarə edilir, ayrıca dörd xarici qəbilə həcc idarəçiliyində iştirak edirdi.

İslamın yaranışı zamanında Kəbəni təvaf etmə, ümrə ziyarəti, Arafat Müzdəlifədə dayanma, qurban kimi adətlər davam etdirilməkdə, həcc bütpərəstlik ənənələri ilə birlikdə mövcud olmaqda idi. Ümrə ziyarəti xurma mövsümünə təsadüf edən rəcəb ayında icra edilir, Kəbənin ziyarət edilməsi Səfa Mərva arasında yeddi dəfə yürüş etməklə tamamlanırdı. Minada üç gün müddətində şeytan daşlama qurban kəsmə mərasimi başa çatdıqdan sonra müxtəlif toplantılar təşkil olunur, şeirlər oxunur qəbilələr öz dədə-babaları ilə öyünürdülər. Bu haqda deyilir:

"Mərasiminizi tamamladıqda, atalarınızı andığınız kimi, hətta ondan da coşğun bir anma ilə Allahı anın! İnsanlardan eləsi vardır ki, "Rəbbimiz! Bizə (nəsibimizi) elə bu dünyada ver!" - deyər. Beləsinin axirətdə heç bir nəsibi yoxdur!" (əl-Bəqərə 2/200).

Cahiliyyə dövründə ərəblər Kəbəni əllərini bir-birinə keçirərək, əl-Ənfal surəsinin 35-ci ayəsində göstərildiyi kimi, fit verib əl çalmaqla təvaf edirdilər.

"Onların Kəbənin yanındakı duaları fit verib əl çalmaqdan başqa bir şey deyildir" (əl-Ənfal 8/35).

Hilləyə mənsub qəbilələr (Hillə - Cahiliyyə dövründə həcc Kəbə ilə bağlı heç bir imtiyaza sahib olmayan qəbilələr haqqında işlədilən termin) bəzən çılpaq təvaf edirdilər. Sonra tanrı "İsaf"ın bütünün yanında qurban kəsilir, qanından Kəbənin divarlarına sürtülürdü. Cahiliyyə ərəbləri Kəbədən başqa Lat, Mənat, Uzza Zulxaləsa kimi tanrıların tapınaqlarını, qəbilə başçılarının qəbirlərini təvaf edirdilər.

Hacılara su yemək ikram etmək adəti (səqayə, rifadə) çox qədim dövrlərdən bəri mövcud idi. Cahiliyyə dövründə bu vəzifələri icra etmək üçün xalqdan vergi toplanırdı. Daha sonra bu işi şərəf qazanmaq istəyən zənginlər öhdəsinə götürdü. Zəmzəm quyusu Hz.Peyğəmbərin babası Əbdülmüttəlib tərəfindən yenidən işə salındıqdan sonra səqayə vəzifəsi tamamilə buradan təmin olunmağa başladı. Əbdülmüttəlib dəvələrini sağar bunları bal ilə qarışdırıb zəmzəmlə bərabər hacılara paylayardı. İslamın zühuru zamanı bu vəzifəni Əbu Talib yerinə yetirirdi. Amma maliyyə vəziyyəti pisləşdiyi üçün bu işi kiçik qardaşı Abbasa tapşırdı. Abbas bu vəzifəni Məkkənin fəthinə qədər fasiləsiz davam etdirdi. Rəsuli-Əkrəm həcc əmiri vəzifəsini Əbu Bəkrə vermiş, Vida həccində bu işi öz öhdəsinə götürüb, dolayısı ilə vəfatından sonra yerinə keçən xəlifələr bu işi yürütməkdə davam ediblər. Məkkənin fəthindən sonra Kəbənin içində ətrafında olan bütlərlə birlikdə Hz.İbrahimin təbliğ etdiyi həcc ibadətində olmayan şirk ünsürləri tamamilə aradan qaldırılıb.

Arafat Minadakı ticarət yasağı da nazil olan ayə ilə ləğv edilib:

"(Həcc əsnasında ticarətlə məşğul olaraq) Rəbbinizdən lütf diləməyinizdə bir günah yoxdur. Arafatdan ayrılıb (sel kimi Müzdəlifəyə) axın etdiyiniz zaman Məşərulharamda Allahı zikr edin! Sizi hidayət etdiyinə görə Onu xatırlayın. Doğrusu, siz bundan əvvəl yolunu azmışlardan idiniz" (əl-Bəqərə 2/198).

İslamiyyətin yaranmasından sonra hillə əhli Səfa ilə Mərva arasında edilən səyi yerinə yetirmirdilər belə hesab edirdilər ki, bu, həcc mərasiminə aid deyildir. Amma nazil olan ayə səyin həcc mərasiminə daxil olduğunu açıqlayaraq şübhələrə son qoyub:

"Həqiqətən, Səfa Mərvə Allahın (dininin) əlamətlərindəndir. Evi (Kəbəni) həcc ya ümrə niyyəti ilə ziyarət edən şəxsin bunları təvaf etməsində heç bir günah yoxdur. Kim könüllü olaraq yaxşı bir görərsə, Allah bütün yaxşılıqları artıqlaması ilə mükafatlandırandır, etdiyiniz hər şeyi biləndir" (əl-Bəqərə2/158).

Həccin, çox ehtimal ki, Hz.İbrahimdən bəri yerinə yetirilən bir ibadət olmasına görə müsəlmanlara zaman fərz qılındığı barəsində fikir birliyi yoxdur. Qaynaqlarda hicrətin 5, 6, 7, 8, 9 10-cu illəri göstərilir. Amma 9-cu ildə fərz qılındığı görüşünün daha qüvvətli olduğu anlaşılır.

Həclə bağlı fiqhi hökmlər.  Qurani-Kərim gücü yetənlərin həcc vəzifəsini ifa etməsinin Allahın insanlar üzərində bir haqqı olduğunu bildirib. Hz.Peyğəmbər həccin İslamın beş şərtindən biri olduğunu söyləyib. İslam dininin praktik hökmlərini, müsəlmanların fərdi davranış sosial münasibətlərini "ibadət", "müamələt" "üqubat" olaraq üç başlıq altında nəzərdən keçirən fiqh kitablarında həcc ibadəti namaz, oruc zəkatdan sonra dördüncü yerdə xatırlanır "Kitabü-l-Həcc" başlığı altında araşdırılır.

Həcc icra edilməsi baxımından "ifrad", "təməttö" "qıran" şəklində üç yerə bölünür. İfrad həcci ümrəyə girmədən sadəcə həcc mərasimini yerinə yetirməklə icra edilir. Təməttö həccində ümrəyə girildikdən sonra ehramdan çıxılır, ardından eyni vaxtda təkrar həcc üçün ehrama girilərək həcc mərasimi icra edilir. Qıran həccində isə ehrama girərkən həm ümrəyə, həm həccə niyyət edilir eyni ehramla hər iki ibadət yerinə yetirilir.

Bir kəsə həccin fərz olması üçün onun müsəlman, ağıllı, həddi-buluğa çatması azad olması, xüsusilə, həcc vəzifəsini yerinə yetirmə imkanına sahib olması gərəkdir. Bu son şərt həcc yolçuluğuna çıxan şəxsin gedib qayıdana qədər həm özünün, həm himayəsində olanların sosial səviyyələrinə uyğun ölçüdə dolanacaqlarını təmin edəcək  maddi vəsaitə malik olması deməkdir.

 





01.10.2014    çap et  çap et