525.Az

"Milyonlarla insanın haqqı Xədicə İsmayıl, Leyla Yunus kimilərə qurban verilir"


 

"Milyonlarla insanın haqqı Xədicə İsmayıl, Leyla Yunus kimilərə qurban verilir"<b style="color:red"></b>

Elə məsələlər var ki, iqtidarlı-müxalifətli hər kəs bütün iddialarını bir kənara qoyub vahid mövqe nümayiş etdirməlidir. Xüsusilə , söhbət Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən, torpaqlarımızın işğaldan azad olunmasından gedirsə, heç bir Azərbaycan vətəndaşı məsələyə kortəbii münasibət bəsləməməlidir. Belə hərəkətlər vətəndaşlığa, insanlığa sığır. Xalqın ən ağrılı yeri olan Qarabağ işğalı, hələ həmin acıları yaşayan insanların yaddaşından silinməyib. Ancaq özlərini hüquq müdafiəçisi, araşdırmaçı hesab edən bəzi şəxslər xalqın bu yarasına duz səpməklə məşğuldurlar. Belə çirkin oyunlar birmənalı olaraq vətənə, onun daşına xəyanət kimi qiymətləndirilir.

 Millət vəkili Zahid Oruc hesab edir ki, Xədicə İsmayılın etdiyi hərəkətlər açıq şəkildə həyasızlıq nümunəsidir. O bildirib ki, Polşada ATƏT-in "Fundamental azadlıqlar" mövzusunda keçirilən zirvə toplantısında müxtəlif ölkələrinin tamamilə başqa məsələlər üzrə diskussiya apardığı bir şəraitdə Azərbaycanın rəsmi nümayəndəsi deyil, bir hüquq müdafiə qurumunun rəhbərinin çıxışına mane olaraq, müxtəlif şəxslərlə birgə etiraz kampaniyası keçirmək səviyyəsizliyin nümayişidir: "Adamdan soruşarlar ki, sən mətbuat təmsilçisisən, yoxsa siyasi hakimiyyət uğrunda mübarizənin bir qolu, qanadısan? Bu adamın fəaliyyətinin müxtəlif xüsusi xidmət orqanlarının patronajlığı altında olması dəfələrlə sübut olunub. Guya ki, afşor şirkətləri, afşor zonaları, hansısa ayrı-ayrı çirkli pulları aşkarlayır onu ifşa edir. Halbuki o məlumatların bir çoxu kompramat olaraq, müxtəlif formalarda ona təqdim edilir. O sadəcə, həmin hazır materiallardan bəhrələnir. Bu məlumatların əksəriyyəti ona ötürülmüş əsassız donioslardır. Düşünürəm ki, bu fonda Xədicə İsmayılın özünü hüquq müdafiə, normal media azadlıqlarına aid olan bir şəxs kimi təqdim etməyə mənəvi haqqı ixtiyarı yoxdur. Onlar elə milli problemləri gündəmə gətirərdilər ki, özlərinə əleyhdar olan şəxsləri fakt qarşısında qoyardılar. Onda görərdik bu insanlar milli maraqlar uğrunda mübarizənin mücahidləridir. Əksinə, onlar məlum qrantları doğrultmaq, qazanclarını artırmaq, məlum casus şəbəkəsinin mənafelərini toxunulmaz şəkildə ortaya qoymaq üçün addımlar atmağa hazırdırlar".

Millət vəkili Z.Oruc Avroparlamentarilərin söylədikləri nitqlərə baxmayaraq, yenə milli maraqların qorunmasını üstün tutaraq qərblə münasibətləri qoruyub saxlanıldığını bildirib. O əlavə edib ki, bəzi qərb qruplaşmaları isə apardıqları anti-Azərbaycan siyasəti ilə prosesə zərbə vururlar: "Elə bilin ki, milyonlarla insanın haqqı Xədicə İsmayıl, Leyla Yunus kimi insanlara qurban verilir. Hər kəs düşünə bilər ki, görəsən necə olmaq lazımdır ki, Avropa qurumları insanlara Leyla Yunus Xədicə İsmayıl kimi qiymət versin? Dahi Üzeyir bəyin təbili ilə desək, "nəyinə vurulublar bunların?" Belə şəxslər dövlətlərin idarə olunmasında mühüm bir alətdir, qərbin tənqid silahlarıdır. Sanki belə insanlarla ölkədaxili həyata barometr qoyulub. Bu cür alətlərdən istifadə edərək onlar maddi çıxarlarını qurmaqdadırlar. Ona görə , bu hərəkətləri açıq şəkildə səviyyəsizlik nümunəsi hesab edirəm".

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov qeyd edib ki, xarici dövlətdə Azərbaycanla bağlı ümummilli məsələ müzakirə olunursa, hüquq müdafiəçisi,  jurnalist ya adi vətəndaş olmasından asılı olmayaraq hər bir insan şəxsi intriqaları kənara qoyaraq öz dövlətinin, xalqının müdafiəsinə qalxmalıdır. Əksinə, ölkə daxilində olan məsələləri beynəlxalq müstəviyə qaldırmamalıdır: "Bu çox mənfi təəssüf doğuran haldır. Bu cür hərəkətlər törədən şəxslər tutduğu əməllərdən utanc hissi keçirməlidir. Ən azından biz eyni dövlətin, eyni xalqın nümayəndəsiyik. Bütün dünya ölkələrində ümummilli məsələlər müzakirə olunan zaman qeyri-etik artıq hərəkətlərə yol verilmir".

Ceyhun ABASOV

 





01.10.2014    çap et  çap et