525.Az

"21-ci əsrdə Ermənistan monoetnik ölkə olaraq qalır"


 

"21-ci əsrdə Ermənistan monoetnik ölkə olaraq qalır"<b style="color:red"></b>

"Neonasizm Avropada geniş vüsət almaqdadır. Əsas xüsusiyyətləri təcavüzkar milliyyətçilik irqçilik olmaqla o, beynəlxalq hüququn təməl normaları prinsiplərinin ciddi pozuntularına gətirib çıxarır, nəticədə bəşəriyyət dağıdıcı müharibələr, təcavüzkarlıq etnik təmizləmələrdən əziyyət çəkir".

Bunu Azərbaycanın Avropa Şurası Parlament Assamblyesındakı (AŞPA) nümayəndə heyətinin üzvi Sahibə Qafarova sözügedən qurumun davam etməkdə olan payız sessiyasında çıxışı zamanı dilə gətirib. Onun dediyinə görə, bu qəbildən olan etnik təmizləmələrdən biri Ermənistan tərəfindən 1 milyon azərbaycanlıya qarşı həyata keçirilib: "20 ildən çoxdur ki bu ölkə Azərbaycan ərazisinin 20 faizini zəbt etməklə onun ərazi bütövlüyünə qəsd edib. Sözügedən siyasət nəticəsində indiki Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində bir nəfər olsun azərbaycanlı yaşamır indi  yaşadığımız 21-ci əsrdə Ermənistan monoetnik ölkə olaraq qalır.  İnanıram ki, neonasizmə əks qüvvə olaraq tolerantlıq multikulturalizm çıxış edir. Mən hər sessiyadan sessiyaya burada Azərbaycan xalqı barədə yanlış məlumatlar səsləndirən Zöhrabyana cavab vermək istəyirəm. Fəxrlə söyləyə bilərəm ki, bu iki dəyər əsrlərlə Azərbaycanda mövcud olub. Ölkəmizdə müxtəlif dinlərin millətlərin nümayəndələri dinc yanaşı yaşamaqdadır".

S.Qafarova qeyd edib ki, bu gün Azərbaycanın ruslar, ukraynalılar , gürcülər ermənilərdən ibarət olan xristian icması yerli müsəlman icması ilə bərabər hüquqlardan yararlanır: "Bir neçə ay öncə ölkə prezidentinin fərmanı ilə Azərbaycanda Bakı Beynəlxalq Multikulturalizm mərkəzi təsis edilib.  Bu addım multikultiralizm sahəsində ölkədə əsrlərdən bəri toplanmış böyük tarixi təcrübəyə qayğı zərurətindən qaynaqlanır. Bir neçə gün sonra Bakı 4- humanitar foruma ev sahibliyi edəcək multikulturalizm tədbirin əsas müzakirə obyektlərindən olacaq. Sonda demək istəyirəm ki, müasir dünyada tolerantlıq multikulturalizmə praktiki olaraq heç bir alternativ yoxdur. İnanıram ki, hamımızın ümumi məkanı olan Avropada bunu gerçəkləşdirə bilərik".

Kamil HƏMZƏOĞLU

 





01.10.2014    çap et  çap et