525.Az

TEAS “Azərbaycan - idman foto obyektivdə” adlı yeni müsabiqə keçirir


 

TEAS “Azərbaycan - idman foto obyektivdə” adlı yeni müsabiqə keçirir<b style="color:red"></b>

Avropa Azərbaycan Cəmiyyəti (TEAS) 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına həsr edilmiş “Azərbaycan - idman foto obyektivdə” adlı fotomüsabiqə keçirir.

Cəmiyyətdən APA- ya verilən məlumata görə, müsabiqəyə hər janrda fotoşəkillər təqdim oluna bilər.
 
Mövzu Azərbaycanın təqdimatı və idmanın müxtəlif növləri ilə bağlı ola bilər. Seçim turunda idman yarışlarının dəyərini və ruhunu əks etdirən fotolara üstünlük veriləcək.
 
Müsabiqə qaliblərinin seçilmiş işləri Avropa Azərbaycan Cəmiyyətinin nümayəndəliklərinin yerləşdiyi şəhərlərdə - London, Paris, Berlin, Brüssel, İstanbul və Bakıda nümayiş etdiriləcək.
 
Münsiflər heyətinə Ed Kaşi, Filip Ratmer kimi dünya şöhrətli fotoqraflar da daxildir.
 
Qalib peşəkar və həvəskar fotoqrafları bu müsabiqədə mükafatlar gözləyir. Bu mükafatlara Bakıya təyyarə bileti (gediş-gəliş) və mehmanxanada qalmaq üçün yer, 2015-ci il I Avropa Oyunlarını izləmək üçün bir həftəlik giriş bileti, yarışlar zamanı Bakıda maraqlı həftəsonu keçirmək imkanları, oyunlara bir günlük giriş bileti və İPad daxildir.
 
Əgər qalib Bakıdandırsa, o zaman o, Paris, London, Berlin, Brüssel və ya İstanbul şəhərlərinə təyyarə bileti (gediş-gəliş) qazanacaq.

 





01.10.2014    çap et  çap et