525.Az

Müasir Müsavat Partiyası mitinq təyin edib


 

Müasir Müsavat Partiyası mitinq təyin edib<b style="color:red"></b> Müasir Müsavat Partiyasının (MMP) mərkəzi qərargahında İdarə Heyətinin və rayon təşkilatlarının sədrlərinin iştirakı ilə toplantı keçirilib.
 
Partiyadan APA-ya verilən məlumata görə, toplantıda Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi qətnamə müzakirə edilərək pislənilib.
 
İdarə Heyətinin üzvləri baş verənləri Azərbaycanın inkişafından narahat olan qüvvələrin təxribatı hesab ediblər. Qeyd olunan məsələlərlə bağlı etiraz aksiyasının keçirilməsi təklif olunub.
 
Qərara alınıb ki, oktyabrın 12-si saat 15.00-da mitinq keçirilsin. Aksiyaya yer alınması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq.
 





01.10.2014    çap et  çap et