525.Az

İlham Əliyev İSESCO-nun baş direktorunu qəbul edib


 

İlham Əliyev İSESCO-nun baş direktorunu qəbul edib<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib.
 
525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanla İSESCO arasında uzun illər davam edən səmərəli əməkdaşlığın uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub, əlaqələrimizin bundan sonra daha da inkişaf etdiriləcəyinə əminlik bildirilib.
 
Söhbət zamanı Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışılıb, xalqlararası əlaqələrin və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi baxımından Forumun önəmi vurğulanıb.
 





01.10.2014    çap et  çap et