525.Az

Şeyx Məhərrəm ayında toy mərasimlərinin keçirilməsini yasaq olduğunu bildirib


 

Şeyx Məhərrəm ayında toy mərasimlərinin keçirilməsini yasaq olduğunu bildirib<b style="color:red"></b>

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə Məhərrəmlik zamanı toy mərasimlərinin keçirilməsinin bütün hallarda yasaq olduğunu bildirib.

APA-nın xəbərinə görə, qurumun internet səhifəsində bununla bağlı vətəndaşlardan göndərilən rəsmi məktuba cavab verilib.
 
Oktyabrın sonu üçün toy mərasimin keçirilməsinin münasib olub-olmaması ilə bağlı Allahşükür Paşazadəyə ünvanlanan məktuba şeyxülislam belə cavab verib: “Allah sizi və övladınızı xoşbəxt eləsin. Məhərrəm ayının dini matəm ayı olduğunu, eləcə də 25 oktyabr 2014-cü il tarixində artıq matəm ayının başlanacağını nəzərə alaraq toyun tarixinin dəyişdirilməsi məsləhət görülür”.

 





01.10.2014    çap et  çap et