525.Az
AZAL Bakı-Bişkek-Bakı istiqaməti üzrə uçuşlara başlayır
“Azərbaycan Hava Yolları” QSC (AZAL) oktyabrın 26-dan etibarən Bakı-Bişkek-Bakı birbaşa aviareyslərini yerinə yetirəcək.
Qırğızıstanın Azərbaycandakı Səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, ilk reys oktyabrın 26-da, həftənin bazar günü saat 10:00-da yerinə yetiriləcək.
Ümumilikdə bu marşrut üzrə uçuşlar həftənin çərşənbə axşamı və bazar günləri olmaqla iki dəfə həyata keçiriləcək.
Uçuşlar “Airbus” sərnişin tipli təyyarədə reallaşdırılacaq.
01.10.2014 çap et