525.Az

Dövlət müşavirindən multikultural təhlükəsizliklə bağlı təklif


 

Dövlət müşavirindən multikultural təhlükəsizliklə bağlı təklif<b style="color:red"></b> “Milli təhlükəsizlik doktrinalarının sırasına yeni bir təhlükəsizlik komponenti də daxil etməlidir. Bu, multikultural təhlükəsizlik adlandırıla bilər və geniş mənəvi spektri nəzərdə tutardı”.

Lent.az-ın məlumatına görə, bunu millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu gün öz multikultural təhlükəsizliyini bir sistemə dönüşdürüb bunun ciddi, məsuliyyətli və önəmli dönəmini yaşayır.

“Bu yaxınlarda Dövlət müşavirliyi xidmətinin fəaliyyətə başlaması ilə əlaqədar mən yenə də Azərbaycanın müxtəlif bölgələrində - sərhəd və dağ kəndlərində, rayonlarda, böyük şəhərlərdə oldum. Məscidlərdə, kilsələrdə, sinaqoq və məbədlərdə din adamları ilə görüşdüm. Rayon mərkəzlərində, ucqar kənd məktəblərində ziyalılarla fikir mübadiləsi apardım. Yenə də sadə insanlardan onların ehtiyacları, arzuları barədə soruşdum və  xahişlər oldu. Bütün xahişlər ictimai xarakterli idi”-deyə, dövlət müşaviri əlavə edib.

O vurğulayıb ki, xahişlər, arzular məktəblə və tədrislə, gənclərimizin, yeniyetmələrimizin tərbiyəsi və Azərbaycanın inkişafı fonunda ləyaqətli vətəndaş cəmiyyəti yaratmaqla bağlı idi:
 
“Bunu onu göstərir ki, insanlar artıq ictimai mənafeni şəxsi mənafedən irəli çıxara bilirlər”.
 





01.10.2014    çap et  çap et