525.Az

"Korrupsiyaya görə 191 cinayət işi məhkəmələrə göndərilib"


 

"Korrupsiyaya görə 191 cinayət işi məhkəmələrə göndərilib"<b style="color:red"></b> “Baş Prokurorluq tərəfindən qanunvericilik təşəbbüsü hüququndan istifadə etməklə qanunvericilikdə müvafiq dəyişikliyin edilməsinə dair təkliflərin hazırlanıb Milli Məclisə təqdim edilməsi ölkədə daha təkmil antikorrupsion qanunvericiliyin formalaşmasına şərait yaratmaqla  korrupsiyaya qarşı mübarizəni gücləndirəcək”.

Lent.az-ın məlumatına görə, bunu baş prokuror, general-polkovnik Zakir Qaralov "Azərbaycan" qəzetində dərc etdirdiyi məqaləsində bildirib.

Z. Qaralov bildirib ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətinin səmərəliliyinin artırılması üzrə görülmüş tədbirlər nəticəsində bu orqanın göstəricilərinin ildən-ilə daha da yüksəlməsi prosesi ötən dövrdə də davam edib.
 
“Belə ki, ötən bir il ərzində Baş İdarənin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə 5800-dən yuxarı müraciət daxil olmuşdur ki, onların baxılması nəticəsində müəyyən qismi əsaslı olduğundan müsbət həll edilərək vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş, bir sıra vəzifəli şəxslər intizam məsuliyyətinə cəlb edilib. 18 müraciət üzrə isə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb”.
 
Generalın sözlərinə görə, korrupsiya hüquqpozmaları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər üzrə aparılan təhlil və ümumiləşdirmələr nəticəsində korrupsiya hallarının baş verdiyi sahələr müəyyən edilməklə onlar üzrə preventiv tədbirlərin həyata keçirilməsi barədə təkliflər hazırlanıb göndərilib.
 
“Son bir il müddətində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 286 şəxs barəsində 191 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib”.
 





01.10.2014    çap et  çap et