525.Az

Baş prokuror cəzalandırılan prokurorların sayını açıqladı


 

Baş prokuror cəzalandırılan prokurorların sayını açıqladı<b style="color:red"></b> “Ötən bir il ərzində prokurorluq orqanları üzrə 168 prokurorluq işçisinin iş yeri və ya vəzifəsi dəyişdirilib, onlardan 75 işçi yuxarı, 73 işçi isə eyni təsnifat vəzifələrə təyin olunublar”.

Lent.az-ın məlumatına görə, bunu baş prokuror Zakir Qaralov "Azərbaycan" qəzetində dərc etdirdiyi məqaləsində bildirib.
 
O qeyd edib ki, prokurorluq işçilərinin xidməti fəallığının və məsuliyyət hissinin artırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilib, kadrlarla iş sahəsində görülmüş tədbirlər nəticəsində tələbkarlıq daha da artıb, əmək və icra intizamına nəzarət gücləndirilmiş, prokurorluq işçisinə yaraşmayan hərəkətlərə və fəaliyyətlərində qanunsuzluq hallarına yol vermiş prokurorluq işçilərinə münasibətdə prinsipiallıq mövqeyindən yanaşılıb.
 
“Bu müddətdə 118 prokurorluq işçisi barəsində həvəsləndirmə tədbiri tətbiq olunub. Prokurorluq orqanları üzrə 3 prokurorluq işçisinə ali xüsusi, 170 prokurorluq işçisinə isə xüsusi və hərbi rütbələr verilmişdir.

Xidməti və ya əmək intizamının tələblərini pozduğuna, yaxud digər qanunsuz  hallara yol verdiklərinə görə 48 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmiş, o cümlədən 30 nəfərə şiddətli töhmət və töhmət verilib, 5 nəfər vəzifədən azad edilib, 4 nəfər isə prokurorluqda xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə prokurorluq orqanlarından xaric ediliblər”.
 
Z. Qaralovun sözlərinə görə, korrupsiya ilə səmərəli mübarizənin aparılması üçün ölkədə onun mövcudluğunu şərtləndirən amillərin aradan qaldırılması istiqamətində kompleks, o cümlədən institusional  və təşkilati tədbirlərin görülməsi, ardıcıl islahatların həyata keçirilməsi, dövlət idarə və müəssisələrinin fəaliyyətində aşkarlığın və şəffaflığın artırılması, görülən işlər və əldə edilən nəticələr barədə ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılması, əhaliyə göstərilən xidmətlərin elektron vasitələrlə həyata keçirilməsinin genişləndirilməsi, məmur-vətəndaş əlaqəsini minimuma endirən elektron texnologiyanın tətbiqi, xidmətlərin göstərilməsi prosedurunun sadələşdirilməsi, sui-istifadə hallarına yol verməyən idarəetmənin həyata keçirilməsi, neqativ hallarla mübarizədə ictimaiyyətin köməyindən daha geniş istifadə edilməsi  ilə yanaşı, bu sosial bəla ilə bağlı olan cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsinin, onlar barəsində  məsuliyyətin labüdlüyü prinsipinin təmin edilməsi, bu qəbildən olan cinayətlərə qarşı vaxtında preventiv fəaliyyətin həyata keçirilməsi üzrə müntəzəm iş aparılması vacib şərtdir.
 
“Korrupsiya ilə bağlı cinayətlərlə əlaqədar ibtidai istintaq və əməliyyat-axtarış fəaliyyətinin aparılması üzrə ixtisaslaşdırılmış dövlət orqanı  funksiyalarını həyata keçirən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyəti bu sosial bəlanın aradan qaldırılmasında, onunla səmərəli mübarizənin aparılmasında mühüm əhəmiyyətə malik olduğundan bu mühüm dövlət orqanının təkmilləşdirilməsi, onun təşkilati əsaslarının gücləndirilməsi, statusunun artırılması və səlahiyyətlərinin genişləndirilməsi istiqamətində önəmli işlər görülməklə ciddi islahatlar davam etdirilib”.
 





01.10.2014    çap et  çap et