525.Az

Putin və Pan Gi Mun arasında telefon danışığı olub


 

Putin və Pan Gi Mun arasında telefon danışığı olub<b style="color:red"></b> Rusiya Prezidenti Vladimir Putin və BMT baş katibi Pan Gi Mun arasında telefon danışığı olub.
 
APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tərəflər Ukraynada yaranmış böhranı müzakirə edərək Minsk toplantısında ölkənin cənub-şərqində əldə   edilmiş atəşkəsi alqışlayıblar.
 
Rusiya dövlət başçısı və BMT baş katibi “İslam Dövləti”nə qarşı dünya ictimaiyyətinin  mübarizə yolları ilə bağlı da fikir mübadiləsi aparıblar.
 
V. Putin bir daha vurğulayıb ki, terrorçuların Suriyada yerləşən bazalarına rəsmi Dəməşqin icazəsi olmadan aviazərbələr endirilməsi düzgün deyil.
 
Tərəflər Əfqanıstanda vəziyyəti müzakirə edərkən bu ölkədən gələn narkotik təhlükəsinə qarşı mübarizə yolları üzərində xüsusi dayanıblar.
 





23.09.2014    çap et  çap et