525.Az

Paytaxtda televiziya aparıcısını bıçaqladılar


 

Paytaxtda televiziya aparıcısını bıçaqladılar<b style="color:red"></b>

Paytaxtın Yasamal rayonu Yaşar Abdullayev küçəsində bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, "Xəzər" televizyasinda "Ləziz dad" proqramının aparıcısı olan Ağakərim Şamidzadə yaşadığı evin qarşısında qonşusu tərəfindən bıçaqlanıb.
 
Qonşuların verdiyi məlumata  görə, hadisəyə səbəb Ağakərimin avtomobilinə oturan  qonşusunu düşürmək istəməsi olub. Yaranan mübahisə zamani Elvin adli şəxs Ağakərimə bir bıçaq zərbəsi vurub.
 
Məlumata görə, hadisə tördədən şəxs lal və spirtli içki aludəçisi imiş. Faktla bağlı Yasamal Rayonu 28-ci Polis bölməsinin əmək daşlari tərəfində hadisəni törədən şəxsin tutlmasi istiqamətində iş aparlır.

 





23.09.2014    çap et  çap et