525.Az

Səhiyyə müəssisələrində yoxlama aparılır


 

Səhiyyə müəssisələrində yoxlama aparılır<b style="color:red"></b> Hesablama Palatasının kollegiya iclasında bir sıra dövlət qurumlarında yoxlamalar aparılması müzakirə edilib.

Palatadan Lent.az-a verilən məlumata görə, iclasda dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” üzrə Səhiyyə Nazirliyinə səhiyyə obyektlərinin tikintisinə və təmirinə, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar xidmətinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı aparılan yoxlamalar müzakirə olunub.
 
Həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Arxeoloji və Etnoqrafiya İnstitutuna dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların istifadəsinə dair audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunub.
 
Müzakirələrdən sonra müvafiq qərarlar qəbul edilib.
 
Zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.
 





23.09.2014    çap et  çap et