525.Az
Müsavat Partiyası Əmircandakı Mədəniyyət Evinin rəhbərliyi ilə müqavilə şərtlərini razılaşdıracaq
Bu gün Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib.
Partiyadan APA-ya verilən məlumata görə, iclasda partiyanın VIII qurultayına ayrılan yerlə bağlı Bakı şəhər İcra Hakimiyyətinin məktubuna uyğun olaraq Suraxanı rayonu, Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin rəhbərliyi ilə müqavilə şərtlərinin dəqiqləşdirilməsi barədə qərar qəbul edilib.
Qurultay nümayəndələri, qonaqlar və jurnalistlər üçün hazırlanan mandatın eskizi təsdiqlənib.
Toplantıda partiyanın proqramına təklif olunan dəyişiklik və əlavələr də müzakirə edilib.
22.09.2014 çap et