525.Az

Kainatın ən böyük sirri tapıldı?


 

Kainatın ən böyük sirri tapıldı?<b style="color:red"></b> Kainatın meydana gəlməsində böyük rol oynadığı hesab edilən "Tanrı hissəciyi"nin tapıldığı barədə məlumatlar yayılır.

Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

"Hiqs bozonu" və ya məşhur "Tanrı hissəciyi" adlanan bu iki söz fizika ilə arası yaxşı olmayan bir çox adamlar üçün bir məna ifadə etməsə də, müasir fizikanın qarşı-qarşıya olduğu ən böyük tapmaca bu sözlərdə gizlənib.

Kainatdakı hər şeyə kütlə qazandıran, bu səbəbdən də maddənin və kainatın meydana gəlməsində böyük rol oynadığı düşünülən "Tanrı hissəciyi"nin sirrini tapmaq üçün 2008-ci ildən bəri dünyanın 37 ölkəsindən 2 min elm adamı var gücü ilə çalışır. 10 milyard avro büdcəyə malik, elm tarixinin ən əhəmiyyətli və ən bahalı təcrübəsi olaraq qəbul edilən bu işdə İsveçrə ilə Fransa arasındakı bir bölgədə qurulan 27 kilometrlik tuneldə işıq sürətində bir-birinə çarpılan atomların ortaya çıxardığı məlumatlar araşdırılıb.

Təcrübələr tamamlanıb

Bu araşdırmada tam olaraq hansı nəticənin əldə olunduğu hələ rəsmi olaraq açıqlanmayıb. Ancaq elm dünyasında "Tanrı hissəciyi"nin sirrinin tapıldığı ilə bağlı iddia artıq geniş əks-səda doğurub. Təcrübəni həyata keçirən İsveçrənin Cenevrə şəhərindəki CERN laboratoriyasında sabah keçiriləcək mətbuat konfransında bu barədə elan ediləcəyi gözlənilir. Xatırladaq ki, CERN mütəxəssisləri keçən ilin dekabr ayında mətbuat konfransı təşkil edərək "Tanrı hissəciyi"nin izlərinə rast gəldiklərini, ancaq onun mövcudluğunu qəti şərh etmək üçün daha çox təcrübə aparılmasının lazım olduğunu bildirmişdilər.

Aylardan bəri təcrübənin nəticələri üzərində çalışan elm adamlarının sabah mətbuat konfransında edəcəkləri bəyanatlar böyük həyəcan yaradıb. İddiaya görə, CERN mütəxəssisləri dekabr ayında etdikləri şərh əsasında əllərindəki məlumatların "Tanrı hissəciyi"nə işarə etdiyinə 100-də 90 faiz əmin idilər. Ancaq belə bir cəsarətli bəyanat üçün daha çox çalışmaq lazım idi.

Qeyd edək ki, mütəxəssislərin sabahkı mətbuat konfransında "Yüzdə 99.99 faiz əminik" deyəcəkləri güman edilir. "Tanrı hissəciyi"nin mövcudluğunun sübut edilməsinin son 60 ildə əldə edilən ən əhəmiyyətli elmi müvəffəqiyyətlərdən biri olacağı zənn edilir.

Tanrı hissəciyi nədir?

"Kainatı inşa edən kərpic", "Yaradılış mələyi" və "Tanrı hissəciyi" olaraq adlandırılan "Hiqqs bozonu" müasir fizikada maddənin necə meydana gəldiyini anlamaq baxımından çox böyük əhəmiyyətə malikdir. 13,7 milyard il əvvəl yaşanan böyük partlayışdan meydana gəldiyi hesab edilən "Hiqqs bozonu"nun qalaktikaların, ulduzların və planetləri ortaya çıxaran kosmos dağıntısının mənbəyi olduğu hesab edilir.
 





22.09.2014    çap et  çap et