525.Az

Salam Sarvan dekan oldu


 

Salam Sarvan dekan oldu<b style="color:red"></b>

Bakı Slavyan Universitetinin yaradıcılıq fakültəsinin dekanı vəzifəsinə təyin edilən şair Salam Sarvan “Kult.az” saytının baş redaktoru postunda da qalacaq.

Sentyabrın 22-də “Media forum” saytına danışan şair özü belə deyib: “Dekan vəzifəsi jurnalist fəaliyyətimə, “Kult.az” saytının baş redaktoru kimi çalışmağıma mane olmur”.

48 yaşlı Salam Sarvan Sankt-Peterburq Maliyyə İqtisad İnstitutunu bitirib.

Bakı Slavyan Universitetində 2007-ci ildə fəaliyyət göstərən yaradıcılıq fakültəsinin məqsədi tələbələrin və istedadlı gənclərin estetik-bədii tərbiyəsinin gücləndirilməsi, yaradıcılıq potensialının aşkarlanması və püxtələşməsi, ədəbi mühitin formalaşmasına təkan verməkdir.

Dinləyicilərə iki il ərzində mədəniyyət tarixi, fəlsəfə, mifologiya, poetika və ritorika, Azərbaycan və dünya ədəbiyyatı və başqa fənlərdən mühazirələr və xüsusi kurslar oxunur, tanınmış ədiblər poeziya, nəsr, dramaturgiya, ədəbi tənqid üzrə sənətkarlıq dərsləri aparır.

 





22.09.2014    çap et  çap et