525.Az

Taleh Bağırov Elmira Süleymanovaya təşəkkür edib


 

Taleh Bağırov Elmira Süleymanovaya təşəkkür edib<b style="color:red"></b>

Vəkil Cavad Cavadlı 12 saylı Cəzaçəkmə Müəssisəsində ilahiyyatçı Taleh Bağırovla görüşüb.

“Media forum” saytına danışan vəkil deyib ki, Taleh Bağırovla iş üzrə müzakirələr aparıb:
 
“Saxlanma şəraitindən şikayəti yoxdur. Görüş verilməməsində yaranmış problemlər aradan qaldırılıb.

Məsələnin həllini tapması ombudsman Elmira Süleymanovanın müdaxiləsindən sonra mümkün olub. Taleh Bağırov buna görə Elmira Süleymanovaya təşəkkürünü bildirdi”.

Taleh Bağırov ötən il martın 31-də tutulub. Sabunçu Rayon Məhkəməsi onu qanunsuz narkotik vasitə saxlamada təqsirli bilərək 2 il müddətinə azadlıqdan məhrum edib. Bu il avqustun 13-də Taleh Bağırovdan mobil telefon tapıldığına görə məhkəmə cəza müddətinə 4 ay da əlavə edib.

 





22.09.2014    çap et  çap et