525.Az

Qurbanlıq heyvanların satışı təşkil ediləcək


 

Qurbanlıq heyvanların satışı təşkil ediləcək<b style="color:red"></b>

Qurban Bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə bayram günlərində Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə bazardakı qiymətlərlə müqayisədə daha ucuz qurbanlıq heyvanların satışı təşkil ediləcək.

İqtisadiyyat və sənaye nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, satış yerlərinin ünvanları barədə əlavə məlumat veriləcək.
 
Qeyd edək ki, qurbanlıq heyvanlarının satışı İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirlikləri Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları tərəfindən heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə təşkil olunur

 





22.09.2014    çap et  çap et