525.Az

Qapı - Cavid Qədir yazır


 

Qapı - <b style="color:red">Cavid Qədir yazır</b>

Günəş ona rahat ölümü çox görmək niyyətində idi. Özü inanmışdı buna. Nədən ki, o öləndə gün günorta yerindəydi. Günəşin şüaları nazik pərdəni dəlib keçir, ox kimi onun bəbəklərinə sancılırdı. Onunçün var gücüylə gecəyə qədər dözməyə çalışırdı (Öləcəyini bilirdi). Qaranlığı sevirdi. Qaranlıq onu, onun bütün əzablarını gizlədirdi hamıdanən məhrəm sirdaşıydı...

... Günəş qalibanə təbəssümlə zenitə çatanda o, sonuncu dəfə həyata gözlərini açdıbir daha qapamamaq şərtiylə... heç görmədən. Zatən, insanlar bu dünyaya kor gəlib, kor da gedirlər. Nəsə gördüyünü iddia edənlərsə boşboğazdırlar sadəcə....

... Öldüyünü ilk bilən hər səhər axşam onu yoluxmağa gələn, süni şit təbəssümüylə zəhlə aparan həkim oldu. Həkim yatağa yaxınlaşıb nəbzini tutdu. Öldüyünə əmin olub gülümsədi.

Amma bu dəfə təbəssümü lap təbii alındı. Palatadan çıxmaq istəyəndə gözü çarpayının yanında yerə düşmüş dəftərçəyə dəydi. Hiyləgər təbəssümündən bu dəftərçəyə maraq göstərdiyi bəlli olurdu. Dəftərçəni götürüb etinasız bir hərəkətlə meyitin yanındaca oturdu dəftərçəni vərəqləməyə başladı. Yazılar qarmaqarışıq idi, çoxu oxunmurdu. Nəhayət, vərəqləməkdən vaz keçib sonuncu yazını oxumağa başladı...

lll

Yenə uçurdum. Səmada süzmək, üzümü yalayan, saçlarımı oxşayan küləyi hiss etmək xoş idi mənimçün. İndiyədək belə yüksəyə qalxmamışdım. Bütün bədənimlə yüksəkliyi duyur, bundan həzz alırdım. vaxtdan uçduğumun fərqində deyildimbir saatmı, günmü, aymı?! Bilmirdim. Səfərimin başlanğıcını xatırlamağa çalışdığım müddətdə qəfil nəsə yumşaq bir şeyə toxunub dayandım... Qabağımı bulud kəsmişdi. Buludu yarıb keçmək istədim, amma o, çox elastik idi dağılmırdı. Yavaş-yavaş anlayırdım baş verdiyinikainatın sonuna çatmışdım, bura son idi.

Lap mahnıdakı kimi:

Burdan ötede köy yok,
Burdan öte bir yol yok.
Yanındaysa, göz yaşın
Bundan iyi vakit yok...

Dodağımın altında zümzümə edə-edə ətrafa göz gəzdirdim. Heç görünmür, kimsə gözə dəymirdi. Yəqin, belə olmalıydı, amma mən maraqlıydım hər künc-bucağı yoxlamaqda. Burnumu az qala hər dəlmə-deşiyə soxmuşdum. Axır ki, bir yarıq tapdım. Bir adamın rahat keçəcəyi böyüklükdə idi. Lap qapıya oxşayırdı, kənarları şüşə kimi hamardı. Oraya girdim, elə bil kandardaydım, otağa keçdim. Bura göz işlədikcə uzanan qəribə bir yer idi. Havadan hansısa, xoşladığım ətir duyulurdu. Deyəsən, “Hermesidi. Çox təəccüblüydü: bu ətir haradan gələ bilərdi?! Bilmirdim hələ ki... Rənglər qeyri-adiydi. Sanki bütün rəngləri qarışdırmışdılar vahiməli bir rəng alınmışdı. Ətrafa baxa-baxa xeyli irəlilədim. Lap uzaqda qaraltı görünürdü. Deyəsən, ağac idi. Yanına tələsdim. Uçuş sürətim artmışdı. Ağırlığım yox idi elə bil. Üzümə külək vurmurdu, amma tam tərsi olmalıydı. Ən azından fizika qanunları bunu diktə edirdi... Axır ki, ağaca çatdım. Nəhəng gövdəsi vardı. On adam əl-ələ tutsaydı, yenə ağacın gövdəsini dövrələyə bilməzdi. Qəribəydi ki, ağacın kökü heç yerə bitişməmişdi, eləcə havadan asılıydı ağac. Rişələri göz işlədikcə boşluğa uzanırdı. Gövdəsi cadarlanmış, qupquru qurumuşdu. Yaşıllıq nişanəsi kimi ən aşağı budaqda bircə yarpağı vardı. O da amanabənd idi...

Yaxınlaşıb ağacın ətrafına dolanmağa başladım. Gəldiyim yola əks tərəfdə böyük bir koğuş vardı. Koğuşa boylandım, içəri qaranlıq olsa da, orda kiminsə olduğu bilinirdi.

Ey, kim var içəridə? – deyə səsləndim.

Koğuşdakı tərpəndi yavaş-yavaş bayıra çıxdı. İndicə çox qorxulu varlıq görəcəyimi zənn etiyimdən bir ayağımı qaçaraq qoymuşdum... , bağışlayın, qaçmaq üçün torpaq gərək, odur ki, bir əlimi uçaraq saxlamışdım (uçmağı bacarsam da, qanadlarım yox idilap düşük filmlərdəki gicgicə supermenlər kimi). Amma qorxuma rəğmən koğuşdan ortayaşlı, ucaboy, yaraşıqlı, üzü tərtəmiz təraş olunmuş bir kişi çıxdı. Ağzım açıla qalmışdı, amma dəqiq bilirdim ki, onu haradasa görmüşəm. Kişinin gülümsədiyini görüb özümü yığışdırdım. Üzündən görürdüm ki, məni ələ salırtəsəvvür edirdim sifətimin hala düşdüyünü. Birtəhər özümü ələ alıb:

Kk-iim-siizz, – soruşdum.

Yeni tanışım səssizcə, ancaq ürəkdən gülərək, səhnədə monoloq söyləyən aktyor kimi pafosla:

Tanrı, – dedi. səsi o qədər inandırıcı çıxdı ki, inandım ona.

Bəs, burada edirsiz? Bir , axı, Tanrı gözə görünməz...

Bura mənim oylağımdır. Gözə görünməmək isə boş sözdür. İnsanlar tanımadıqları kəslər, görmədikləri məfhumlar haqqında əfsanələr yaratmağı xoşlayırlar. Buna görə sizlərdən kənar gəzirəm. Əvvəllər insanların ürəyindəydim, indisə, görürsən, kainatın son nöqtəsindəyəm.

Bir xeyli susduq. Haçandan-haçana:

Deməli, mən düz fikirdəyəmTanrı insanın özüdür, onun açdığı yoldur, seçdiyi yox, məhz açdığıhəyatda hazır yollar olmur çünki. Onu özün açmalısan.

Dinmədi. Sadəcə gülümsədi, çöhrəsindən məmnunluq yağırdı.

Üzündəki ifadəni dəyişmədən, qəfil:

Xəbərim var, məni döyüşə çağırırsan, mənim absurdluğumu, zəifliyimi sübut etmək istəyirsən. “Cənnət cəhənnəm yoxdur. Tanrı, Tanrının yolu yoxdur”, – deyirsən, sübut tələb edirsən. Yadda saxla: Tanrını beyinlə yox, ürəklə, ruhla anlamaq lazımdır. Tanrının varlığı sübut tələb etmir.

Mənim gülümsədiyimi görüb bir anlıq sükutdan sonra davam etdi:

İnanmırsan... Bəs, sən bura gələndə ən sevdiyin şeylərlə qarşılaşmadın? “Hermesətri, bir qədər qaramtıl-bənövşəyi boz rəng, sevdiyin mahnını xatırladan məkan. Bunlar hamısı sənin ürəyində kök salan məfhumlardır. Bura sənin ürəyindir, – , mənim sənə tanış gəlməyim , səncə, təsadüfidir? – məni tapdığın yer ürəyinin ən dibdəki hissəsidir. Ora heç kəs girmir icazəsiz, girə bilmir. Ancaq sən sərbəst girə bilərsən. Bir mənTanrı. Amma sən mənə üsyan etdin, məni dandın. İndi mən buradan getməliyəm, burada mənə yer yoxdurçünki sən məni qovdun...

Bunları deyib dərindən nəfəs aldı. Sanki ağır bir yükü çiynindən atmışdı. Mənsə özümü çox pis hiss etməyə başlamışdım. Elə bil böyük günah işlətmişdim, amma etiraf edə bilmirdim. Bu günahın cəzası da yox idi. Cəzaya gəlmirdi günahım...

Tanrının səsi fikrimin axınını qır:

, di gəl, döyüş çağırışını qəbul edirəm, – dedi necə elədisə, əlində dümdüz, iri, yəqin ki, xeyli ağır qılınc peyda oldu. Qılınc elə bil büllurdan tökülmüşdü. Çaşıb qaldım, amma o, hücum etmədi. Nəyisə gözləyirdi sanki. Birdən ağacın rişələrindən biri mənə tərəf uzanmağa başladı. Rişənin ucunda bir qılınc görünürdü. Rəngi qapqara idi. Qara brilyant kimi par-par yanırdı. Heyrətdən susub durmuşdum. Rişə yanıma çatıb dayandı. Qılınc sinəm bərabərindəydi. Karıxdığımdan onu rişədən ala bilmirdim.

Tanrının gur səsi yenə məni diksindirdi:

Götür qılıncı! Özünü müdafiə et! Sübut elə ki, dediklərin həqiqətdir! Görürsən bu ağacı? O, sənin ruhundur. Bax! Diqqətlə bax! O, sənə görə Tanrıya qarşı çıxır. Sənsə, ruhundan hər vəchlə imtina etməyə çalışırsan.

Qara qılıncın qara parıltısı gözlərimə keçmişdi. Gözlərimin ağı da qaraya çalırdı elə bil. Tanrının səsi qapı arxasından gəlirdi sanki. Qılınca baxdıqca kəsib-doğramaq, qan tökmək həvəsi doğurdu məndə...

Qılıncı götürdüm, rişə qılıncın qəbzəsini buraxıb yerinə çəkildi. Qılıncı sağa-sola hərlədim, bir az ağır olsa da, rahat idi. Havada müvazinətimi tarazlayıb qılıncı möhkəm sıxdım. Sıxdıqca da ondan soyuqluq, rahatlıq, özünə əminlik axdı içimə.

İlk hücum edən o oldu. Birinci həmlədən anladım ki, mən girən kol deyil. Çox güclü idi həddən artıq rahat vuruşurdu. Mənim daha bir çətinliyim dayaqla bağlıydı. Uça bilsəm , hər şeydən əvvəl torpağın övladıydım. Bununçün heç yerə tutunmadan döyüşmək çox çətiniydi. Belə çox davam edə bilməzdi. Açıq-aşkar ölüm idi bu vuruşun sonu. Amma vəziyyət heç gözləmədiyim halda dəyişdi. Tanrı növbəti həmləni edəndə yana çəkildim. Zərbə çox güclü alındığından o, bir anlıq müvazinətini itirdi. Fürsətdən istifadə edib qılıncı onun çiyninə endirdim. Çiynindən parlaq, göz qamaşdıran maye fışqırdı. çox güclü gurultu qopdu. Olduğumuz yer qaranlıqlaşdı. Təkcə biz durduğumuz yer projektorla işıqlandırılmış kimi aydınlığıydı. Amma bu işartı açıq-aşkar zəifləyirdi. Qəfil Tanrının mənim ruhum adlandırdığı ağacdanAhnidası eşidildi, yeganə yaşıl yarpağı qopdu, fırlana-fırlana dibsiz boşluqda gözdən itdi. O an hiss etdim ki, ürəyim daha vurmur...

Tanrı əlindəki qılıncı az qala gözümə sancaraq, yüzlərlə topun yaylım atəşinə bənzər səslə:

, sən istədin bunu! Sən Tanrını öldürmək istədin! Əslində bu sənin ölümündür. Qalan sonuncu yarpağı da qopardın. İndi, sən, yalnız, kölgəsən. Başqa heç ... Mən səni bircə göz qırpımında məhv edərdim. Amma etmədim. Əvəzində etdiklərinə bax! Deməli, sənin kölgənin belə, yaşamağa haqqı yoxdur, – deyib qılıncı sol çiynimə endirdi. Macal tapıb öz qılıncımı qabağa verdim. Ancaq qılıncım zərbdən iki bölündü Tanrının qılıncı çiynimə işlədi...

                                       

lll

... Otağımdaydım. Çarpayıda uzanmışdım. Buna sevindim: deməli, yuxu imiş hər şey... Qalxmaq istədim, çiynimdən qopan ağrı məni yatağa mıxladı. İndi gördüm, yaralanmışdım, bütün yataq qana boyanmışdı. Gözlərimi hərləyib döşəməyə düşmüş qara qılınc qırığında saxladım. Qılıncın qırılmış tiyəsində qurumuş, par-par yanan maye ləkəsi görünürdü, döşəmədə eyni izlər vardı...

Yaramdan axan qan hələ dayanmamışdı, amma birtəhər özümü toplayıb yataqdan qaldım, səndələyə-səndələyə həyətə çıxdım. İzlər bir qədər irəlidə yoxa çıxırdı. Amma həyətə kölgə salan talvara dırmanmış meynənin yarpaqları qana boyanmışdı. Aydın idi, O, öz məkanına qayıtmışdı. Sevindim, deməli, ölməyib. Deməli, mən hələ öz halımdayamcanlı insanam, quru kölgə yox. Amma nədənsə ürəyimin döyüntüsünü eşidə bilmirdim. Özümə təskinlik verdimyaralıyam, qan itirmişəm, ona görə ürəyim zəifləyib.

Özümü az da olsa, inandırıb yenə çözələnən fikirlərimə qayıtdım:

Deməli, hələ heç itirilməyib, oraya yenə gedib, Tanrıya sülh təklif edə bilərəm...

... Birdən arxa tərəfimdə nəsə guppultu ilə yerə düşdü. Geri çevrilməyə ürək eləmədim. Gözümün qabağına həyat ağacından qopan sonuncu yarpaq gəldifırlana-fırlana dibsiz boşluqda gözdən itməkdəydi... Haradansa, burnumaHermesətri dəydi. haradasa, Emre Aydın oxuyurdu:

Burdan ötede yol yok,
Burdan öte bir köy yok,
Yanındaysa göz yaşın,
Bundan iyi vakit yok...

Qəfildən xəyal da yoxa çıxdı, ətir çəkildi. Emre Aydın da daha oxumurdu. Sükunət qulaq dəlirdi. Ürəyimin vurmadığını dəqiq bildim indi... Qurtardı!!! Hər şey bitdi... Bitdi!..”

lll

Dəftərçəni örtüb ayağa qalxdı. Meyitə lap yaxın gəlib onun donuq üz cizgilərinə tamaşa etməyə başladı. Pəncələri üstündə yellənə-yellənə, fitlə hansısa mahnını səsləndirərək, bir xeyli beləcə qaldı. Elə bu vaxt qapı səssizcə aralandı, xəstə baxıcısıgənc qız palataya girdi. Həkim bu vəziyyətdə yaxalandığı üçün pərt oldu. Fitini kəsdi, karıxdığından qıpqırmızı qızarmışdı. Dillənəndə kəkələdi:

Ooo... ooradaa öölüb...

Tibb bacısı bir xeyli key-key ona meyitə baxdı, güclə özünü qapının yanındakı kətilə yıxdı. Heç ifadə etməyən gözlərini çarpayıda uzanan adamın göyərmiş, bir qədər dartılmış kimi görünən sifətinə zillədi. Handan-hana qalxıb meyitin əl-ayağını nizamladı. Sonuncu dəfə bir anlıq onun gözlərinə baxdı qorxurmuş kimi tələsik gözlərini bağlayıb mələfə ilə üzünü örtdü. Mələfəni düzəltmək üçün əyiləndə bir damla yaş yanağından qopub, mələfənin üzərinəölünün göz çuxurunun üstünə düşdü.

Sonra hər ikisi, sözləşiblərmiş kimi, səssizcə qapıya yönəldi. Çıxarkən qız qapını var gücüylə çırpdı. Qapıya bərkidilmiş, üzərində 13 rəqəmi olan lövhənin bir tərəfi qopub sallandı. Gedənlərin dalınca əl edirmiş kimi yellənirdi 13...

 





22.09.2014    çap et  çap et