525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

Sentyabrın 25-dən ölkə ərazisində temperatur yenidən 5-10 dərəcə enəcək, hava yağıntılı olacaq, bəzi ərazilərdə yağıntı intensivləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 23-ü axsamdan başlayaraq 24-ü gündüzədək cənub-qərb küləyinin güclənəcəyi, 24-də axsama doğru şimal-qərb küləyi ilə əvəz olunacaq. Sentyabrın 25-şi gündüzədək güclü küləkli hava davam edəcək. Şimal-qərb küləyinin bu müddət ərzində arabir güclənəcəyi gözlənilir.

Sentyabrın 25-də yağış yağacağı gözlənilir. Sentyabrın 24-də havanın temperaturu 28-33 dərəcəyə yüksələcək. Sentyabrın 25-də isə temperatur 5-10 dərəcə enərək gündüz saatlarında 20-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 23-də gecəyə doğru bəzi rayonlarda cənub- qərb və qərb küləyinin güclənəcəyi, 24-ü gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı, 25-şi gündüzədək güclü küləkli hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır. Bəzi Kür vadisi rayonlarında, eyni zamanda, Böyük və Kiçik Qafqazın ayrı-ayrı ərazilərində küləyin ani maksimal sürətinin daha da güclənəcəyi ehtimal olunur.

Sentyabrın 24-ü axşamdan 26-sı gündüzədək şimşək çaxacağı, yağış yağacağı, bəzi rayonlarda intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda yağışın daha da güclü olacağı gözlənilir. Bəzi Qərb rayonlarında dolu düşəcəyi ehtimalı var.

Sentyabrın 24-də Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında gündüz havanın temperaturu 30-35 dərəcə olacaq, dağlıq rayonlarda 21-26 dərəcəyədək yüksələcəyi, ayın 25-də temperatur 5-10 dərəcə enəcəyi gözlənilir.

 





22.09.2014    çap et  çap et