525.Az

Xəzəryanı ölkələrin prezidentləri görüşəcək


 

Xəzəryanı ölkələrin prezidentləri görüşəcək<b style="color:red"></b> Sentyabrın 29-da Həştərxanda IV Xəzər sammiti keçiriləcək.
 
APA – nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə sammitdə Azərbaycan prezidenti İlham Əliyev, İran prezidenti Həsən Ruhani, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov iştirak edəcəklər.
 
Sammit zamanı sahilyanı dövlətlərin işbirliyi ilə bağlı məsələlər, 2010-cu ildə Bakı sammitində qəbul olunan qərarların icrası, habelə region dövlətlərinin prioritet əməkdaşlıq istiqamətləri müzakirə olunacaq.
 
Görüşdə həmçinin çoxtərəfli müqavilələrin imzalanacağı və Rusiya prezidentinin həmkarları ilə bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.
 





22.09.2014    çap et  çap et