525.Az

İlk qar


 

İlk qar<b style="color:red"></b>

Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sentyabrın 21-si axşamdan 22-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensivləşib.

Ən çox yağıntı Qəbələ rayonundakı Dəmiraparan çay məntəqəsində qeydə alınıb - 51 mm. Yağan leysan nəticəsində Qəbələ rayonu ərazisindən axan Dəmiraparan çayda və Qumçay məntəqələrində qısamüddətli daşqın olub.

 





22.09.2014    çap et  çap et