525.Az

Azərbaycanın Pakistandakı səfiri PTV kanalına müsahibə verib


 

Azərbaycanın Pakistandakı səfiri PTV kanalına müsahibə verib <b style="color:red"></b>

Azərbaycanın səfiri Daşqın Şikarov Pakistanın mərkəzi dövlət televiziya (PTV) kanalına müsahibə verib.

Müsahibə zamanı Səfir ikitərəfli Pakistan-Azərbaycan münasibətlərin siyasi, diplomatik, hərbi və hərbi sənayesi, iqtisadi və ticarət, humanitar, mədəni əlaqələrinə dair sualları cavablandırıb. Bu əlaqələrin inkişafı istiqamətində cari il və 2015-ci il ərzində görüləcək işlər, nəzərdə tutulan ikitərəfli rəsmi səfərlər haqqında məlumat verib.

Səfir, xüsusən Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi mövzusu üzərində dayanaraq, bu münaqışənin tarixi məqamları, işğalın nəticələri, qaçqınların və məcburi köçkünlərin üzləşdiyi problemlər və dövlətin bu problemlərin həlli istiqamətində atdığı addımlar, Xocalı soyqırımı, beynəlxalq vasitəçilərin iştirakı ilə aparılan danışıqlar barəsində  geniş məlumat verib. Azərbaycanlı diplomat Pakistanın bu məsələdə tutduğu mövqeyə  görə ölkə rəhbərliyinə öz dərin minnətdarlığını bildirib. 

Eyni zamanda səfir 20 Yanvar hadisələri, Azərbaycanın tarixi, adət-ənənələri, musiqisi, ədəbiyyatı barəsində danışıb.

Səfir Azərbaycanın son illərdə Respublikanın Prezidenti cənab  İlham Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi və sosial  sahələrində əldə etdiyi uğurlardan söz açıb. 

Səfir Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev fondunun Pakistanda fəaliyyəti barəsində suala cavab verərək, bu təşkilat tərəfindən Pakistanın sel daşqınlarından zərər çəkmiş insanlara humanitar yardım ediləcəyini də vurğulayıb.
    
Sonda Səfir, Pakistan xalqını qarşıda gələn Qurban Bayramı münasibəti ilə təbrik etmiş, ən xoş arzularını çatdırıb. 

Müsahibə 20 və 21 sentyabr tarixlərində efirə gedib.

 





22.09.2014    çap et  çap et