525.Az

Qəzaya uğrayan avtomobildən narkotik vasitə tapılıb - Yenilənib


 

Qəzaya uğrayan avtomobildən narkotik vasitə tapılıb - <b style="color:red">Yenilənib</b>

Daxili İşlər Nazirliyi (DİN) Şamaxıda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

525.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 21-də saat 21 radələrində Şamaxı şəhərində qeydə alınıb.
 
Şəki şəhər sakini Əlövsət İsmayılovun və Oğuz rayon sakini Nurlan Məmmədəliyevin idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub.
 
Nəticədə Ə. İsmayılov və sərnişinləri - Şəki şəhər sakinləri Elçin Məmmədov, Elşad Hüseynov və Bakı şəhər sakini Fuad Abdulrəhmanlı hadisə yerində ölüblər.
 
Ə. İsmayılovun avtomobilinə baxış zamanı 100 qram marixuana aşkar edilərək götürülüb.
 
Faktla bağlı araşdırma aparılır.
  
*** saat 10.49
 
Şamaxıda baş verən ağır yol qəzasında ölən şəxslərdən biri jurnalist olub.
 
Bu barədə APA-ya “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal məlumat verib.
 
A. Camal qeyd edib ki, ötən gecə Bakı-Şamaxı yolunda baş verən qəzada dünyasını dəyişən şəxslərdən biri  Fuad Abdürrəhmanlı “Türküstan” qəzetinin saytında redaktor vəzifəsində çalışıb.
 
Mərhum bu gün Şəkidə dəfn ediləcək.

 





22.09.2014    çap et  çap et