525.Az

Zəlimxan Yaqubun yeni şeirləri


 

Zəlimxan Yaqubun yeni <b style="color:red">şeirləri</b>

VƏTƏN

             

Bir ömür bəs etməz səni duymağa,

Yüz ömür, min ömür az olar, Vətən.

Yenə baş əyərik gözəlliyinə,

Yenə gül açılar, yaz olar, Vətən.


Hər
gün can atıram sənə çatmağa,

Hələ uzaqdayam, həsrətdəyəm mən.

Adını çəkməyə dilim gəlmir,

Bu adı batmışda, qürbətdəyəm mən.


var bu dünyada səndən vəfalı,

Səndən şirindi, şirin, ay Vətən.

Gözlərim həmişə qulluğundadır,

Gözümün üstədir yerin, ay Vətən.


Sənin
qüdrətindən mayalanıbdı

Dözümüm, inadım, səbrim, ay Vətən.

Nəyimə lazımdı yad ellər mənim,

Qoynunda qazılsın qəbrim, ay Vətən.


Sən
rəngi solmayan, ətri getməyən,

Gülü saralmayan çəmənsən, Vətən.

Füzuli sevdiyi, Sabir sevdiyi,

Vurğun vəsf etdiyi Vətənsən, Vətən!


MƏNİM
UŞAQLIĞIM


Mənim
uşaqlığım göylərdən endi,

Mənim uşaqlığım yerdən başladı.

Mənim anam kimi xanım anadan,

Mənim atam kimi ərdən başladı.


Həyətdən
, bacadan, evdən, eşikdən,

Layladan, nəğmədən, sözdən beşikdən,

Hənirdən, avazdan, səsdən, nəfəsdən,

Anamın qəlbində olan həvəsdən,


Mayadan
başladı, süddən başladı,

Ocaqdan od aldı, oddan başladı.

Mənim uşaqlığım dağlara çıxdı,

Suların gözündən içdi, böyüdü.


Qaynar
bulaqlara qoşuldu, axdı,

Dilbilməz çayları keçdi, böyüdü.

Mənim uşaqlığım ağaca çıxdı,

Kök ilə, budaqla söhbət elədi.


Qoxladı
çiçəkdən, yedi meyvədən,

Budaqla, yarpaqla söhbət elədi.

Gördü yuvası var, yumurtası var,

Ətcə balalara toxundu, keçdi.


Gördü
körpəni , körpəliyi ,

Üzündə kövrəklik oxundu, keçdi.

Mənim uşaqlığım yollara çıxdı,

Tanıdı aranı, dağı, binəni.


Bulaqdan
götürdü, çaydan götürdü

Qaynayan ürəyi, dolu sinəni.

Heyif, uşaqlığım getdi əlimdən,

O beşik hardadı, o layla gəlməz.


Yolu
uzaqdadı ötən günlərin,

Yüz dəfə, min dəfə harayla, gəlməz.


HƏYAT
-QƏBİRİSTAN   

Mən gördüyüm kişilər,

Evdə, eşikdə idi.

Həyət, bacada idi,

Yurda keşikdə idi.

Əkində, biçindəydi,

Evinin içindəydi,

Elinin içindəydi.

Əkinini əkirdi,

Səpinini səpirdi.

Duz kimi, çörək kimi,

Torpağından öpürdü.

Yayda yaylaqda idi,

Qışda qışlaqda idi.

Üzülmürdü elindən,

Kökü torpaqda idi.


İndi
tapa bilmirəm,

Gördüyüm kişiləri.

Hərə bir nişandadı,

Hərə bir ünvandadı.

Mən gördüyüm kişilər,

İndi həyatda yoxdur,

Çoxu qəbiristandadır.


OLMUR

Ürək sağlam ola,

can rahat ola,

Gedib dağ əridib

daş çıxardasan.

Başsızlar başını

yeyə bilməyə,

Dünyanın işindən

baş çıxardasan.


Çox
geniş olsa da

göylərin altı,

durmaq, qalmaq,

qaçmaq olmur.

Enişlər, yoxuşlar

o qədərdi ki,

Dünyanın işindən

baş açmaq olmur.


NƏVƏMƏ
DEDİKLƏRİM

Ulu babamın atamın adını daşıyan nəvəm Yusifə


Qəlbimin
işığı, gözümün nuru,

Babanı əzizlə, baban xəstədir.

Uzağa, yaxına çox gedə bilmir,

Sonu görünməyən bir yol üstədi.

Baban çox sevərdi uca dağları,

Doyunca gəzərdi göy yaylaqları.

Öpərdi çiçəyi, öpərdi gülü,

Ömrünə, gününə səpərdi gülü.

Yaşaya bilərmi çölsüz, çəmənsiz,

Yəqin o yerlər darıxır mənsiz.

İndi o yerləri görə bilmirəm,

Bircə çiçəyini dərə bilmirəm.

Gələn qonaqlara əl eyləyərdi,

Gedən qonaqlaragəleyləyərdi.

Şair qələmiylə, şair nəfəsi

Daşları çevirib ləl eyləyərdi.

Şairsiz dağların ləzzəti var,

Dağlarsız şairin ləzzəti var.

Qaya da bilirdi, daş da bilirdi,

Arı da bilirdi, quş da bilirdi

Sevilən şairin, sevən şairin,

Hər şeyə tükənməz məhəbbəti var.

Hanı o gözəllik, indi hardadır,

Şairin gözləri intizardadır.


Sən
baban kimi zirvələrə çıx,

O qarlı dağları, o düzləri gəz.

Heç vaxt köhnəlməsin köhnə yurdumuz,

Mənim dolaşdığım o izləri gəz.

O yerlər cığırsız, izsiz qalmasın,

Bizim olan yerlər bizsiz qalmasın.

Bulud niyə gəzir başının üstə,

Öyrən o ləngəri, o layları sev.

Uca qalalara yol hardan keçir,

Döngələri yoxla, dolayları sev.


Eniş
, yoxuş da bizdən ötrüdü,

Enişləri oxşa, yoxuşları sev.

Yazın ortasında, çölün düzündə,

Torpağa vurulan naxışları sev.

Babam niyə sevib göy meşələri,

Babam niyə sevib bənövşələri,

Babam niyə sevdi Ayı, ulduzu,

Ətəkdə çəməni, zirvədə buzu.

Babam niyə sevdi yerin mehrini,

Babam niyə sevdi göyün sehrini.

Axtar ürəyini, ürəyində tap,

Arzunda, hissində, diləyində tap!


SƏS

Qızım Aygünə

Qulağıma bir səs gəldi,

Sənin səsinə bənzədi.

Üzümə bir nəfəs dəydi,

Xoş nəfəsinə bənzədi.


Sənsiz
dünya nəyə gərək,

Kədərimdi, ələmimdi.

Sənli dünya həyatımdı,

Dərmanımdı, məlhəmimdi.


Atan
gedir asta-asta,

Atan gedir yavaş-yavaş.

Son sözümü deyən zaman,

Yanımda sən olaydın kaş!


UZAQ
DURMA

Qızım Günaya

Axşam-sabah qulluğumda,

Gecə-gündüz yanımdasan.

Ürəyimdə, gözlərimdə,

Dövr eləyən qanımdasan.


Qoy
qurbanın özüm olum,

Özünü qurban eyləmə.

Onsuz da içərim qandı,

Ürəyimi qan eyləmə.


İşığımız
sönə bilər,

Yoxa çıxar üzümdə nur.

Bu dünyanı bilmək olmaz,

Uzaq getmə, yaxında dur!


QÜRBƏT
-VƏTƏN

Qürbətdən vətənə bəd xəbər gələr,

Vətən ağlayar,

Vətəndən qürbətə bəd xəbər gələr,

Qürbət ağlayar.

Göydə buludlar da

gözyaşı tökər,

Vətənlə qürbətin arasındakı

Ayrılıq ağlayar,

həsrət ağlayar.

Allah, bu millətə

gözyaşı vermə,

Başı ver, vədəsiz

başdaşı vermə!


İNSAN
-MƏLƏK

Yazbaşı dayanıb bir göy çəməndə,

Söhbət eləyəsən çiçəklər ilə.

Yerə endirəsən Ayı, ulduzu,

Dostluq eləyəsən küləklər ilə.


Sular
sağ-solundan süzülə, axa,

Yellər yelləndikcə açıla, yaxa.

Allahın özü sevgiylə baxa,

Qol-boyun olasan fələklər ilə.


Göllənib
, çaylanıb, dənizlənəsən,

Əzizlər yanında əzizlənəsən.

Göylərə baxanda təmizlənəsən,

İnsanın fərqi mələklər ilə.


ÖMRÜMÜZ


Tez
gedir, tez solur təravətimiz,

Yaşaya bilmirik bir çiçək qədər.

Ömürlər içində ömrümüz olmur,

yağış, dolu, külək qədər. 


Torpağın
sirrinə sirdaş olardım,

Sirrini daşıyan bir daş olardım.

Göydə buludlarla qardaş olardım,

İşığım olsaydı bir şimşək qədər.


Eşitməz
qulağı karsa dünyanın,

Səbr etməz, qursağı darsa dünyanın.

fərqi, ölümü varsa dünyanın,

Ya fil qədər yaşa, ya milçək qədər.


SƏNƏ
DÜŞƏCƏK

Həyat yoldaşım Sahibə xanıma

Yüzü yüz söz desin çöldə-bayırda,

Bu evin zəhməti sənə düşəcək.

Qayğının böyüyü, yükün ağırı,

İşin əziyyəti sənə düşəcək.


Ürəkdə
, könüldə talan var, talan,

Kimdi bu şeyləri vecinə alan.

Yenə sən olarsan qeydinə qalan,

Bu ömrün həsrəti sənə düşəcək.


Bilirsən
yerini qaranın, ağın,

Bilirsən dilini xəstənin, sağın.

Bizim evimizə gələn qonağın,

Hörməti, izzəti sənə düşəcək.


Yaxın
gəl, könlümün odunda qızın,

Olmasın sızıltın, olmasın sızın.

Oğulun, uşağın, gəlinin, qızın,

Böyük məhəbbəti sənə düşəcək.


Daha
fayda verməz haray, ün,

Çökəcək qaranlıq, əyiləcək gün.

Mən köçüb gedəndə mənim ömrümün,

Ən böyük rəhməti sənə düşəcək.


SÜPÜR
BU YOLLARI, AY SÜPÜRGƏÇİ!

Süpür bu yolları, ay süpürgəçi,

Sənin çörəyin bu yerdən çıxır.

Bu yolu bir dəfə təmizləməkçün,

Ürək neçə dəfə qan-tərdən çıxır.


Üzün
sarıqlıdı, başın sarıqlı,

Təkcə gözlərindi gözə görünən.

Biz yaxşı görürük zibillikləri,

Hamıya görünməz bizə görünən.

Süpür bu yolları, ay süpürgəçi,

Yollar təmiz olsa, üzün olar.

Bu yolu, bu izi, bu gözəlliyi,

Bircə süpürgəylə saxlamaq olar.


İstilər
, tüstülər bozarmış üzdü,

Boğulan nəfəsdi, batan hənirdi.

Dünən yol içində qalamışdılar,

Toz-torpaq bu gün tüstülənirdi.


Dünya
başdan-başa zibillik deyil,

Dünya zibillikdən qat-qat gözəldir.

İstər zəri götür, istər zibili,

Yaşamaq istəsən həyat gözəldir.


Təmizlik
yaşamaq, təmizlik həyat,

Allahın sevdiyi işi görərsən.

Peyğəmbər gözüylə baxmağı bilsən,

Sən itin leşində dişi görərsən.


Sənin
o torbaya atdığın xəzəl,

Dünən bir ağaca göy yarpaq idi.

Şahlıq eyləyirdi budağın üstə,

Rəngi yaşılıydı, canı sağıydı.


Təkcə
yarpaq deyil ora atdığın,

Sənin o torbanda nələr var, nələr.

Zibilə döndərir dünyanı insan,

Boşuna gəlmir ki, müharibələr.


Süpür
bu zibili, yır-yığış eylə,

Yellər aparmasın süpürdüyünü.

Sənin süpürgənlə götürmək olar,

Kiminsə torpağa tüpürdüyünü.


Süpür
bu yolları, ay süpürgəçi,

Zibilin olmasa, çörəyin olmaz.

Təmiz saxlasalar düzü, dünyanı,

Süpürgə heç zaman gərəyin olmaz.


salam verən var, sağ oldeyən,

Gecəli-gündüzlü əlin işdədir.

Səni süpürgədən ayırmaq olmaz,

Əlin süpürgəli bir vərdişdədir.


adın-sanın var, şan-şöhrətin,

Bilən yox süpürən kimdi, nəçidi.

Deyirlər filankəs nazir oğludu,

Demirlər filankəs süpürgəçidi.


Uzağa
getməsin zibil atanlar,

Toz-duman qalxacaq, külək olacaq.

Hələ süpürgələr, süpürgəçilər

Bu qoca dünyaya gərək olacaq.


Qəlbimdə
yatanlar deyilən deyil,

Ürəyim yanıqdı, könlüm ləlikdi.

Süpür bu yolları, ay süpürgəçi,

Onsuz da bu dünya süpürgəlikdi.


Bərk
yapış, bərk yapış o süpürgədən,

Artıq dövlətin, malın olsun.

Səni düşünmüşəm, sənə yazmışam,

Get oxu, bu şeir halalın olsun!

 





22.09.2014    çap et  çap et