525.Az

Ogyüst Roden – müasir heykəltəraşlığın titanı


 

Ogyüst Roden – müasir heykəltəraşlığın titanı <b style="color:red"></b>

(Əvvəli ötən şənbə sayımızda)    

Xoşbəxtlikdən, Ordenin Ali Atası banisi gənc rahibin dindar olmadığını əslində rəssam olduğunu qət etdikdən sonra, ona bağda rəsm çəkməyə öz başının büstünün heykəl təsvirini yaratmağa icazə verdi. Bunun nəticəsi Rodenin öz vəziyyətini dərk etməyə səbəb oldu o, yenidən monastırı tərk edib, dünyəvi fəaliyyətə qayıtdı. Bunu qeyd etmək maraqlıdır ki, “Cəhənnəm qapılarının Kale burgerlərinin müəllifi olan heykəltəraş həyatın bu yadda qalan hissəsindən bir rahib kimi keçməli oldu.

O, bir sıra nəcib adamlarlaAleksandr Düma Teofil Qotye kimi yazıçılarla, Delakrua, Enqr Karpo kimi rəssamlarla görüşüb tanış oldu. Onun şəxsi həyatında da dəyişiklik baş verdi.

1864- ildə Roden heç tənhalıq həyata keçirməsə , gənc dərzi qız olan Mari-Roza Byore ilə tanış oldu, qız ondan dörd yaş kiçik idi. Bu tanışlıqdan iki il sonra ona bir oğulkörpə Ogyüstü doğdu. Atası balaca uşaq ilə pis davranırdı. Roza isə özünün bütün qalan ömrü boyu Rodenin sədaqətli partnyoru, bir adamın da əlavə etdiyi kimi, qulu oldu. Bir dəfə özünün dediyi kimi, xalqdan olan bu qadının ehtiraslı loyallığına belə sözlərlə cavab vermişdi: “Eh, heç ! Mən heç istəmirəm. Mənim vəzifəm ona qayğı göstərməkdir sona qədər mən bunu edəcəyəm”. Bu qadın bütün ömrü boyu ona köməkçi oldu, cavan olanda ona modellik edirdi. Axırda, Rozanın ölümündən bir ay əvvəl onların uzun sürən ittifaqı nikahla qanuniləşdi. Bu qadın Roden üçün çox şey demək idi. Onlar çətin dövrləri birlikdə keçirmişdilər. O, daim bu qadını aldadırdı. Öz ölümünə dörd il qalmış, 1913- ildə Roden sevimli rəfiqəsinə yazırdı: “Bunu sənə deməliyəm ki, ağlım böyük Allahın mənə verdiyi bəxşişlə doludur, o vaxtdan ki, səni mənim yanıma qoymuşdur. Bu fikrimi sən öz alicənab ürəyində saxla”.RozanınMiqnonkimi erkən heykəltəraşlıq portreti coşğun ruhlu canlı bir qadını təsvir edir.

Rodenin Roza ilə birgə yaşamağa başladığı ildə, bir fotoqraf onu İkinci İmperiyanın ən populyar heykəltəraşı olan Ernest Karrye-Bellyoz ilə tanış etdi. O, müstəsna dərəcədə uğur qazanmış adam idi. Roden onunla işləməyə başladı. Bu vaxt artıq Rodenheykəl düzəltmək üçün, demək olar ki, bir maşınidi.

Hər gün büstlər, ornamentlər, heykəllər, kiçik heykəllər, şamdan, kariatida yaratmaqdan, tunc işləri görməkdən heç yorulmurdu. Tunc, mərmər, gips, alebastrla yanaşı, o, hər şeyi taraşlayırdı, nəqş edirdi, hər şeyə forma verirdi. Yalnız bu vaxt onun heykəltəraşlıq işinə olan marağı təzələndi o, bu vaxt XVIII əsrin zövqünün canlanması, bərpa olunması üçün mühüm bir şəxsiyyətə çevrildi. O, eranın bir sıra mühüm şəxsiyyətləri olan III Napoleonun, Delakruanın portret büstləri ilə qalereyanı təchiz edirdi. Roden Bartlettə demişdi ki, “Mən Bellyozun yanına getməkdə çox xoşbəxtəm, çünki o, məni ornament düzəldəndən fiqurlar düzəldənə çevirdi”. Digər bir vaxtda o, qeyd etmişdi ki, “Karrye-Bellyoz öz qanında XVIII əsrin gözəlliyindən nəyəsə malikdir”.

Baxmayaraq ki, Roden Bellyoz üçün pis heykəllər düzəldirdi, bununla yanaşı, daim fiqurların kompoziyası barədə düşünürdü bu, sonralar ona kömək göstərməmiş qalmadı. Bellyoz isə yeri düşdükcə onu tərifləyirdi, həm nadir hallarda olsa da, hətta onu tənqid edirdi. Roden bilirdi ki, onun işləri Bellyozun xoşuna gəlir. Buna baxmayaraq o, Rodenin maaşını artırmırdı.

1875-ci ildə 35 yaşlı Roden özünün şəxsi ifadə üslubuna başladı. Bu dekorativ tunc heykəlləri tökmək üçün lazım idi. Onun çox saydakı erkən əsərlərinin ayrı-ayrı hissələrindəki üslubuna XVIII əsrin təsiri açıqca hiss olunur. 1876- ildə yaratdığıKupid”, Piqal üslubundakıQəfəslə olan uşaqəsərinin əks-sədasını yada salır. Özünün sonrakıMinotavrəsərindəki fiqurlarla o, keçmişin sənətkarlarının yaratdıqları nümunələrdən istifadə edir. O, sonrakı dövrlərdə öz dostu hamisinin evinin üzgüçülük hovuzu üçün XVIII əsr fransız heykəltəraşlığının nümunəsindən istifadə edərək, çimən qadınların müxtəlif fiqurlarını hazırlamışdı.

Roden hansısa bir anda spesifik müstəsna bir üslubun yaranması fikri ilə razılaşmırdı, onun rəyinə görə, problemlərin həlli hökmən öz yolunu tapır. 1864- ildən Roden öz karyerasına başladı yaradıcılığı ilə öz mülahizəsinin düzgün olduğunu sübut etməyə çalışdı. Lakin onun əsərləri özünə çətinliklə yol tapırdı. O, “Qırılmış burunlu adaməsərini Salona göndərdi. Lakin rədd cavabı aldı. Həmin ilk illərdə o, müxtəlif üslublar nümayiş etdirdi, onun antik dövrün XVIII əsrin sənətinə sevgisi həmin əsərlərdə aydın hiss olunurdu.

Onun yaşayış şəraiti çətin idi, ancaq o, həyatı sevən ruhdan düşməyən bir adam idi. Öz əsərləri barədə gənc rəssamların karyeralarının astanasında deyirdi ki, “Mən əsərlərimdə heç vaxt kədərli olmuram. Mən daim onlardan həzz alıram. Mənim sevgim nəhəng ölçülüdür. Mən daim öyrənirəm. Öyrənmək onların hamısını öz ağuşuna alır. Mənim işlərimi görənlər, onların pis olduğunu deyirdilər. Məni həvəsləndirən bir sözü heç vaxt eşitmirdim. Dükan pəncərəsinə qoyduğum terrakotadan olan kiçik baş fiqurlar heç vaxt satılmırdı. Dünya çox uzağa getdikcə, mən ondan qapalı bir vəziyyətdə qalırdım ya bilmirdim ki, o, mənim üçün faydalı ola bilər. Mən Salona gedir orada aparıcı heykəltəraşların əsərlərinə valeh ourdum... Düşünürdüm ki, onlara bərabər olmağa heç vax qadir olmaram. Bütün belə vaxtlarda mən təbiətdən öyrənib işləyirdim. Lakin əllərimi onlarınkı kimi yaxşı edə bilmirdim başa düşə bilmirdim ki, bu niyə belədir... Təbiətdən nəyisə nəqş etməyi bilmirdim. Mənim düşüncəm yalnız öz modelimi kopiyalamaq idi. Həmin günlərdə  Luvrda valeh olduğum tabloların evdə kopiyalarını işləyirdim. Yaddaşım yaxşı olduğuna görə studiyada hazırladığım işlərin çoxu əvvəllər yaratdıqlarımın hər birindən yaxşı idi: Az qaydada laqeyd olurdum, o işlərdən bəziləri qalmalı idi. Mən minlərlə frank pul verərdim ki, həmin fiqurlardan bəzilərinə malik olum. O vaxtdan mən yaxşı dostlarımın qədrini, qiymətini bilməyə başladım, lakin əgər onlardan hətta birinə o vaxt malik olsaydım, bu mənim üçün dünyaya bərabər ola bilərdi. Onda mən bilmirdim ki, mənim işim hansısa bir dəyərə malikdir”. Bu etiraf onun böyüklüyünə, dahiliyinə sübutdur. Axı dahilər bəzən özlərinə tənqidi yanaşmağı da bacarırlar.

Sonrakı rəy bəlkə Rodenin erkən işləri barədəki düşüncələri ilə bütünlüklə razılaşmaya bilər, çünki kifayət qədər maddi dəlil qalmamışdır ki, onları mühakimə etmək mümkün olsun. Təravətə malik olan bəzi ilkin sənət əsərləri sonrakı illərin kamil kompozisiyalarında yoxa çıxsa da, onun qədəm qoyduğu improvizasiya yollarında bütünlüklə itmədi. İndiyədək daha mühüm olan odur ki, “Qırılmış burunlu adaməsərində o, elə formanı nəzərdə tutur ki, onda heykəltəraşın dühası daha çox cəzbedici təsəlli tapır. Ruhi məna nüanslarına təslim olmaqda isə effektlər lap əvvəldən müəyyən dərəcədə şansa borcludur. Roden heç vaxt bu dərsi unutmadı zaman-zaman onun xarakterindən gələn özünün nəzərdə tutduğu səmərəlilik naminə, o, formanın fırlanmasından ya hərəkətindən istifadə edirdi. Onun karyerası çox hallarda itirilmiş günahsızlıqdan bir yol, bir xilas axtarışı idi.

Cəmiyyətlə əlaqədar problemlər kəşflərə sönməyən həvəs

    

Fransa-Prussiya müharibəsinin başlanması İkinci imperiyanın sonunu yetişdirdi. III Napoleonun Prussiya kralına ehtirama məhəl qoymayan məktubu kansler Otto fon Bismark tərəfindən ustalıqla müharibənin başlanması üçün istifadə edildi. Müharibə 1870-ci ilin sentyabrında Sedanda imperator III Napoleonun əsir düşməsi ordunun darmadağın edilməsi ilə fransızların məğlubiyyətinə İkinci İmperiyanın məhvinə səbəb oldu. Müharibə digər həmvətənliləri kimi Rodenin həyatına da təbii olaraq öz zərbəsini vurdu. O, Milli Qvardiyanın 158-ci alayında xidmət edirdi. Alayın iki zabitinin terrakotadan büstlərini hazırladı. Lakin uzağı görə bilmədiyinə görə onu hərbi xidmətdən azad etdilər.

Müharibə 1871-ci ildə Frankfurt sülh müqaviləsi ilə başa çatdıqdan sonra Rodeni Brüsselə öz köhnə ustası Karrye-Bellyozun yanına çağırdılar. Bütövlükdə o, Belçikada ömrünün altı illik bir müddətini keçirməli oldu. Əvvəlki dövrdə o, çox həyəcanlı günlər yaşadı, çünki o, Rozanı kiçik oğlunu Parisdə qoyub, onları tərk etməyə məcbur olmuşdu.

Roza Paris Kommunası bədbəxtliklərinin şahidi oldu. Bu vaxt Rodenin öz rəfiqəsinə olan ehtiraslı məktublarından görünür. Məsələn, bir məktubunda yazırdı: “Mən səni bütün ürəyimlə sevirəm”.

Onun Brüsseldəki işi Karrye-Bellyoza assistentlik etmək idi, o, bu paytaxt şəhərindəki Kommersiya Birjası binasının fasadı üçün bir sıra dekorativ bəzəklər düzəltmək sifarişini almışdı. Rodendən əlavə bu işin icra komandasına üç belçikalı da daxil idi. Gündüz işindən sonra o, axşamlarını kiçik ölçülü tunc qruplar düzəltməyə həsr edirdi, hamisi isə onları öz məhsulları kimi satırdı.

Rodenin istedadı o qədər böyük idi ki, ona özünün bütün vaxtını başqa daha iləsə məşğul olmağa sərf etməyə imkan verirdi. Bu kiçik tunc əsərlərin Karrye-Bellyozun öz adı altında satması hamisi ilə onun sözləşməsinə gətirib çıxardı. Rozaya yazdığı məktubda da şikayətlənirdi: “İndi mən səpinə malik deyiləm. Buradakı bir kimyaçı öz kolleqalarımdan biri mənə kömək etdilər. Onlarsız mən olacağını təsəvvür edə bilməzdim. Mən səndən xahiş edirəm ki, yazdığım məktubu mənim şalvarıma girov qoyasan. Belə bir asan yolla pul qazanmaq olardı”.

Kommunanın məğlubiyyətindən sonra Karrye-Bellyozun Parisə qayıtması ilə Rodenin fərdi vəziyyəti yaxşılaşdı. O, bir belçikalı ilə birlikdə studiya açdı bir il sonra, 1873- ilin fevralında hər iki heykəltaraş on iki illiyə kontrakt imzaladılar. Bu müqavilənin şərtlərinə görə hər biri öz əsərlərini öz doğma ölkələrinə çatdırmaq üçün imzalayacaqdı. Bu müqavilə 1877-ci ilin avqustuna qədər quvvədə qaldı. Müqavilənin vaxtından əvvəl öz qüvvəsini itirməsinin səbəbi, belçikalılar üçün Rodenin yaratdığı sənət əsərlərinin partnyoru Jozef van Rasburq tərəfindən imzalanması oldu, çünki bu, razılaşdırılmış şərtin pozulması idi.

Bu dövrdə o, Antverpen şəhərində burqomistirə qoyulacaq heykəl daxil olmaqla, başqa işlərini başa çatdırdı. Həmin sifarişi varlı gəmi sahibi vermişdi, onun özü həvəskar heykəltəraş idi. Abidə Roden van Rasburq tərəfindən yaradılsa da, ona Roden öz imzasını qoymuşdu. Abidənin üslub xarakterini təhlil edən bir məqalədə onun Mikelancelonun yaradıcılığı ilə əlaqəsinin olduğu göstərilirdi Kanzas-Siti şəhərinin Nelson qalereyası üçün düzəldilmiş bir oturmuş adam heykəlinin mumdan olan eskizi həmçinin oxşar müşahidəyə məruz qalmışdı. Həmin əsər əvvəlcədənMütəfəkkirheykəlinin eskizi kimi nəzərdə tutulmuşdu çox güman ki, abidə üçün hazırlıq işi idi. Rodenin özü Mikelancelonun əsərinə öz yaratdığının oxşarlığındanheyrətə gəlmişdi”, baxmayaraq ki, açıq şəkildə bəyan edirdi ki, heç onuağlında tutmamışdı”.

Ümumiyyətlə, Rodenin həmin dövrdəki heykəltəraşlığı böyük üslubda olan tipik qarışıqlıqdan ibarət idi onlar çox saydakı Avropa binalarında həmin vaxt tapılan dekorasiyalar ilə paralellik təşkil edə bilərdi. Onlar həmçinin fransız ənənəsində idilər.

(Ardı var)

 





22.09.2014    çap et  çap et