525.Az

İdrakın bədii şöləsi


 

İdrakın bədii şöləsi<b style="color:red"></b>

Yer üzünün gözəlliyi ondadır ki, orada türklər yaşayır.

Bəşər övladı dünyaya xəlq olduğu gündən insanın zəkası ilə qəlbi, fikirlə hiss arasında mübarizə gedir.  Mənim fikrimcə əql insana Allah tərəfindən maddi aləmiyer hərəkətlərini dərk etmək üçün verilmiş ən böyük imkandır. Qəlb-duyğu, hissiyyat isə daha böyük, təbii ki, idrakı yox fəhm ( vəhy) imkanlarına malikdir. Ona görə bir var, həyatdan, kitabdan, müəllimdən öyrənilmiş elmlər. Mən bunları müdrik elmlər adlandırıram.  Bir var çox nadir insanların, peyğəmbərlərin, dahilərin, övliyaların bəsirət gözü ilə görüb fəhm etdikləri-bunlar mistik (səmavi) elmlərdir. Poeziya, xüsusilə lirika musiqi qəlbin məhsuludur. Lirik şeirin, nəğmənin mənbəyi insanın qəlb aləmidir. Bununla belə böyük poeziya o zaman yaranır ki, fikirlə hiss birləşir. Təxminən əlli il öncə XX əsrin böyük şairi, silsilə poetik kəşflər ustası əbədi  gənc Əli Kərimİntellekt poeziyaməqaləsində bu həqiqəti nəzəri şəkildə yada salmış belə bir şeirin parlaq nümunələrini (“ilk sevgi”, “Qayıtyaratmışdır.)

Bir neçə istisna nəzərə alınmazsa XX əsrin əvvəlinəmaarifçi realizmin janrları yaranana qədər Azərbaycan ədəbiyyatı tarixi poetik (şeir) formalarında təkamül etmişdir. Nəzərə alsaq ki, “ülumi-ədəbi” 15-17 elmdən ibarət idi, bu da Şərqdə poeziyanın həm nəzəri-fəlsəfi fikri əks etdirməsini təsəvvür etmək çətin deyil.  Dahi Nizami GəncəvininXəmsəsi həm belə bir həqiqətin ifadəsi idi ki,

Rütbələr içində seçilir biri
Hamıdan ucadır alimin yeri
Elmlə, biliklə, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz.

Sözə xor baxmaq olmaz hər söz // Ərşdəndir gəlib hədiyyə bizə”. “Söz yaradanın mədhi-sənasıdır, nəğməsidirkəlamları ilə SÖZün ilahi-səmavi mənsəbini qəbul edən böyük Füzuli  elmsiz şeir əsasız  divar olar, əsasız divar qayətdə bistibar olardüsturunu irəli sürmüşdür.

Çağdaş Azərbaycan ədəbiyyatında fikirlə hissin vəhdəti əsasında intellektual poeziya yaradan məşhur qələm sahiblərindən biri Elçin İsgəndərzadədir. Elçin ədəbi elmi-ictimai mühitdə öz alimliyi, poeziyası, xeyirxah əməlləri ictimai fəaliyyəti ilə kifayət qədər tanınan, hamı tərəfindən rəğbətlə qəbul edilən ziyalı bir şəxs, nüfuzlu bir fikir adamıdır. Mən onun gördüyü işlər, gəzdiyi ölkələr aldığı mükafatlarla bağlı siyahını oxuyanda heyrətə gəldim. Hər zaman ən hörmətli yığıncaq mərasimlərdə yanımızda diqqəti cəlb etmədən böyük işlər görən, 50 yaşlı texnika elmləri doktoru, professor, tanınmış şair, ehtiraslı publisist, pedaqoq, türkçü, qədrşünas, Azərbaycanı bütün dünyada ləyaqətlə təmsil edən vətənpərvər bir ziyalı Elçin İsgəndərzadənin olduğu ölkələrin, elminə poeziyasına görə aldığı mükafatların, elmi bədii, habelə tərcümə əsərlərinin siyahısını təqdim etsəm nəinki bir məqalənin heç bir kitabın  da hüdudlarına sığışmaz. Elçini tanıyanlara bu dəyərli işlər yaxşı məlumdur. Məlum olmayanlar üçün bunların sadəcə statistikasını qeyd etməklə kifayətlənirəm, necə deyərlərArifə bir işarə bəsdir”.

Professor Elçin İsgəndərzadə 200-dən çox elmi məqalənin, 47 ixtiranın, 14 monoqrafiya dərs vəsaitinin, 85 bədii kitabın, 125  tərcümə kitabının mütərcimidir. Dünyada çap olunan iyirmiyədək qəzet jurnalın redaksiya heyətinin üzvüdür.

Elçin İsgəndərzadə Şuşada anadan olub. (14.09.1964). Ağdam şəhər 6 saylı orta məktəbi qızıl medalla (1981), Azərbaycan Politexnik İnstitutunu fərqlənmə diplomu ilə bitirib (1986),  Maşın mexanizmlər nəzəriyyəsiixtisası üzrə aspiranturaya qəbul olunub (1989), namizədlik dissertasiyasını müdafiə edib (1993), “VektorBeynəlxalq Elm Mərkəzini təsis edib (1994), Azərbaycan, Qazaxıstan, Bolqarıstan, Rumıniya, Kosova, Rusiya s., Yazıçılar Birliyinin üzvü, Afina şəhərinin fəxri vətəndaşı, “Roma şəhərinin fəxri alimi”, Avropanın fəxri ixtiraçısı fəxri elm mədəniyyət adamı, onlarla Beynəlxalq Akademiyanın üzvü, orden qızıl medalın sahibi... Şairdir. N.Nərimanov həkim, A.P.Çexov həkim, Ç.Aytmatov zootexnik, fəqət həm bəlkə daha çox yazıçı idilər. Bu gün professor, Hacı (2006) Elçin İsgəndərzadə, Türk Dünyası Araşdırmaları  Beynəlxalq Elmlər Akademiyasının həmprezidenti kimi dünyada Türk birliyinə tarixi xidmət göstərir. Bunu E.İsgəndərzadə haqqında böyük türk müasirlərinin qiymətli fikirləri təsdiq edir. Bir neçə mülahizəni misal verək: 

Elçin İsgəndərzadənin poeziyasının son illər dünyanın onlarla ölkəsində yerli dillərə çevrilərək çap olunması ondan xəbər verir ki, Türk poeziyası artıq dünya poeziya okeanına yelkən açmaqdadır” (Çingiz Aytmatov); “Elmi fəaliyyətləri ilə yanaşı şair olaraq da imzası yaxşı tanınan Prof. Dr. Elçin İsgəndərzadə dəyərli bir arkadaşımızdır” (Raur Denktaş, KKTC Cumhurbaşqanı). Azərbaycanın böyük dostu akademik İhsan Doğramacı yazıb: “İnanıram ki, Türk Dünyasının Elçin İsgəndərzadə kimi nadir istedadları bizim bacarmadıqlarımızı, lakin arzuladıqlarımızı şərəflə həyata keçirəcəklər”. Qırğızıstanın Xalq şairi, Yazıçılar Birliyinin sədri Nadirbek Alımbekov isə belə deyib: “Türkdilli ölkələrin hər birində heç olmasa bir nəfər Elçin kimi ürəyini məşələ döndərsə, inanıram ki, Türk Birliyi Dünyanın bütün siyasi, mədəni digər birliklərindən daha üstün olar... Tanrı Türk Dünyasının Elçinlərini bizlərə çox görməsin”. Başqa bir Çingiz-müdrik müasirimiz Çingiz Əlioğluya görə: Elçin İsgəndərzadəyə inamOnun dəyişməz  mədəni əyar ölçülərinin xaslığına əsaslanır, yüksək ziyalı səviyyəsindən gəlir, ən başlıcası isə istedadına güvəncindən doğur”. İstedadlı rəssam şair Adil Mirseyid özünün esse-monoqrafiyasında Elçin İsgəndərzadənişeirimizin Qarabağ şikəsti, hardan baxsan görünən adamkimi doğru, orijinal bənzətmələrlə sərgiləyir. Əlbəttə, mən texnika elmləri doktoru Elçin İsgəndərzadənin maşın mexanizmlər nəzəriyyəsi sahəsindəki elmi əsərləri ixtiraları haqqında bir söz deyə bilmərəm. Buna mənim səlahiyyətim yoxdur. Fəqət, onun şəxsiyyətinə, prinsipial ziyalı mövqeyinə əsaslanıb deyə bilərəm ki, Elçin texniki sahədə ciddi bir alimdir”.

Qayıdıram Adil Mirseyidin sanballı sözünə – “Elçin İsgəndərzadə ŞairdiŞair isə hardan baxsan görünən adamdır”. Bu gözəl fikrin məntiqi yozumu belədir: Elçin İsgəndərzadə hardan baxsan görünən şairdiAzərbaycandan, Rusiyadan, Türkiyədən, Türküstan ellərindən, Almaniyadan, Rumıniyadan, Bolqarıstandan... Əcaba, ilə, şeiriyyətinin hansı yüksək əyarı ilə hardan baxsan görünə bilir Elçin İsgəndərzadə?!

Rəhbərlik etdiyiİlhamədəbi birliyində Elçinə ilk addımlarında yardımçı olmuş, tanınmış ədib Qərib MehdiElçin-el üçünkitabında yazır: “Elçinin həyat yaradıcılığının marşrutu belədir: Şuşa-Gəncə-Bakı-Dünya. Elmdə professorluq zirvəsinə çatıb. Şairliyi ondan geri qalan deyil... Fəaliyyətinin ana xəttinixeyriyyəçilik, vətənpərvərlik, türkçülük dünyəvilik təşkil edir”.

Şair qəlbinin gerçəkliyə münasibət tərzi onun poeziyasının xarakterini müəyyən edir. Elçin gerçəkliyə-həyata alim kimi daxil olur, oradan şair kimi çıxır. Onun poeziyasının həmmüsbət”, həm mənfiqəhrəmanı şairin özüdür. Şairin estetik idealı daşıdığı ruhun bədii-fəlsəfi iradəsidir. E.İsgəndərzadə qədim türk ellərindən, böyük türk tarixindən daşlaşıb gələn türk ruhunun mənəvi tərcümanıdır. Onun idealı türkçülükdür: “Yer üzü türkün torpağı, göy üzü türkün bayrağı”. Elə bilirəm ki, bu düstur bir şair kimi E.İsgəndərzadəni türk ədəbiyyatına daxil edir. “ Türkük türkü oxuyuruqnamlı şeirində şair daha ünlü bədii-fəlsəfi açıqlama verir:

Tanrı dağından gəlirik,
Cənnət bağından gəlirik
Türk oymağından gəlirik,
Türkük türkü oxuyuruq.                          

Əsdikcə səhər yelləri,
Açılar könül gülləri,
Atlanar Turan elləri
Türkük türkü oxuyuruq.

Türkün əski türküsü qədər saf səmimi olan bu nəğməqılıncımız belimizdə // qopuzumuz əlimizdədeyən türkün möhtəşəm obrazını əyani tərzdə canlandırır.  Türk qılıncla tarixi yaradıb, qələmlə tarixi yaşadıb. E.İsgəndərzadə elmi ilə tarixi yaradan, şeiri ilə tarixi yaşadan təmiz qanlı bir türk oğludur.

Onun böyük alim Xudu Məmmədova həsr olunmuşBu qalabizim qala”, dahi türk ədibi Çingiz Aytmatova həsr olunmuşTuran savaşçısının nəğmələripoemaları bu fikrin həqiqiliyini sərgiləyir:

And olsun Göy Tanrıya
bu torpaqlar bizimdi.
Ucsuz-bucaqsız çöllər
uca dağlar bizimdi.                     

Göy Tanrı övladıyıq
göylərdən gəlmişik biz.
Yolumuzu gözləyir
Çox uzaqda son dəniz.

Elçin İsgəndərzadəninOğlum Əliyə dualarpoemasını türkün gələcək nəsillərinə bizdən sonra gələnlərə ünvanlanmış bədii kimlik sənədi, YADDAŞ MƏKTUBU adlandırıram. Əksər qələm sahibləri oğlanlarına müraciətlə əsərlər yazıb. Mən yeganə oğlum Fərid Şəmsizadəyə müraciətləMüdriklər bunları deməyibkəlamlar kitabçasını həsr etmişəm. ElçininDuaları” – yaddaş dualarıdır, gücü, qüdrəti təkcə poetik hüsnündə deyil, unudulmazlığındadır:

Sən kövrəlib ağlama,
Səsim qırılsa birdən.
Bir savaşda vurulsam,
Qılıncımı götür sən.                      

Dünya türkdən başlayır,
Unutma bunu, oğlum.
Bir gün türklə bitəcək
Dünyanın sonu oğlum.

Dünyada türk heç vaxt fateh olmayıb, qılıncından çox yenilməz ruhuna güvənib. Xaqani, Nizami Gəncəvi, Əhməd Yəsəvi, Mövlana Cəlaləddin Rumi, Yunus Əmrə, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Əlişir Nəvai, Zahirəddin Babur, Mövlanə Məhəmməd Füzulibu karifeylər türk ruhunu əbədiləşdirən dahilər olublar. Türkün atı qan yolları ilə yox, nur yolları ilə hərəkət edib. Türk köç etməyib vətəninin bu başındanMançuriyadan Çin səddindən, o başınaMacarıstana gedib. Onun ölçüsü günəş olub. Türk dünyada misli bərabəri olmayanBöyük çöl mədəniyyəti İslam dininin qəbuluna qədər 17 imperiya yaradıb. Ərəblər İslamı yaradıb, türklər İslamı yaşadıb. Elçin İsgəndərzadə belə bir mədəniyyətin, əxlaqın, qəhrəmanlığın layiqli varisidir.

Bir şair kimi o əski türk şeirinin, “Kitabi-Dədə Qorqudşeirinin üslub ahəngini qorumağa çalışır onu müasir modern poeziya ilə birləşdirməyə cəhd edir. ElçininQürbət hücrəsində” (2013)  şeirlər poemalar kitabına daxil olan bəyəndiyim onlarla şeirinin birindən (“Məmləkət”) kiçik bir misal çəkirəm:

Savaş günü atları yəhərləyib
Qibləsinə vardığımız
Məmləkətdir, məmləkət.
Durna telli igidləri
dəliqanlı, havalı.
Gəlinləri, qızları
bənövşətək həyalı
Məmləkətdir, məmləkət.
Qarşı yatan sıra dağlar
ulusumun cənnəti.
Könüllərin yarasında
ayrılığın həsrəti.

Bu misraları baxışları atlı türkün nəzərləri kimi səhra ilə üfüq arasındakı əbədiyyətə zillənən türkçü, Şuşa-Qarabağ həsrətini milli faciə kimi yaşayan Azərbaycan şairi yaza bilər. Misal verdiyim misralar Elçin İsgəndərzadənin “525-ci qəzet çap olunmuşŞahmar şikəstəsipoemasını yadıma saldı. Q.Mehdi doğru olaraq onuMuğam-rekviyemadlandırır. Şair yazır:

Bu bəxtdi, düşüb bir nəhs ələ ki,
Taleyimiz ömrümüzə tələ ki,
Baş qarışıb, məshəb itib hələ ki
Qarabağa bizsiz gəlir bu yaz da...

Belə bir ovqatla da Elçin İsgəndərzadə ən sanballı şeir kitablarından biriniBir ümid Xarıbülbül” (2008) adlandırıb. Kitaba yığcam, fəqət  məzmunlu ön söz yazmış görkəmli alim Nizami Cəfərov deyir: “Elçinin şeiri adamın ürəyini, hissini, əzmir, sıxmır, emosiyanı təlatümə gətirmir, ürəyə, hissə olduqca sakit, rəvan, harmonik bir axınla dolur... Qarabağ şikəstəsi kimi!.. Elçin hisslərin filosofudur”. Mən hesab edirəm ki, Elçin İsgəndərzadəninİkilikləri ən yaxşı fəlsəfi-intellektual şeir beytləridir:                   

Mənim könlüm sənsiz qaldı,
Uçan durnam qatar saldı.                     

İçərişəhərdə sərsəri külək
Veyillənir sərxoş rəssam tək.                     

Divarda akvarellə çəkilmiş rəsm
Rəsmdəki dağlardan gəlir səsim.

Dünyanın məşhur təlimlərindən olan vəhdəti-vücuda görə qum dənəsi dünyanın modelidir. “Zərrə mənəm, günəş mənəm. // Cahr ilə pəncü-şeş mənəm”- deyirdi böyük hürufi şair Nəsimi.

Beləliklə, dənizin suyunun şor olduğunu bilmək üçün dənizi bütöv içmək lazım deyil, bircə damla kifayətdir. Eləcə görkəmli alim, texnika elmləri doktoru, professor Elçin İsgəndərzadənin səmimi bir türkçü, türk dünyasının sevimlisi, türk ruhunun poetik tərcümanı, istedadlı şair olmasını bir daha təsdiq təqdim etmək üçün onun zəngin çoxcəhətli yaradıcılığını başdan ayağa şərh etmək lazım deyil. Bu gələcək tədqiqatçıların işidir.

Elçin İsgəndərzadə 50 yaşın aşırımına zəngin bir elmi-nəzəri, bədii-fəlsəfi, mənəvi-əxlaqi arsenalla gəlib, özü ilə böyük  nüfuz bütöv şəxsiyyət gətirib.

 





22.09.2014    çap et  çap et