525.Az

Yazıçının ədəbi tərcümeyi-halı


 

Yazıçının ədəbi tərcümeyi-halı<b style="color:red"></b>

"...Azərbaycanın tanınmış yazıçı- dramaturqu Hüseynbala Mirələmovla bir yerdəyik... Mən dostluqda dəqiqliyə, həssaslığa təmənnasız münasibətlərə xüsusi qiymət verən adamam. Bu mənada Hüseynbala Mirələmovla oxşarlığımız çoxdur. Həmfikir olduğumuza görə tale bizi qovuşdurub. Biz hər bir mövzuda fikir mübadiləsi aparanda eyni məxrəcə gələ bilirik... Hüseynbala ilə hər  görüşəndə ondan müsbət enerji qəbul edirəm, ruhən  bəhrələnirəm"...

Bu sözlər türk dünyasının ( ümumən dünyanın!)  böyük yazıçı- mütəfəkkiri Çingiz Aytmatova aiddir...

lll

Hüseynbala Mirələmov müasir Azərbaycan ədəbiyyatının ən parlaq, ən məhsuldar simalarından biridir. Onun hekayə, povest, roman, dramaturgiya publisistikasında qaldırılan kifayət qədər ciddi sosial- mənəvi problemlər yalnız Azərbaycanda deyil, əsərlərinin tərcümə  olunub yayıldığı ölkələrdə böyük maraq doğurur, Azərbaycan ədəbiyyatının, ədəbi- ictimai təfəkkürünün səviyyəsi barədə aydın təsəvvür yaradır.

Yazıçının yaradıcılığının ən mühüm  xüsusiyyətlərindən birincisi, heç şübhəsiz, müasirliyi, günümüzün  mürəkkəb hadisələrinə, analitik təhlilə ( ümumiləşdirməyə) çətin gələn ictimai  proseslərə, get- gedə daha da  çətinləşən, gözlənilməz mənəvi- əxlaqi anomaliyalarla  qəlizləşən insan münasibətlərinə fəal ədəbi-fəlsəfi müdaxiləsidir. Ümumiyyətlə, hansı mövzuda yazırsa-yazsın, Hüseynbala Mirələmovu bir yazıçı - mütəfəkkir kimi  maraqlandıran əsas məsələ bu günün insanı, onun düşdüyü mürəkkəb sosial-psixoloji vəziyyətlər ondan optimal çıxış yollarının axtarılıb tapılmasıdır.

Məlum olduğu kimi, XX əsrin sonu XXI əsrin əvvəllərindən etibarən dünya insan həyatına həm siyasi, həm  iqtisadi, həm mədəni-mənəvi sahələrdə  öz  "sürprizlər"ini diqtə etməyə başladı. bu  "sürprizlər" o qədər çox, o qədər intensiv oldu ki, zəmanəmizin ən nikbin filosofları belə insanın ( dünyanın!) taleyi barədə xeyli bədbin fikirlərə düşdülər... Vəziyyət o həddə  çatdı ki, yeniləşmə, inkişaf fəlsəfi təfəkkürdə  nəinki alqışlanmalı, hətta etiraz doğurmalı  oldu. Əgər əsrlər boyu nümunəvi sayılan, həyat proseslərini tənzimləyən kanonlar  pozulursa, həmin kanonlara bu ya digər səviyyədə riayət etmək insanı həyatın özünün  proqreslərindən kənarda qoyursa, müasir  ( hər gün müasirləşən!) dünyanı necə  izah etməli? Yalnız paradokslarlamı?..

Bir vaxtlar dünyanı hərbiçilər- sərkərdələr idarə edərdilər...  Makedoniyalı İsgəndər, Attila, Çingiz xan, Əmir Teymur, I Pyotr, Napoleon...   tarix yüzlərlə bu cür qəhrəmanı öz yaddaşında qəribə bir məhəbbətlə, ehtiramla   çox maraqlıdır ki, xüsusi təəssübkeşliklə qoruyub saxlamışdır. Bütünlüklə fiziki- hərbi gücə əsaslanan həmin dünya üçün insan həyatı o qədər əhəmiyyətsiz idi ki, hətta az- çox fatehlərin  ətrafındakı filosoflar, tarixçilər, şairlər belə onların yüz minlərlə insanın məhvinə hesablanmış qələbələrini tərənnüm edirdilər.

Dünyanın həm hərbçi sərkərdə, həm siyasətçi- ideoloq olmaq iddiasına düşən son qəhrəmanları Hitlerlə Stalin oldular.

Sonra siyasətçilər, ideoloqlar gəldilər... Onlar əllərində silah orduların önündə getmək, qanlarına bulaşmış cəsədləri bilavasitə görmək əzabından xilas oldular...   təbii ki, qalib gəlmək üçün yenə öldürmək lazım idi, lakin gözə görünmədən, günahı naməlum (heç bir vəchlə tapılmayacaq!) bir qüvvənin, ya da ölənin boynuna atmaqla...

XX əsrin sonlarına doğru sülh uğrunda mübarizənin ümumdünya hərəkatına çevrildiyi, insan hüquqlarının müqəddəsliyi beynəlxalq münasibətlərin əsasında dayandığı bir dövrdə terrorizm (günahkar yox,  məhz günahsız insanlara qəsd!) hərəkatı elə  bir miqyas aldı ki, həyatın fəlsəfəsi barədə  düşünmək artıq xeyli dərəcədə mübahisəli görünməyə başladı.

Elə isə nəinki insan beyninin (intellektinin!) hətta insan qəlbinin (hisslərinin!) mexanikləşdiyi müasir dünyada yazıçının, sənətkarın, mütəfəkkirin müasir olması deməkdir?.. İnsanın necə yaşadığı, gündəlik fəaliyyətinin nədən ibarət olduğu, necə ailə qurduğu, bu dünyada qoyub getdiyi  barədə daha çox iqtisadi statistikanın, yaxud hüquq- mühafizə  orqanlarının verdiyi məlumatlara əsaslanıldığı müasir dövrdə yazıçının (ədəbiyyatın!) müasirliyi nəyə əsaslanır?..

Fikrimizcə, konyuktursuzluğa ya tərəfsizliyə!.. Ədəbiyyat, yaxud əsl yazıçı (sənətkar) ona görə həmişə müasirdir ( onun dövranı heç zaman qurtarmır) ki, onun, sözün dar mənasında, məqsədi yox, sözün geniş mənasında, məramı var... Bu məram isə insanın daxilinə hansı ilahi qüvvəninsə qoyduğu insanlığın ölməsinə imkan verməməkdən, onu (insanı), birinci növbədə, öz gözündə yüksəltməkdən ibarətdir.

Hüseynbala Mirələmov hər şeydən əvvəl, ona görə müasirdir ki, təbii- tarixi bir inersiya ilə öz böyük xələflərinin yoluyla gedir...

Yazıçının yaradıcılığının ikinci mühüm xüsusiyyəti onun  mütəfəkkir məsuliyyətidir. Bu isə o deməkdir ki,  Hüseynbala Mirələmov əlinə qələm alandan yazıbsa onun həqiqət olduğuna ürəkdən inanıb, bir şey düşünüb başqa şey yazmayıb...  həyatı bəzəməkdən, bəlağətdən, gözə ( ürəyə!) xoş gələ biləcək bədii konstruksiyalar uydurmaqdan həmişə qaçıb...   imkan verməyib ki, zamansa sıravi, yaxud intellektual bir oxucu onun əsərini oxuduqdan sonra "yox, düz yazmamısan!" desin.

Yazıçı sözünün, çox təəssüf ki, nüfuzunun o qədər yüksək olmadığı bir dövrdə  ona (yazıçı sözünə!) nüfuz qazandırmağın əsas yolu məhz bu tərəfsiz, konyuktursuz məsuliyyətdir - həyatı  necə varsa o cür, bütün harmoniyası ( kəm- kəsiri) ilə göstərmək, təsvir etməkdir.  Həqiqəti deməkdən qorxmamaqdır.

Nəhayət, Hüseynbala Mirələmov yaradıcılığının üçüncü mühüm xüsusiyyəti onun humanizmidir.

Yazıçı üçün müasirlik, məsuliyyət qədər əhəmiyyətlidirsə, humanizm o qədər vacibdir. Dünyada insana həyat verə biləcək, onu müdafiə edə, yüksəldə biləcək varsa, yazıçı ona həssas olmalıdır.  əksinə, insanı insanlıqdan çıxaran varsa, ona qarşı çıxmalıdır. Xüsusilə bizim günlərdə - insanlığın ən munis, ən səmimi hisslərinə total ( qaba!) müdaxilənin gücləndiyi bir dövrdə yazıçı humanizmi ən böyük sosial- ideoloji münsif ola bilər. olmalıdır...

Hüseynbala Mirələmov yaradıcılığında müasir olduğu qədər  məsuliyyətli, məsuliyyətli olduğu qədər humanist sənətkardır... O, ən "mənfi" qəhrəmanının belə təbiətindəki insani keyfiyyətləri görür,  qiymətləndirir, “qətran qaranlığı"ndakı kiçik  bir işıq cücərtisinin parlamasına, yatmış vicdanın oyanmasına, solmaqda olan hisslərin çiçəklənməsinə elə ehtirasla çalışır ki, bunu ancaq böyük ürək sahibləri edə bilər.

lll

Hüseynbala Mirələmov 25 iyun 1947- ci ildə Lerik rayonunun Nuravurd kəndində dünyaya gəlsə , kiçik yaşlarında ailəliklə Lənkəran şəhərinə köçdüklərinə görə burada  boya- başa çatmışdır. Lənkəranda orta məktəbi gümüş medalla bitirmiş, müxtəlif elm sahələrində istedada malik yeniyetmə ali təhsilini Azərbaycan Politexnik İnstitutunun  inşaat fakültəsində  davam etdirmişdir (1965- 1970).

Uzun illər həm istehsalatda çalışan, həm elmi tədqiqatlarla məşğul olan, həm   ictimai xadim kimi formalaşan Hüseynbala Mirələmovun  genişmiqyaslı yaradıcılıq imkanlarının, tale ( həyat) göstərdi ki, bir mühüm sahəsi ədəbiyyat  imiş.

Orta məktəbdə oxuduğu illərdə yazıb Lənkəranın "Leninçi" qəzetində çap etdirdiyi "Bir tikə çörək" hekayəsi, hər şeydən əvvəl, o demək idi ki,  Hüseynbala Mirələmov çox gənc yaşlarında  ədəbiyyat dünyasına daxil olmaq üçün artıq "vətəndaşlıq pasportu" almışdı. tale onu sonralar  haraya göndərsə , hansı yüksək mövqelərə qaldırsa da, o, bu "vətəndaşlıq"dan imtina  edə bilməzdi.

Ümumiyyətlə, təcrübə göstərir ki, həyatın hər üzünü görməyən, ona sözün böyük mənasında  ( bütün mürəkkəb tərəfləri ilə birlikdə) yaşamayan, dünyaya yalnız yazı masasının  arxasından baxan yazıçı sənətkarlıq texnologiyalarına qədər dərindən yiyələnsə , oxucu ilə sona qədər səmimi ola bilməz. Həyatdan gələn yazıçı isə hətta sənətkarlıq baxımından müəyyən mənada mübahisəli görünsə ,  əsərlərində həyat həqiqətlərini bütün təbiiliyi ilə təqdim etdiyinə görə, oxucunu cəlb edir, hisslərinə hakim kəsilir, onu həyəcanlandırır, düşündürür...

Orta məktəbin yeddinci sinfində oxuyarkən - 1961- ci ildə çap olunan ilk  hekayəsindən iyirmi beş il sonra ilk hekayələr kitabı - "Tənha durna uçuşu" (1986) nəşr olunana  ( ondan da on beş il sonraya) qədər   Hüseynbala Mirələmov çoxlarının qibtə edəcəyi  dolğun (hadisələrlə zəngin!)  bir həyat yaşamışdı. Özü kabinetlərdə yox,  istehsalatın imkan verdiyi geniş ictimai miqyaslarda, müxtəlif təbəqələrdən olan insanlarla çiyin- çiyinə,  kürək- kürəyə, göz- gözə... Dünyanın ən ağıllı, müdrik, hər hərəkəti bir tərbiyə məktəbi olan  insanlarını da görmüşdü, hər hərəkəti insan adına ləkə olan məxluqlarını da...

 Hüseynbala Mirələmovun çap olunan ilk hekayəsindən iyirmi beş il sonra nəşr olunmuş ilk hekayələr kitabına ön söz yazmış məşhur yazıçı, tənqidçi- ədəbiyytşünas Elçin özünəməxsus üslubla qeyd edirdi ki, "mən bu kiçik kitaba toplanmış hekayələri oxuduqdan sonra birdən- birə Lerik, Yardımlı dağlarını xatırladım,  o dağların təmiz, şəffaf ab-havasını xatırladım, Lənkəranın, Astaranın, Masallının - doğma  Azərbaycanımızın bu gözəl, ürəkaçan guşəsinin limonlu, narınclı, portağallı bağ- bağatını,  qatarla sıralanan düzləri, təpələrin döşlərini bəzəyən çay plantasiyalarını xatırladım, Xəzərin heç yerdə yox, məhz Lənkəran, Astara sahillərində əsən mehini duydum...

Yox, ona görə yox ki, Hüseynbala başı qarlı o dağları, o gözəl Lənkəran bağ- bağatını təsvir etmişdir; ona görə ki,  bu hekayələrdəki səmimiyyət, doğma yurda məhrəmlik,  hiss etdiklərini öz imkanları daxilində  söyləmək, yaxşıya sevinmək ilə, xeyirxahlıq ilə o dağların, o bağ- bağatın, o dəniz mehinin arasında nəsə üzvi bir bağlılıq var".

Hər cür uğurlu, istedadlı əsəri ( yazıçını) ürək genişliyi ilə yanaşı, son dərəcədə  məsuliyyətlə dəyərləndirən Elçin əlavə edir:  "Hüseynbalanın bu hekayələr kitabı "Tənha durna uçuşu" ilə başlayır, "Qayıtdı durnalar..." hekayəsi ilə sona yetir.

yaxşı ki, o durnalar, o azad quşlar yenə doğma torpağa qayıdırlar mən çox  istəyirəm ki, hansı janrda, hansı həcmdə yazmasından asılı olmayaraq, Hüseynbalanın qələmi zəhməti kimi (Hüseynbala Mirələmov o zamanlar qaz kəməri inşaatı mühəndisi idi - N.C.) doğma  torpağa, doğma yurda beləcə bağlı olsun".

Tənha durna uçuşu"ndan on beş il sonra nəşr olunmuş  ikinci hekayələr kitabına - "Qayada çiçəy"ə (2002) yazdığıMüəllifdən qeydlər"ində Hüseynbala Mirələmov ilk hekayəsinin çapından qırx ildən artıq vaxt keçdiyini yada salır.  yaradıcılıq tarixçəsinə işıq salan maraqlı fikirlər söyləyir:” ...İndi yaş o yaşdır, zaman, dövran...

Ancaq ilk gəncliyimdən içimə düşən közün yandırdığı yerin göynərtisi ötmədi. Zaman- zaman məni yandırdı, ara- sıra qələmə aldığım hekayələrdə daxilimdə baş qaldıran  tufanları sakitləşdirməyə cəhd göstərsəm ,  zaman keçdikcə bu hisslər qarşısıalınmaz bir həvəs istəklə üzə çıxır, hətta vaxtilə mənəviyyatımda yığılıb qalmış həyat həqiqətlərini bədii sözün donunda üzə çıxarmağa məni məcbur edir. Əlbəttə, bu kitabda  toplanmış hekayələrin qüsursuz sənət  nümunələri olması iddiasında da deyiləm. Ancaq diqqətli oxucu üçün bu yazıların zorən yazılmadığını təyin etmək o qədər çətin  olmaz.

...Az yazmağımı da sözə arxa çevirmək, sözdən uzaq düşmək kimi qəbul etmirlər. Əlbəttə,  yazılarım haqqında ən ədalətli hökmü şəffaf oxucu özü verəcəkdir. Ancaq nikbinlik  duyğusu ilə deyirəm, hansı könülsə vaxtsa bu sözlərin hərarətindən istilik alsa, məmnun olaram".

  Hüseynbala Mirələmovun bədii yaradıcılığa çox gənc yaşlarında başlamasından xəbəri olmayan, yaxud 2000-ci illərin əvvəllərindən etibarən çox böyük məhsuldarlıqla yazıb-yaratmasından ya qəflətən ədəbi prosesdə bütün parlaqlığı ilə görünməsindən "təşvişə düşən" tənqidçilər yazıçını qiymətləndirməkdə müəyyən tərəddüdlər keçirdilər. Necə oldu ki, 60, 70, 80-ci, hətta 90-   illərdə "susan", "görünməyən" bir yazıçı 2000- ci illərin əvvəllərindən başlayaraq "inqilab" elədi, həm nəsrdə, həm dramaturgiyada, həm publisistikada bu qədər böyük uğurlar qazandı?..

Ədəbi yaradıcılığın (istedadın!) özünəməxsusluqlarını, gözlənilməz sürprizlərini subyektivlərini bir yana qoysaq, fikrimizcə, bunun  üç məlum səbəbi vardı:

1) Hüseynbala Mirələmov çox gənc yaşlarından, əgər belə demək mümkünsə, yazıçılıq eləmiş, ilk hekayəsini çap etdirmiş,  sonralar da "ədəbiyyatdan xeyli uzaq sahələrdə" çalışsa da,  vaxtaşırı yazmaqdan qalmamış, ədəbiyyatla yaşamışdı.

2) 60, 70, 80, 90- illərdə hər onilliyi bir mərhələ olan, xüsusilə mənən- ruhən zəngin bir həyat yolu keçmiş, böyük bir intellekt, ideya- fikir adamı, cəmiyyətin qəbul etdiyi şəxsiyyət olaraq formalaşmışdı, deməyə  sözü vardı.

3) Dünyanın dəyişməsi (demokratikləşməsi!),  xüsusilə Azərbaycanda ümummilli lider Heydər Əliyevin yaratdığı humanist şərait imkan  vermişdi ki, daxilində yanğı ( insan sevgisi!) olan, həyatı dərindən bilən bu  şəxs (şəxsiyyət!) bütün gücü, miqyası məhsuldarlığı ilə  ədəbiyyata (yenidən!) gəlsin.

çox keçmədi ki, Hüseynbala Mirələmovun  istedadını qiymətləndirməkdə ədəbiyyatın xeyirxahı ( uzaqgörəni!) Elçin tək qalmadı... Çingiz Aytmatov, Bəkir Nəbiyev, Əlirza Xələfli,  Nizaməddin Şəmsizadə, Vaqif Yusifli, Nizami Cəfərov kimi onlarla ədəbiyyat adamı da böyük yazıçının, ictimai xadimin, "insan qəlbinin mühəndisi"nin (Maksim Qorki) istedadını etiraf etdilər.

lll

Yaradıcılıq miqyası çoxşaxəli olan yazıçı, artıq qeyd etdiyimiz kimi, onlarla gözəl hekayələrin, povestlərin, romanların, dram əsərlərinin, publisistik məqalə kitabların (xüsusilə Heydər Əliyev, Zərifə Əliyeva İlham Əliyev haqqında "Görkəmli adamların həyatı" seriyasından dünyanın müxtəlif dillərinə tərcümə olunaraq nəşr edilmiş kitabları), ədəbi- tənqidi yazıların, tərcümələrin müəllifidir. Müraciət  etdiyi mövzulara gəldikdə isə onların da  miqyası kifayət qədər genişdir: məhəbbət mövzusundan başlamış Qarabağ  mövzusuna qədər...

Əgər sual olunsa ki, Hüseynbala Mirələmov yaradıcılığının baş qəhrəmanı kimdir ya nədir? - cəsarətlə cavab vermək olar ki, "mənəviyyat!.." Ümumiyyətlə, yazıçının elə bir əsərini təsəvvür etmək mümkün deyil ki, mənəviyyat, insanlıq ya mənəvi məsuliyyət məsələsinə  toxunulmasın, özü məhz  dərindən, məsələni hərtərəfli əhatə edəcək bir şəkildə toxunulmasın... Maddiyyatın mənəvi dəyərləri (insanlığı!) çox hallarda sıxışdırıb ikinci ya  üçüncü plana keçirdiyi müasir dünyada bu,  əlbəttə, donkixotluq deyil, böyük yazıçı  missiyasıdır, insanlıq tarixi qarşısında əbədi cavabdehlikdir...

Sevgi!.. Hüseynbala Mirələmovun qəhrəmanlarının mənəvi dünyasını, hətta xarakterini, şəxsiyyətini ( taleyini!) müəyyənləşdirən ilahi qüvvədir. Bir  kişinin bir qadına, yaxud bir qadının bir kişiyə münasibətinin ən parlaq təzahürü olan bu qüvvə, yazıçıya görə, o zaman  təbii, məsuliyyətli humanistdir ki, həyatın özünü yenidən yaradır. Çünki dünyada həyatın özünün özünü  yenidən yaratmasından müqəddəs heç yoxdur.

Əgər buna alternativ olan hər hansı cəhd, yaxud "qüvvə" olmaq fikrinə düşən bir  refleks ya iddia varsa, o,  anlaşılmazlıqdır, anti-həyatdır, qaranlıqdır...

cəsarətlə demək olar ki, yazıçının nəinki bədii əsərlərində, hətta publisistikasında  da sevgi, məhəbbət hissi özünü ifadədən çox- çox kənara çıxıb dünyagörüşü (fəlsəfə!) səviyyəsinə, insanın həyatda, cəmiyyətdə, mühitdə özünütəsdiqi, şəxsiyyətin mükəmməlliyinin atributu səviyyəsinə yüksəlir.

Hüseynbala Mirələmovun, demək olar ki, bütün əsərlərində hadisələr, münasibətlər (ümumiyyətlə, həyat!) əvvəlcə qatı qaranlıqlar, tufanlar içərisində təsvir olunur, əsərin qəhrəmanı bu qatı qaranlıqlardan işığa, tufanlardan  hüzura, sakitliyə can atır.

qəhrəmanlarını həmişə  həyatın ən dərin girdablarına salmaqdan, ən çətin vəziyyətlərdə təsvir etməkdən ona görə çəkinmir ki, onların həmin girdablardan, həmin çətinliklərdən çıxacaqlarına tamamilə  əmindir.

Hüseynbala Mirələmov yaradıcılığı, ədəbi tərcümeyi- halı ilə Azərbaycan ədəbiyyatına, ümumən mədəniyyətinə kifayət qədər böyük nüfuz, hörmət gətirən mütəfəkkir yazıçıdır.

 





22.09.2014    çap et  çap et