525.Az

Ssenarist qurbanı – Ofisiant...


 

Ssenarist qurbanı – Ofisiant... <b style="color:red"></b>

Son vaxtlarda Azərbaycanda filmlərin, bədii əsərlərin, xüsusən romanların dəbə necə düşməsi, bu dəbin kimlər tərəfindən yönləndirilməsi  xeyli maraqlı məsələdi. Həm ciddi problemdi, məncə. Artıq bir neçə ildir ki Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan ədəbiyyatı tarixinin müxtəlif dövrlərini tədris edirəm. Gəncliyin oxuması, hansı filmləri bəyənməsini öyrənmək məqsədiylə, həm dərs dediyim auditoriyanın səviyyəsini hiss etməkdən ötrü tələbələrimlə müəyyən söhbətlər aparır, onların polemikalara qoşulmaları üçün sərbəst şərait yaradıram. deyim ki, bəzən savadlı, mütaliəli tələbələr olur ki onlarla ünsiyyətdən məmnun qalsam da, çağdaş gəncliyin zövqünü nizamlayan birdəb mexanizminin fəaliyyətini hiss edirəm.

Bəzən bir roman dəbə minir, hansı auditoriyaya girirsən, o əsər haqda fikrini soruşurlar. Əgər eyni əsəri qısa zamanda iki adam soruşdusa, həmin həftə mütləq o kitabı tapıb oxuyuram. Filmlər bu cürdü. Bir görürsən qruplarda ciddi, haylı-küylü müzakirələr gedir, hamı bir ağızdan hansısa filmdən danışır, tərifləyir. Yenə yaxın zamanda opopulyarfilmi tapıb baxıram. etiraf edim ki, bu cür populyar, amma mənasız, məzmunsuz, məntiqsiz əsərlər oxumaqdan, filmlərə baxmaqdan yorulmuşam. Bəs kimdi, hansı zövqün sahibidi bunları dillər əzbəri edib gündəmə gətirən?! Sosial şəbəkələr istifadəçisi olmadığımdan ordakı vəziyyəti bilmirəm bunun günahını feysbukun da boynuna qoya bilmirəm. Ən pisi odur ki, zövqü belə kitablarla, filmlərlə formalaşan gənc elə o səviyyədə qalır, ondan o tərəfə gedə bilmir. Bəzən həmin adamlardan ağızdolusu təriflədikləri filmin, yaxud əsərin nəyini bəyənmələrini soruşanda isə cavab həmişə eyni olur: “qəşəng kitabdı”, yaxud daqəşəng filmdi”.

Ötən semestrin sonuna yaxın daha birqəşəng filmdəbə düşdü. Hara gedirsən, bundan danışırlar, soruşurlar, müzakirələr edirdirlər. Film köhnə olsa da, 2006- ildə çəkilsə , Azərbaycanda gənclər arasında indi yayılıb. SöhbətOfisiantfilmindən gedir. Kino haqda eşitdiyim tərifləri bir xeyli vaxt qulaqardına vursam da, axır dedim baxım da, neyləməli? Baxdım!

Filmin başlamasından bir neçə dəqiqə sonra ilk reaksiyam belə oldu: bu kiPersonajkinosundan plagiatdı?! Hər iki filmdə az qala eyni ideyadan, süjetdən istifadə olunub. Bir balaca araşdırma aparıb gördüm ki, kimin kimdən oğurluq etməsini müəyyənləşdirmək mümkün deyil. Çünki filmlər eyni ildə 2006-da  çəkilib hər iki film həmin ilin sentyabr ayında Kanadada Toronto Beynəlxalq Festivalında ilk dəfə nümayiş olunub. Bir gün fərqlə, “Personaj” 9 sentyabrda, “Ofisiant” 10 sentyabrda. 

Maraqlıdı ki, son vaxtlarda kitaba marağın azalması təəssüf hissi ilə qeyd edilir, həyəcan təbili çalınır. Amma bu zamanda Azərbaycanda yazıçılığın belə dəbə minməsi, hamının yazıçı olmaq istəməsi qəribə bir paradoksdu. Bəlkə qrafomanlardan ötrü ən əlverişli şəraitdi, onsuz da heç kim oxumur, yaxşını pisdən, zəifi güclüdən ayıra bilən oxucu çox az qalıb, belə bir vaxtda kitab sayı artırmaqdan elə bu sayla öyünməkdən asan ola bilər ki?!

Ofisiantfilminə baxanda da nədənsə mənə elə gəldi ki, bu kinonu yazıçılığı sadəcə prestij sayan, yaxud yazıçı sözünün dəyərdən düşməsiylə barışa bilməyən kompleksli adamlar dəbə mindiriblər. Filmin rejissoru, ssenaristi baş rolun ifaçısı holland Aleks Van Varmerdamdı. Bir çox filmlərinin ssenarisini özü yazır, həm baş rolu ifa edir. “İfa edirdeyəndə ki, bu filmdə ifa eləməli nəsə yoxdu. “Personajda bununla müqayisədə xeyli üstün, maraqlı məqamlar var. “Personajfilminin rejissoru Mark Forsterdir. Onu deyim ki, məncə, Mark Forsterin rejissor işi, yanaşmaları Varmerdamın işindən qat-qat üstündü. Forsterin filmləri içərisində ən bəyəndiyim isə Xaled HüseyninÇərpələng uçuranromanı əsasında ekranlaşdırdığı eyni adlı filmidi. Əslən alman olan rejissorun Əfqanıstan mühitini necə duyması cür təqdim etməsi sadəcə heyrətamizdir. Mövzudan uzaqlaşmamaqdan ötrü bu kinoya aid fikirlərimi özümə saxlayıb haqqında danışdığım filmlərin süjetinə keçirəm.

Hər iki filmdə, həmPersonajda, həm Ofisiantda əsas qəhrəman yazıçıdı, daha doğrusu, ssenaristdi. Öz evində, yazı masası arxasında oturub əsər yazır bu əsər bizim gözlərimiz önündə filmə çevrilir. Yazıçının ovqat dəyişikliyindən, ağlına gələn yeni priyomlardan, süjet keçidlərindən asılı olaraq hadisələr hər an dəyişilə bilir. Yəni hər iki filmdə yazıçı istədiyini heç özü dəqiq müəyyənləşdirməyib, ona görə qəhrəmanının başına oyun açmaqdan savayı bir görmür. Onu deyim ki, “Personajdakı yazıçı qadındı, faciə janrında əsərlər yazır elə bu əsərində qarşısına məqsəd qoyub, qəhrəmanını mütləq öldürməlidi sonda. Sadəcə  bunu necə etməyi, süjeti necə aparmağı düşünür.

Ofisiantfilmindəki ssenarist isə daha çox sadist, uğursuz bir adamı xatırladır, nəinki yazıçını. Qarşısına qoyduğu yeganə məqsəd odur ki, qəhrəmanını hər cür əzabdan keçirsin, bütün mümkün yollarla aşağılasın, incitsin sonra... Sonra yenə incitsin, alçaltsın, iztirab versin sonda... Sonda yenə zülüm eləsin, sındırsın öldürsün. Bu, degenerat yazıçının, manyakın, bütün uşaqlıq əzablarının günahlarını hamıda görən binəvanın qələmə aldığı primitiv bir süjetdi, ideyası var, mənası. Burda yalnız bir məsələ var ki, yazıçı öz hökmünü hiss ediristəsəm öldürərəm, istəsəm xoşbəxt edərəm, vəssalam. onun əsərinin bütün qəhrəmanları sadəcə uydurulmuş bir obraz olmalarını, kiminsə tərəfindən yazılan həyat yaşamalarını bilirlər. 25 ildir ki, ofisiantlıqla ömür çürütmüş Edqar ara-sıra yazıçının yanına gəlir, yalvarır ki, onu rahatlığa çıxarsın, bu qədər zülüm eləməsin. Demək olar ki, bütün başqa iştirakçılar da bu cür etiraz bildirirlər ssenaristə. Amma yazıçının qadını da hərdən hirslənir, sevgilisinin manyakal düşüncələrini alovlandırır, hətta istəyəndə özü götürüb nələrsə əlavə edir əsərə.

Burdakı yazıçı obrazını yalnız bir cəhətiylə səciyyələndirmək olar: öz yaratdığı qəhrəmana nifrətlə. Amma bunun özü insan, yazıçı psixologiyasını anlamaq üçün maraqlı, düşündürücü məqamdı. İnsanın içindəki kirin, üfunətin, murdarçılığın onun yazılarına yansıması, görünür, düzdür.

Filmin rejissor işindən, aktyor oyunundan danışmaq çətindi. Çünki əsərin bütün qəhrəmanları uydurma həyat yaşadıqlarını bildikləri üçün onsuz da sünidilər. Hətta sevgi səhnələrində hər şeyin qurama olmasını bilən qəhrəman səksəkədədi sanki. Yaşamır çünki oynayır! Düzdü, Varmerdamın özünəməxsus estetikası duyulur, bəzi uğurlu səhnələr var filmdə. Amma ümumi götürəndə, filmə bütöv qiymət verəndə adamda sual yaranır: bunu niyə çəkiblər ki? Xüsusən sonluğu görəndə bu sual lap çox yerinə düşür. Burdan fərqli olaraqPersonajın qəhrəmanı onu yazan xanım yazıçını gec tapır öləcəyini bildiyi üçün yalvarır ki, qadın əsəri başqa cür tamamlasın, daha doğrusu yazmağa davam eləsin. Burdan da filmin sloqanı alınıb: “Məni yenidən yaz!” sonda xəstəxanada qəhrəmanın gözlərini açması insanda yazıçı obrazına bir ehtiram hissi yaradır. Yəni həyat qalib gəldi, yazıçı hansısa möcüzəylə onunla eyni zamanda, paralel olaraq yaşayan qəhrəmanının artıq personaj kimi yox, insan olaraq arzusunu, yalvarışını dinlədi, nəzərə aldı, prinsipindən vaz keçdi.

...AmmaOfisiantda filmin ortasında ssenarist qəhrəmanın etirazlarından hirslənir, “məni qəzəbləndirmə, elə edərəm, sabah yük maşını basıb keçər üstündən” – deyir. sonda Edqarın bütün yalvarışlarına, uzun sürət əzablı həyatdan sonra rahat yaşamaq istəyinə baxmayaraq, belə edir. Əvvəl onun mənən məhv edir (sevdiyi qadın həmişə onu aşağılayan müştərisi ilə gəlir restorana), sonra isə birdəfəlik öldürür, yük maşını basıb keçir üstündən...

... bayaq dediyim o sualbunu niyə çəkiblər ki? – düşündürür adamı.  Kimsə deyəcək ki, priyom maraqlıdı? Yazıçı yazır yazdıqları həyata keçir, gücünü hiss edir, personajlarıyla görüşür... Amma bu da yeni deyil axı... 35 il bundan qabaq AzərbaycandaYollar görüşəndəteletamaşasında eyni priyomdan istifadə olunub. Həmin tamaşanın ssenarisini bəstəkar Ruhəngiz Qasımova yazmışdı, quruluş verən rejissor Ramiz Həsənoğlu idi. Orda da eyni qaydada, tamaşanın əvvəlindən yazıçı ekrana gəlir, oturub yazır arabir qəhrəmanları gəlib bundan nəsə xahiş edirlər, nəyisə dəyişməsini istəyirlər, nəyəsə etirazlarını bildirirlər. O da elə əsəri gözümüzün qabağında tamamlayır. Görünür, ya məlumatsızlıqdan, ya kəmsavadlıqdandı ki illər öncə öz ədəbiyyatımızda, filmlərimizdə olan yenilikləri indi dünya kinosunda, ədəbiyyatında ağzımızın suyu axa-axa tərifləyirik, qaldırıb dağ başına qoyuruq. Bir kiçik xalq, balaca ölkə olmağın bu cür çətinlikləri var. Biz keçmişə gələcəyə aparansehirli xalatı da amerikanlarınzaman maşınından çox-çox əvvəlkəşf etmişik”.  Sadəcə bunları kənara çıxara, tanıda bilməmişik zamanında.

Yazımın sonundaqəşəng əsərlər”, “qəşəng kinolarməsələsinə yenidən qayıdıb demək istəyirəm ki, bu cür filmləri, yazıları tərifləyənlərməncəsözünü leksikonlarına daxil etsələr, əla olar, MƏNCƏ.

 





22.09.2014    çap et  çap et