525.Az

Yaşlı bakirələr


 

Yaşlı bakirələr<b style="color:red"></b>

Bakirəlikdən söz düşəndə istər-istəməz məşhur Avstriya rejissoru Michael Hanekenin Nobel mükafatçısı, yazıçı Elfriede Jelinekin eyniadlı romanı əsasında çəkilmişPianoçu qadınfilmini xatırlayıram. Azərbaycan tamaşaçısı sakit, darıxdırıcı həyat yaşayan ciddi, mühafizəkar ana ilə xarakter etibarilə elə onun özündən fərqlənməyən 40-45 yaşlı bakirə qızının münasibətlərini ekranda görəndə yəqin ki, çaş-baş qalıb... özünə sual verib: doğrudanmı müasir Avropa cəmiyyətində valideyn yetkinlik həddinə çatmış övladını nəzarətdə saxlayır, onun həyatına müdaxilə edir?

Çünki ilk baxışda filmdəki ailə mühafizəkarlığı tanış mənzərəni  Azərbaycan gerçəkliyini xatırladır. Amma... yalnız ilk baxışda. Ümumiyyətlə, Avstriya cəmiyyəti bu gün müəyyən məsələlərdə mühafizəkarlığını saxlasa da, hər halda bakirəlik tabusunu çoxdan adlayıb. Bəs, nədən rejissor bu mövzuya müraciət edib?

Əvvəla, izləməyənlər üçün filmin qısa xülasəsini anladım: “Pianoçu qadınfilminin baş qəhrəmanı, musiqi professoru, bakirə Erika qoca, deyingən, köhnə düşüncəli anası ilə yaşayır, tələbələrinə Şubertin musiqisini öyrədir. Ciddi insan kimi tanınan qadın dərsdən sonra intimomaqazinlərə baş çəkir, tələbələrindən biri ona vurulanda isə bakirə müəllimənin tamaşaçını heyrətə salan vəhşi-mazoxist intimual istəkləri üzə çıxır...

Yenidən o suala qayıdaq ki, rejissor nədən bakirəni qəhrəman seçib hadisələr məhz onun ətrafında cərəyan edir?

Əslində, bakirəlik filmdə əsas motiv deyil. Sadəcə, rejissorbakirəlikilə cəmiyyətin daha dərin problemlərinə nəzər salır. Müasir qərb cəmiyyətinin o problemlərinə ki, hər şeydən çox rejissorun özünü narahat edir. Bu hansı problemlərdir? XX əsrdən başlayaraq ədəbiyyata, kinoya gətirilən bu gün aktuallığını itirməyən, əksinə, sürət əsrində daha da güclənəninsanın tənhalaşması yadlaşması problemi (XXI əsrdə bu problemin qədər aktual olduğunu təsdiqləyən bir olayıyaxınlarda Latın Amerika ölkələrindən birində tənha gənclərin tənhalığa etiraz aksiyasını xatırlayıram).

Ömrünü musiqiyə həsr edən bu sənətdə bütün mümkün olan uğurları qazanan qadının son nəticədə başqaları ilə özü arasında dərin uçurum yaranır o, real, gündəlik həyatın yaşantılarından, qayğılarından uzaq düşür: hər şeydən əvvəl isə normal insanın ehtiyacı olduğu kişi-qadın münasibətlərindən. Hətta o qədər uzaq düşür ki, partnyoru ilə intim münasibətdə qadın necə davranacağını sadəcə, bilmir kişinin heyrətinə səbəb olur.

Haneke filmində Freydin psixoanaliz nəzəriyyəsinə , belə demək mümkünsə, yungülcə əl atıb: insanın realizə edə bilmədiyi arzuları, istəkləri, enerjisi tamamilə başqa formada üzə çıxır. Bu sublimasiyanın isə müsbət mənfi yönləri ola bilər. Məsələn, filmdə Erika qadın həsədindən doğan hissin təsiri ilə gənc tələbəsinin cibini şüşə qırıntıları ilə dolduraraq onun əlini şikəst edir. Amma hər halda rejissorun məqsədi dahi həmvətəninin nəzəriyyəsini kinoda çözmək deyil. Onun üçün vacib olan daha başqa məsələ var.

Hanekenin filmdəki bir hədəfi kübar davranışın saxtalığını, burjua düşüncəsini, stereotipləri alt-üst etməkdir. Rejissor müsahibələrində dəfələrlə bu motivin onu narahat etdiyini deyib. Beləliklə , Haneke qəhrəmanının, həmçinin onun anasının timsalında cəmiyyətdə bir, pərdə arxasında isə tamamilə başqa rol oynayan insanların nümunəsini yaradıb. Cəmiyyətdə özünü ciddi, mədəni aparan, kübar maneralarla davranan, tələbələrindən nizam- intizam, əxlaq, tərbiyə tələb edən professor işdən sonra intimo filmlər izləyir, açıq-saçıq qiyafələrə səxavətlə pul xərcləyir, intim münasibət zamanı kişidən israrla sado-mazoxist davranış istəyir.

Ananı isə dəvət olunduqları ziyafətdə klassik musiqi, sənət söhbətləri deyil, ev sahibəsinin təklif etdiyi yeməklər maraqlandırır. Üstəlik, ana qızından yeni mənzil almaq üçün daha çox dərs keçməyini istəyir. Rejissor eyni zamanda Avstriya cəmiyyətində nöqsan saydığı bir detala incəliklə eyham vurur: klassik musiqiyə olan sevginin xəstəhal bir düşgünlüyə çevrilməsinə, onun cəmiyyəti az qala total əsarətində saxlamasına. Avstriya intellektualları bu musiqi mübtəlalığını burjua cəmiyyətindəki rəqabətə bənzədirlər.

Məsələni daha da aydınlaşdırmaq üçün xırda bir haşiyə çıxmaq istəyirəm: XIX əsrdə yalnız klassik musiqini dahi bəstəkarları dəyərləndirən Avstriya dövləti texniki ixtiraları, sənayeni, elmi diqqətdən kənar qoydu nəticədə 1866- ildə müharibədə Prussiyaya məğlub oldu.

Rejissor filmində ona işarə vurur ki, Avstriya bu tutqusundan hələ xilas ola bilmir. Klassik musiqi onlar üçün bir sənət növü anlamından çıxaraq, daha geniş miqyas alır: insanın dəyər ölçüsünə çevrilir, onun cəmiyyətdəki yerinə, nüfuzuna həlledici təsir edir (Bu məqamda çox sevdiyim dostum A.Məmmədlinin fikrini yazmaqdan özümü saxlaya bilmirəm: “Lənət olsun, burjuaziyanın incəsənət sevgisinə. Gözəl səslənən sözləri deyil, insanı sevin”). Hamı sanki bir-birilə yaxşı musiqiçi olmaq ya klassik musiqi barədə bilgiləri ilə rəqabət aparır.

Erikanın anası arzulayır ki, heç bir tələbəsi onun professor qızından yaxşı ifa edə bilməsin. Musiqi əsarətinə qarşı olan Haneke filmin finalını da radikalcasına bitirir: Erika konsertdə pianoda ifa etməlidir, hamı onu dinləməyə gəlib. O isə foyedə dayanaraq sevdiyi kişinin gəlişini gözləyir. Həmişə soyuqqanlı, ifadəsiz üzü olan qəhrəmanın sifətində bu dəfə əndişə, həyəcan var. Sevdiyi kişi onun yanından saymazyana təbəssümlə ötəndə Erika əlindəki bıçaqla sinəsini yaralayır konsertin keçiriləcəyi binanı tərk edir. Yəni qadın həyatının mənasına çevirdiyi, onunla reallıq arasında uçurum əmələ gətirən, şəxsi münasibətlərdə uğursuzluğuna səbəb olan musiqidəntutqudan, tabudan xilas olmaq qərarına gəlir. Sinəsini bıçaqla yaralaması isə hər zaman içində daşıdığı mənəvi ağrınınmənəvi yaranın ifadəsi anlamına da gələ bilər...

Bakirəliktabusunu hələ adlamayan Azərbaycan tamaşaçısına bu film yuxarıda toxunduğum məqamlar nöqteyi-nəzərdən yox, eləbakirəsözünün birbaşa mənasında maraqlıdır. Ona görə tamaşaçıların filmlə bağlı gəldiyi yekun rəy budur: yaşlı bakirələr (qarımış qızlar) doğrudan da aqressiv, təhlükəli, dözülməz olurlar əyalətlərdən tutmuş Bakıya qədər Azərbaycanın hər yerində neçə-neçə ailədə belə yaşlı bakirələr var...

Doğrudan da Azərbaycanda yaşı 50-ni keçən qədər qadın var ki, heç zaman cinsi akt yaşamayıb. Bunu hər şeydən öncə həmin qadınların şəxsi faciəsi kimi qəbul edirəm düşünürəm ki, bu vəziyyətin bir neçə səbəbi var. Hanekenin qəhrəmanı kimi, Azərbaycanda da əsasən ali təhsilli, karyera qurmaq istəyən qızlar uzun illər bütün enerji diqqətlərini həyatlarına yönəldirlər, şəxsi həyat unudulur, yaşlaşanda isə adətən ən azı psixoloji baxımından kişi ilə münasibət qurmaq çətinləşir.

Digər səbəb milli mentallıq sosial dayaqların zəifliyidir. Azərbaycanlı düşüncəsində bakirəlik ilk öncə əxlaq anlayışı ilə assosiasiya olunur. Ərə getməyən qızların cinsi münasibətdə olmasını ailəsi biləndə bu az qala qızıolum ya ölümdilemması ilə üz-üzə qoyur. Bölgələrdən birində baş vermiş cinayət faktını xatırlayıram: böyük bacı özundən kiçik bacısını, ərə getmədən hamilə olduğu üçün bətnindəki körpə ilə birgə vəhşicəsinə qətlə yetirmişdi. Müsahibəsində isə bundan peşimançılıq keçirmədiyini ailə namusunun hər şeydən üstün olduğunu fəxrlə demişdi.

Belə faktların sayı çoxdu bu cür faciələrin qarşısını almağın, insanların normal cinsi münasibətlərinin olmasının ən optimal yollarından biri maariflənmə ilə yanaşı, həm təkcə qadınların yox, kişilərin sosial vəziyyətinin yaxşılaşmasıdır. Çünki gənclərin çoxu maddi baxımdan müstəqil deyil, ailələrindən asılıdırlar bu səbəblərdən şəxsi həyatlarını istədikləri kimi qura bilmirlər. Üstəlik, valideynlərin əksəriyyəti çoxdan yetkinlik yaşına çatmış övladlarının şəxsi həyatına kobud müdaxilələr edir: oğlundan xəbərsiz onun üçün qız axtarır, təki qızı evdə qarıyıb ona yük olmasın deyə məcburən ərə verir, nəticədə isə ailələrdə ciddi problemlər yaşanır.

Əgər oğlan qızın normal sosial imkanları olsa, o zaman şəxsi həyatlarını lazım bildikləri kimi quracaq, normal cinsi münasibətlər yaşanacaq, cəmiyyətdə cinsi aqressiyanın fəsadları azalacaq, partnyorlar bir-birini yaxından tanıdıqca qurmaq istədikləri ailənin fundamentinin möhkəm olub-olmadığını anlayacaqlar. Ən əsası, sosial imkanlar artdıqca insanların seçim imkanları çoxalacaq, cəmiyyətin bakirəlik mövzusunda mühafizəkar düşüncələri tədricən liberallaşacaq, gənc qızlar isə yaşlı bakirələrə çevrilməyəcəklər.

Sevda Sultanova
Kulis
.az

 





22.09.2014    çap et  çap et