525.Az

Azərbaycanın dostu – professor Yan Malitski


 

Azərbaycanın dostu – professor Yan Malitski<b style="color:red"></b>

Onunla ilk görüşümüzdən hiss etdim ki, səmimi bir insanla tanış oluram. 2007-ci ildə olan bu ilk görüşümüzdən sonra professor Yan Malitski ilə demək olar ki, hər il Varşavada rəsmi tədbirdə birgə oluruq. Onun başçılıq etdiyi Şərqi Avropanı Öyrənmə İnstitutu xətti ilə keçirilənPrometeykonfransları müxtəlif ölkələrdən olan alimləri, tarixçiləri bir yerə toplayır.

Bu gün Polşanın tanınmış simalarından olan professor Y.Malitski həm keçmiş Polşa ənənələrini yaşadır, həm müasir dəyərləri. Onun görüntüsündə bu ikili formanı ayırd etmək mümkündür. Uzun bığlı, gülərüz, səmimi xarizmatik Y. Malitski mənə 1920-1930-cu illərdəki tanınmış Polşa alimləri ictimai xadimləri olan Sedlitskini, Bançkovskini, Leon Vasilevskini xatırladır. Hətta bu görünüşündə onu Marşal Pilsudskiyə oxşatmaq mümkündür. Digər ölçülərdən yanaşanda isə biz ciddi tələbkar, öz sahəsinin gözəl bilicisi olan Y.Malitskini görürük.

Onun həyat yolu da maraqlı çoxlarına nümunədir. Y.Malitski 1958-ci ildə Polşada (Debi, SzlaçeskiJeronin) anadan olub. İlk təhsilini Varşava Universitetinin tarix fakultəsində alıb. Burada oxuduğu illərdə professor A.Qiyestorun rəhbərliyi altında doktorluq işini tamamlayıb. Sonradan əlavə olaraq, Varşava Universitetində filologiya incəsənət tarixi üzrə bilgilər alıb.

Professor Y.Malitski Şərqi Avropanın, Mərkəzi Avropanın, Rusiyanın Qafqazın keçmişinə, çağdaş durumuna həsr edilmiş çoxlu sayda daxili beynəlxalq konfransların iştirakçısı olub. Y.Malitskinin elmi fəaliyyətində əsasən aşağıdakı sahələr üstünlük təşkil edir: 1) sovetologiya Şərq təbliğatının tarixi; 2) Şərqi Avropada dəyişikliklər prosesi, bu ölkələrdə baş verən hadisələr, onların səbəbləri; 3) regiondakı etnik problemlər, tarixi müəyyənləşdirən amillər.

Y.Malitskini bir şəxsiyyət kimi Polşa ictimaiyyətində tanıdan yalnız onun elmi çalışmaları fəaliyyəti deyil. Bir patriot bir vətənpərvər olaraq o, Polşa xalqının azadlığı uğrunda da mücadilə aparıb. Kostyuşkonun, Pilsudskinin mübariz ruhu onun güc qüvvət mənbəyinə çevrilib. Y.Malitski vətəni Polşanın 1939-cu ilin sentyabrında işğal edildiyini  bilirdi. O, vətəninin sovet kommunist rejiminin əsarətində qalan bir məmləkət olduğunu da yaxşı başa düşürdü. Odur ki, gənclik illərindən, hələ 1981-ci ildən başlayaraq gizli təşkilatlarda fəaliyyət göstərir, məxfi olaraqObuzjurnalını nəşr edirdi. Siyasi fəaliyyətinə görə isə həbs edilmişdi. O, polyak xalqının getdikcə böyük inamına çevrilənSolidarnoct” (“Həmrəylik”) hərəkatının fəallarından biri idi artıq. Bu çətin şərəfli yolda Y.Malitskini heç bir qüvvə, heç birKQBhəbsxanası qorxutmurdu.

Bir haşiyə çıxıram ki, polyak xalqı Rusiya imperiyasının əsarətindən qurtulmaq üçün daim mübarizə aparıb. Xalq etirazları, silahlı üsyanlar, rus istibdad (yəni istədiyi kimi ölkəni idarə etmək) rejimi ilə barışmamaq, mərd cəsurcasına mübarizə polyakların əsas xarakter əlamətləridir. Bu şərəfli mücadilənin sonunda – 1918-ci ilin noyabrında polyaklar müstəqilliyə qovuşdular. Polşanın qəhrəman oğlu Marşal Yozef PilsudskininMəğlub olduqda təslim olmamaq- bu əsl qələbədir!” sözləri isə azadlıq mübarizəsi aparan başqa xalqların da ümumi bir şüarına çevrildi. Elə buna görə Y.Pisudski yalnız Polşada, Avropada deyil, eyni zamanda  bu gün bütün  dünyada ən ünlü siyasətçilərindən biri olaraq qəbul edilməkdədir. Təsadüfi deyil ki, hazırda ABŞ-da Nyu-York şəhərində Pilsudskinin adını daşıyan ayrıca bir institut da fəaliyyət göstərir.

Təbii ki, Y.Malitsinin professional fəaliyyətini müəyyənləşdirən  bir çox məqamlar vardır: onun həm araşdırıcı, həm rəhbər vəzifədə uğurla çalışması. O, 1992-ci ildən Varşava Universitetinin Şərqi Avropanı Öyrənmə Mərkəzinin direktoru vəzifəsində çalışır. Həmin Mərkəzdə Şərqi Avropanı öyrənmək mövzusunda maraqlı mühazirələr oxuyur. Eyni zamanda o, Qafqazda Şərqi Avropa ölkələrində keçirilən tədbirlərdə maraqlı çıxışlar edir.

Y.Malitski həm yüksək təşkilatçılıq gücünə malik bir insandır. 2009-cu ildə Kaunasda (Litvada) Böyük Hersoqluq İnstitutunun həm qurucusu, həm üzvüdür. 1991-ci ildən o, “Şərq icmalının da yaradıcısı Baş redaktorudur.

Y.Malitski tədrisin yüksəldilməsi istiqamətində böyük çalışmalar göstərir. 1998-ci ildən kullikvimin ((təlim, tədris planı) müəllifi Şərqi Avropa Tədqiqatları Proqramının direktoru olaraq çalışır. Bundan əlavə o, Şərqi Avropaya həsr edilmiş müxtəlif təqaüd proqramlarının da direktorudur (buraya əlavə edə bilərik beloruslar üçün  olanKalinoski Təqaüdü. Y. Malitski 2006- ildən həmin Təqaüdə rəhbərlik edir).

Qeyd edək ki, onun xidmətləri yüksək dəyərləndirilib. 1992-ci ildə ona (Y. Turoviçlə birgə) “Adolf Boçenskimükafatı verilib. 1999-cu ildə isə ABŞ-dakı J. Pilsudski İnstitutunun da mükafatı ona təqdim edilib. 2003- ildə isə o, Tbilisi Dövlət Universitetinin İvan Yavakaşvili medalı ilə təltif olunub. Aldığı mükafatlar sırasında GürcüstanınŞərəf ordeni”, MacarıstanınCəngavərlik xaçıda  vardır.

Y.Malitskinin ən böyük xidmətlərindən biri 1920-1930-cu illərdə Avropada mövcud olmuş sovet rejiminə qarşı kəskin mübarizə aparmışPrometey Hərəkatıtarixini yaşatmışdır. Məhz onun təşkilatçılığı başçılıq etdiyi Şərqi Avropanı Öyrənmə Mərkəzinin fəallığı ilə hər il Varşava UniversitetindəPrometeyçilik bağlı müxtəlif elmi konfranslar keçirilir. “Prometeyizmin böyük şəxsiyyətləri”, “Prometeyçilər soyuq müharibə illərində digər mövzularda keçirilən beynəlxalq səviyyəli tədbirlər elmi ictimaiyyətin böyük marağına səbəb olub. Bu konfranslarda ABŞ-dan, Fransadan, Gürcüstandan, Azərbaycandan, Rusiyadan, Ukraynadan, Qazaxıstandan olan alimlər maraqlı mövzularla çıxışlar etmişlər.

2008-ci ildə Y.Malitskinin ümumi rəhbərliyi ilə Varşava Universitetində Gürcüstanın tanınmış alimi Peradzeyə Azərbaycanın tanınmış dövlət xadimi M. Ə. Rəsulzadənin anadan olmasının 125 illiyinə həsr edilmiş tədbirlər keçirilib. Həmin tədbirdə bu sətirlərin müəllifi əsas məruzəni etmiş M. Ə. Rəsulzadənin 1953- ildəAmerikanın səsiradiosunda vala yazılmış səsini iştirakçılar dinləmiş alqışlamışlar. M. Ə. Rəsulzadənin ikinci həyat yoldaşı Vandanın polyak olması da polyakların bu görkəmli şəxsiyyətə maraqlarını daima artırır.

Y.Malitski Bakıda da olub. Onun Azərbaycan xalqına böyük sevgisi var. Direktoru olduğu Şərqi Avropanı Öyrənmə Mərkəzində bir çox azərbaycanlı uğurla magistr təhsil alıb: Şəhla, Hicran, Anar. Bu gün onlar Varşavada ciddi elmi fəaliyyətlə məşğuldurlar.

Y.Malitskiyə həsr edilmiş bu məqaləni əvvəlDostum Malitskiadlandırmaq istədim. Sonra düşündüm ki, o, əslində Azərbaycanın da dostudur, Gürcüstanın da, Ukraynanın da, Belorusiyanın da, Qazaxıstanın da.

 





22.09.2014    çap et  çap et