525.Az

Qaratel Hacımahmudova haqqında bukletin təqdimatı keçirilib


 

Qaratel Hacımahmudova haqqında bukletin təqdimatı keçirilib<b style="color:red"></b> “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclər arasında döyüşçü qadınlarımızın tanıdılması və təbliği” layihəsi çərçivəsində növbəti tədbir keçirib.

Lent.az-ın verdiyi məlumata görə, sentyabrın 20-də Yevlax rayon Yuxarı Qarxun kənd orta məktəbində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində fəaliyyəti, düşmənlə döyüşdə şücaət göstərmiş şəhid Qaratel Hacımahmudova barədə məlumatın yer aldığı bukletin təqdimatı ilə bağlı tədbir keçirilib.

Tədbirdə çıxış edən “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində fəaliyyəti  barədə danışıb. O, Qaratel Hacımahmudovanın həyat və döyüş yolunun gənclər arasında təbliğ edilməsinin, bu döyüşçü xanımın daha yüksək ada layiq görülməsinin zəruri olduğunu vurğulayıb.
 





22.09.2014    çap et  çap et