525.Az

Hərbiçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər


 

Hərbiçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər<b style="color:red"></b> Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri xarici ölkələrdə keçirilən tədbirlərdə iştirak edəcəklər.
 
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 22-dən 26-dək Tbilisi şəhərində (Gürcüstan) "Eternity-2014" kompüter dəstəkli komanda-qərargah təlimi, sentyabrın 23-dən oktyabrın 2-dək Brunssum şəhərində (Niderland Krallığı) "Trident joust 2014" təkmilləşdirilmiş müşahidəçi proqramı keçiriləcək.
 
Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin qatıldığı «Eternity» kompüter dəstəkli komanda-qərargah təlimində əsas ixrac boru kəmərlərinə ehtimal olunan təhdid ssenariləri nəzərdən keçirilir.
 
Bu arada Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumata görə, «Eternity-2014» təliminə Azərbaycandan və Türkiyədən 12, Gürcüstandan 24 nəfər (ümumilikdə 48 nəfər) hərbçi, boru kəmərlərinin mühafizəsini təşkil edən qurumların nümayəndələri, həmçinin, BOTAŞ-ın əməkdaşları qatılacaq.
 
 





22.09.2014    çap et  çap et