525.Az

2 rekord, 2 ilk!


 

2 rekord, 2 ilk!<b style="color:red"></b> VI turun “İnter” – “Bakı” qarşılaşması Topaz Premyer Liqasında mövsümün ən məhsuldar oyunu oldu.

Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin 7:0 hesabı ilə qalib gəldiyi qarşılaşma həm çempionatın ən böyükhesablı qələbəsi, həm də ən çox qolun vurulması yadda qaldı.
 
Paytaxt derbisi 2 ilklə də diqqət çəkdi.
 
Belə ki, mövsümdə ilk dəfə bir oyunda iki dubl qeydə alındı. Buna Junior Nildo və Baçana Sxadaze imza atdı. Yeni klubunda qol hesabını açan Nildo, həm də I hissədə 2 qol vuran ilk futbolçu olub.
 
Cari mövsümün əvvəlki görüşlərində qeydə alınan digər 4 dublun vurulması üçün ilk 45 dəqiqə kifayət etməmişdi. Amma Nildo artıq 19-cu dəqiqədə 2 qol vurdu. Sxadadze isə hər qolunu bir hissədə vursa da, onların arasında cəmi 4 dəqiqə keçib.
 
Qeyd edək ki, mövsümün 6 dublundan dördü “İnter”in futbolçularının hesabındadı.
 





22.09.2014    çap et  çap et