525.Az

Teatrımız beynəlxalq festivaldan qayıtdı


 

Teatrımız beynəlxalq festivaldan qayıtdı<b style="color:red"></b> Belarusun Brest şəhərində start götürən XIX “Belaya Veja” (“Ağ qala”) Beynəlxalq Teatr Festivalı yekunlaşıb.

Lent.az-ın məlumatına görə, festivalda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi S. Bekketin eyniadlı pyesi əsasında hazırlanmış “Sözsüz” mono tamaşası ilə çıxış ediblər. Tamaşanın quruluşçu rejissoru İsa Əsədov olan tamaşada ifaçı rolunu əməkdar artist Şövqi Hüseynov canlandırıb.
 
Özünün şanslarını əldən vermiş, indi isə bütün varlığı ilə ona çatmaq üçün çabalayan, min bir əziyyətə qatlaşan insanın maddi və mənəvi problemlərindən danışan, dinamika, mim və mürəkkəb fiziki elementlər əsasında qurulmuş tamaşa, eləcə də Şövqi Hüseynovun peşəkar ifası  festival iştirakçılarının böyük marağına səbəb olub.
 
Qeyd edək ki, festivalda dünyanın 13 ölkəsindən 24 teatr kollektivinin 10 dildə təqdim etdiyi 28 tamaşa izlənilib. Festivalda Belarus, Rusiya, Ukrayna, Estoniya, İtaliya, Latviya, Polşa, Slovakiya, Qazaxıstan, Gürcüstan və dünyanın digər ölkələrinin mono, kukla, meydan, mim teatrları iştirak ediblər. “Belaya Veja” (“Ağ qala”) ənənəvi beynəlxalq teatr festivalı Brestdə 1996-cı ildən keçirilir.
 





22.09.2014    çap et  çap et