525.Az

“Danışıqların uğurla nəticələnməsini arzu edirik”


 

“Danışıqların uğurla nəticələnməsini arzu edirik”<b style="color:red"></b>

Fransa prezidenti Fransua Olland Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə uğurla nizamlanmasını arzu edib.

APA-nın “news.am” saytına istinadən yaydığı xəbərə görə, F. Olland bu barədə Ermənistan prezidenti Serj Sarkisyana bu ölkənin müstəqillik günü ilə bağlı göndərdiyi təbrik məktubunda deyib.
 
“Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqların yaxın gələcəkdə uğurla nəticələnməsini arzu edir. Bu məqsədlə sizi oktyabrda Parisdə qarşılamaqdan şad olacağam”, - deyə o, söyləyib.

 





22.09.2014    çap et  çap et