525.Az

Təhsil nazirindən direktorlara tapşırıq


 

Təhsil nazirindən direktorlara tapşırıq<b style="color:red"></b> Təhsil naziri Mikayıl Cabbarov 2014-2015-ci tədris ili üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planının təsdiq edilməsi barədə əmr imzalayıb.
 

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, əmr bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlət və qeyri-dövlət müəssisələrinin ixtisaslı fəhlə kadrların hazırlanması ilə bağlı sifarişlərini və əhalinin ilk peşə-ixtisas təhsilinə dair arzularını nəzərə alaraq verilib.
 
2014-cü il üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planı ümumilikdə 16070 nəfər, o cümlədən, dövlət vəsaiti hesabına 11310 nəfər, ödənişli əsaslarla 4760 nəfər olmaqla təsdiq edilib.
 
Ağdam, Qubadlı, Zəngilan rayonlarının və Şuşa şəhərinin fəaliyyəti müvəqqəti dayandırılmış peşə məktəblərinə (1, 3, 5 nömrəli Ağdam, Qubadlı, Zəngilan və Şuşa peşə məktəbləri) şagird qəbulu məsələsinə həmin məktəblərin fəaliyyəti tam bərpa olunduqdan sonra baxılacaq.
 
Əmrdə ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarına müvafiq tapşırıqlar verilib.
 
Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.
 
 





22.09.2014    çap et  çap et