525.Az

İlham Əliyev Malta və Malinin dövlət başçılarını təbrik edib


 

İlham Əliyev Malta və Malinin dövlət başçılarını təbrik edib<b style="color:red"></b> Prezident İlham Əliyev Malta və Malinin dövlət başçılarına təbrik məktubu göndərib.

525.az-ın prezidentin rəsmi saytına istinadən  məlumatına görə,  dövlət başçısı İlham Əliyevin  maltalı həmkarı Mari-Luiz Koleyro Prekaya göndərdiyi təbrik məktubunda deyilir:
 
"Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Malta arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malta xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
 
Prezident İlham Əliyevin Malinin dövlət başçısı İbrahim Bubakar Ketyaya göndərdiyi təbrikdə isə deyilir :

"Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
 
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Mali xalqına sülh və tərəqqi diləyirəm".
 





20.09.2014    çap et  çap et