525.Az

Dilarə Kazımova toyuna belə hazırlaşır


 

Dilarə Kazımova toyuna belə hazırlaşır<b style="color:red"></b>

Bu gün “Eurovision 2014” təmsilçimiz Dilarə Kazımovanın toyudur.

525.az-ın Axşam.az-a istinadən xəbərinə görə, Mərd Aslan adlı türkiyəli iş adamı ilə nikah masasına oturacaq ifaçının toyu “Yaxt klub”da baş tutacaq. Bir çox sənət adamının qatılacağı gecədə media nümayəndələrinin iştirakına icazə verilməyəcək.

Sənətçi gözəllik salonunda toyuna son hazırlıqları zamanı fotokameramızın obyektivinə tuş gəlib. Dilarənin saç və makiyajını stilist Fuad Hacıyev edib.

Qeyd edək ki, D.Kazımova ailə həyatı quracağı gənci uzun illərdir tanıdığını bildirib. Müğənni ərə getdikdən sonra da sənətinə davam edəcək.

 





20.09.2014    çap et  çap et