525.Az

Əli Əhmədov seçkilərdən danışdı


 

Əli Əhmədov seçkilərdən danışdı<b style="color:red"></b>

"Bir neçə aydan sonra Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyası ölkəmizdə keçiriləcək IV bələdiyyə seçkilərində həmişə olduğu kimi yaxından iştirak etmək niyyətindədir".

525.az-ın Trend.az-a istinadən verdiyi məlumata görə, bunu  Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov bildirib.

Ə. Əhmədov deyib ki, YAP-ın malik olduğu bütün potensial, o cümlədən, bələdiyyə üzvü olan YAP təmsilçilərinin gördüyü işlər mənəvi haqq verir ki, partiya yenidən bələdiyyə seçkilərində iştirak etsin:

"İnamımız bundan ibarətdir ki, Yeni Azərbaycan Partiyasının növbəti bələdiyyə seçkilərində də irəli sürəcəyi namizədlər seçicilərimizin etimadını qazanacaq və növbəti beş ildə də YAP-ı təmsil edən nümayəndələr Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən bələdiyyələrin işində yaxından iştirak edəcəklər".

Ə. Əhmədov daha sonra vurğulayıb ki, YAP həmişə seçkilərə bir neçə ay qalmış seçki kampaniyasına start verir.

"Ciddi hazırlıq işləri görürük, partiyanın malik olduğu resursları – insani resursları, təşkilati resursları seçkilərin yüksək səviyyədə keçirilməsinə cəlb edirik və bir qayda olaraq bütün bunların hamısı seçkilərin bizim üçün yüksək nəticə ilə yekunlaşmasına gətirib çıxarır".

 





20.09.2014    çap et  çap et