525.Az

ARDNŞ yeni loqotipini təqdim edib


 

ARDNŞ yeni loqotipini təqdim edib <b style="color:red"></b> Bu gün Azərbaycan Dövlət neft Şirkətinin (ARDNŞ) yeni loqotipinin təqdimat mərasimini keçirib.
 
“APA-Economics”in məlumatına görə, təqdimat mərasimində ARDNŞ-in vitse-prezidenti Xalik Məmmədov bildirib ki, yeni loqotip daha mütəhərrik forma və aydın obrazları ilə şirkətin qabaqcıl enerji şirkəti kimi dünya miqyasında effektiv fəaliyyət qurmaq və tanımaq məqsədinə xidmət edəcək.
 
“2006-cı ildən ARDNŞ imkan, təcrübə və infrastruktur baxımından artıq tamamilə başqa bir şirkətə çevrilib. ARDNŞ artıq dünyanın tanınan, sayılan və seçilən neft-qaz şirkətlərindən biridir. Şirkətin Gürcüstan, Türkiyə, İsveçrə, BƏƏ və başqa ölkələrdəki aktivləri, zavodları, kəmərləri, terminalları, limanları üzərində Azərbaycanın üçrəngli dövlət bayrağı dalğalanır, SOCAR brendi ilə çalışır.
 
Yeni loqotip alov simvolu üzərində qurulub. Atəşpərəstlik, alova sitayiş Azərbaycan tarixinin bir hissəsidir.

Alov - işıq, ümid, sülh və inkişaf rəmzidir. ARDNŞ-in inşası başa çatmaqda olan yeni inzibati binası da alov formasındadır. Yeni loqotip də Azərbaycanın dövlət bayrağının rənglərini əks etdirir. Göy, qırmızı, yaşıl rəngli alov dilləri simvolu ilə bu loqotip Azərbaycanı beynəlxalq arenada müasir, sevilən, bir ölkə kimi təbliğ etməyə daha geniş imkan yaradacaq”, - deyə X. Məmmədov əlavə edib.
 





20.09.2014    çap et  çap et