525.Az

Erməni hərbçilər qəzaya düşdü: 1 ölü, 8 yaralı


 

Erməni hərbçilər qəzaya düşdü: 1 ölü, 8 yaralı<b style="color:red"></b>

Ermənistanın Tavuş vilayətində hərbçiləri daşıyan “QAZ 66” markalı maşın dərəyə yuvarlanıb.

Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, Azərbaycanın Tovuz rayonu ilə həmsərhəd olan Berd rayonun Akvaberd kəndində baş verən qəza nəticəsində Ermənistan ordusunun kapitanı Pavlik Manukyan aldığı xəsarətlərdən yerindəcə keçirib. Aralarında 2 leytenantın olduğu 8 hərbçi isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Berd rayon xəstəxanasına yerləşdiriliblər.

Hərbçilərin vəziyyəti ağır olduğu üçün ölənlərin sayının artacağı istisna olunmur.

 





20.09.2014    çap et  çap et