525.Az

Prezident britaniyalı naziri qəbul edib


 

Prezident britaniyalı naziri qəbul edib<b style="color:red"></b> Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ticarət və investisiyalar üzrə dövlət naziri Lord Livinqtonu qəbul edib.

525.az-ın məlumatına görə, görüşdə Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu bildirilib dinamik inkişaf edən əməkdaşlığımızın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları, qeyri-neft sektoru, kənd təsərrüfatı, səhiyyə, təhsil sahələrinin inkişafına, infrastruktur layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetirildiyi qeyd olunub.
 





20.09.2014    çap et  çap et