525.Az

Avropa Parlamenti Azərbaycana qarşı qərəzli qətnamə qəbul edib


 

Avropa Parlamenti Azərbaycana qarşı qərəzli qətnamə qəbul edib<b style="color:red"></b>

Azərbaycanda demokratiya istiqamətində aparılan uğurlu islahatlar, iqtisadi inkişaf, siyasi sferada əldə olunan nailiyyətlər bir çox sahələrə öz təsirini göstərir.

Bunun nəticəsi olaraq ölkəmiz istər dinlərarası, mədəniyyətlərarası dialoq, idman oyunları, dünyəvi konfransların keçirildiyi beynəlxalq mərkəzə çevrildiyindən bu uğurlara kölgə salmaq istəyən anti-Azərbaycan islamafob mövqeli qüvvələr tərəfindən daim hücuma məruz qalır. Növbəti dəfə sentyabrın 18- Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamədə Azərbaycanda insan haqqlarının kobud şəkildə pozulduğu, anti-demokratik proseslərin getdiyi vurğulanıb. Müxtəlif nüfuzlu beynəlxalq qurumlar, ayrı-ayrı dövlət hökumət başçıları, digər rəsmi şəxslər, politoloqlar Azərbaycanın müstəqillik illərində güclü dövlət vətəndaş cəmiyyəti quruculuğu sahəsində əldə etdiyi böyük uğurları, dinamik inkişafını xüsusi vurğuladığı halda Avropa Parlamentində bu cür qətnamənin qəbul olunması, həmin qurumda olan bəzi qüvvələrin qərəzli mövqeyini  açıq-aşkar ortaya qoyur. Bəzi ermənipərəst dairələr davamlı şəkildə ölkəmizə qarşı kampaniyalar apararaq öz qərəzli niyyətlərini reallaşdırmağa çalışırlar.  Ancaq Avropa İttifaqı ilə bir çox sahələrdə uğurlu əməkdaşlıq əlaqələrimizin olduğunu nəzərə alsaq, bu cür bəyanatın yüksək məclisdə qəbul edilməsi təəccüb doğurur.

Azərbaycana qarşı ikili standartlar həmişə mövcud olub. Xüsusən qərb dairələri eləcə ABŞ-ın müxtəlif ermənipərəst siyasətçiləri tərəfindən qeyri-obyektiv mülahizələr aparılıb bir neçə dəfə belə qətnamələr məhdud saylı üzvlərin iştirakı ilə tələm-tələsik qəbul olunub.

2011-ci il mayın 12- 2013- il iyunun 15- Avropa Parlamentində 754 üzvdən cəmi 40-50 deputatının iştirakı ilə, Azərbaycanla bağlı qərəzli qətnamələr müzakirəyə çıxarılıb təsdiq edilib. Sentyabrın 18- qəbul olunan qətnaməni 46 Avropa deputatının imzaladığını nəzərə alsaq bu sənədin müəyyən maraqlara xidmət etdiyini anlamaq olar. Dövlətdaxili məsələlərə beynəlxalq hüquq yanaşması ilə qeyri-peşəkar münasibətin sərgilənməsi, ilk növbədə Avropa Parlamentinin nüfuzuna mənfi təsir göstərir. Xarici ermənipərəst qüvvələr belə ucuz addımlarla Azərbaycanın müstəqil siyasətinə təsir təzyiq göstərməyə, onu öz inkişaf yolundan döndərməyə çalışırlar. Qətnamədə Azərbaycana qarşı ədalətsizlik, onun beynəlxalq nüfuzuna ləkə yaxmaq niyyəti, dövlət strukturlarına, hüquq-mühafizə sisteminə hörmətsizlik, daxili ictimai-siyasi vəziyyəti gərginləşdirmək cəhdi açıq şəkildə özünü büruzə verir.  Konkret cinayət əməllərinə görə həbs olunmuş ya məhkum edilmiş şəxslərindərhal, qeyd şərtsiz azad olunması”,  Azərbaycanla əməkdaşlıq edən digər beynəlxalq qurumlara qarşı təzyiq şantaj cəhdi bu sənədin onu qəbul edənlərin məkrli simasını açıq nümayiş etdirir. Azərbaycanın 20 faiz torpaqlarının işğal olunduğu çağdaş dövrümüzdə diqqəti başqa istiqamətlərə yönəltmək münaqişəyə qiyməti Azərbaycanın daxilində gedən prosesləri şişirdməklə izah etməyə çalışmaq yəqin ki, ermənipərəst qüvvələrin planlarına daxildir.

Milli Məclisin Təhlükəsizlik Müdafiə komitəsinin parlamentin qarşıdan gələn 2014- il payız sessiyası ilə bağlı sentyabrın 19-da keçirilən ilk iclasında millət vəkili Aydın Mirzəzadə sözügedən qətnamə ilə bağlı qeyd edib ki, bununla avropalılar Azərbaycanın müstəqil xarici-daxili siyasətinə diqtə etmək niyyətlərini nümayiş etdiriblər. O, bildirib ki, Azərbaycanın müstəqil siyasət yeritməsi nədənsə, bəzi xarici dairələri, konkret olaraq Avroparlamentin bəzi üzvlərini çox ciddi şəkildə narahat edir: “Azərbaycan müstəqil siyasət yeritməsi həmin anti-Azərbaycan dairələrin, qüvvələrin maraqları xaricindəndir. Onlar istəyirlər ki, Azərbaycan müstəqil siyasət yeritməsin, müstəqil siyasət yürütməkdən əl çəksin, məhz onların diktəsi ilə hərəkət etsin. Onlar həmçinin, Azərbaycanı üçüncü düyna dövlətləri sırasında olan zəif, gücsüz bir ölkə kimi görmək istəyirlər. Bunlar isə olduqca yolverilməz qəbulolunmazdır”.

A. Mirzəzadə qeyd edib ki, Avropa Parlamentində son günlər Azərbaycanla bağlı aparılan müzakirələr Azərbaycanla sözügedən qurum arasında münasibətlərin gələcək inkişafına çox mənfi təsir göstərir: “Bu müzakirələrin arxasında sağlam məqsədlər dayanmır, bu müzakirələr anti-Azərbaycan kampaniyasının növbəti tərkib hissəsidir. Çox maraqlıdır ki, Azərbaycanın əleyhinə olan avroparlamentarilər nədənsə, Ermənistan xüsusi-xidmət orqanları ilə əməkdaşlıqda suçlu bilinərək həbs olunan Leyla Yunusun, Rauf Mirqədirovun digərlərinin əməllərinə göz yumurlar. Onların əsl məqsədi əslində bu şəxslərin müdafiəsinə qalxmaqdır. Bu, bizdə çox böyük təəssüf doğurur”.

Avropa Parlamentinin sentyabrın 18- Azərbaycanda insan hüquqları ilə bağlı qətnaməsi birinci deyil, bu qurum ölkəmizlə bağlı dəfələrlə belə qərəzli qətnamələr qəbul edib”.  Bu barədə millət vəkili, politoloq Rasim Musabəyov Avropa Parlamentinin qətnaməsini şərh edərkən bildirib. O, bildirib ki, Avropa İttifaqının öz ərazisində problemlər var, ona görə zəhmət çəkib öz problemləri ilə məşğul olsunlar: “Azərbaycanın Avropa İttifaqı ilə müəyyən əlaqələri var, AVRONEST parlament qurumu fəaliyyət göstərir orda müzakirə üçün mexanizmlər mövcuddur. Təəssüf ki, Avropa Parlamenti öz işini kənara qoyub başqalarına qiymət verməklə məşğuldur. Azərbaycan gedib Avropa İttifaqının qapısını döyüb ondan pul istəmir anlayır ki, bu gün quruma üzvlüyü, digər bu kimi məsələlər gündəlikdə durmur”.

R.Musabəyov qeyd edib ki, avropalılar rəsmi Bakının Dağlıq Qarabağ, qaçqın, məcbur köçkünlər kimi əsas problemlərini bir kənara qoyaraq, belə məsələlərdə müşahidəçi mövqeyindən çıxış edirlərsə, biz onların qəbul etdikləri qərarlara əhəmiyyət verməməliyik: “Avropa Parlamentində müəyyən insanlar var onların yanaşmasına görə, Azərbaycanda xeyli problemlər mövcuddur. Biz problemlərin olduğunu inkar etmirik, bəli, bizdə problemlər var sizdə . Siz gedin öz problemlərinizi müzakirə edin, biz əlimiz çatanda öz problemlərimizi müzakirə edərik”.

“525”ə münasibətini bildirən Siyasi İnnovasiya Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu qeyd edib ki, Azərbaycandakı inkişafdan, dünyada tutduğumuz mövqedən razı qalanların, bu uğura sevinənlərin olduğu kimi müəyyən qədər narahat olanlar da az deyil: “Elə qüvvələr var ki, Azərbaycana təzyiq mexanizmləri baxımından müxtəlif üsullardan istifadə edirlər. Serj Sərkisyan hələ o zaman Ermənistanla Avropa İttifaqı arasında assosiativ müqavilə ilə bağlı danışıqlar gedəndə Ermənistan var gücü ilə çalışırdı ki, bu sənədə imza atsın. Daha sonra Sərkisyan Brüsselə səfər etdi. Orada Avropa Erməniləri İttifaqı Sərkisyanın başına toplaşdılar. Onlar erməni prezidentinə Azərbaycan gücləndiyini onun qabağında durmağın mümkün olmadığını bildirdilər. Sərkisyan açıq mətnlə elan etdi ki, biz Azərbaycanda insan hüquqları, demokratiyanın inkişafı məsələlərini qabartmalıyıq. Çünki o hesab edirdi ki, Avropada buna dəstək verənlər tapılacaq. Üstündən bir müddət keçəndən sonra Ermənistanda Serj Sərkisyan bəyanat verdi ki, dəqiq bilirəm ki, yaxın illərdə Azərbaycanda vəziyyət çox pisləşəcək. Sərkisyan onu da başa düşür ki, təkbaşına heç edə bilməz”.

Politoloq M.Əhmədoğlu əlavə edib ki, Avropa Parlamentindəki ermənipərəst qüvvələrlə Sarkisyanın razılaşması olduğuna görə, o, Avropadakı ermənilərə belə tapşırıq verib: “Bu, dünyada olan ermənilərin Azərbaycana qarşı son təzyiq mexanizmləridir. Onlar Azərbaycanda müəyyən insan hüquq müdafiəçilərini, Avropada müxtəlif qurum təşkilatlarda çalışan insanları ələ alaraq Azərbaycanın əleyhinə işləməyə vadar etdilər. Nəticədə, Azərbaycan ermənilərin qərb dünyası ilə birlikdə hazırladığı anti-Azərbaycan proyektinin üstünü açaraq, onu neytrallaşdıra bilib. Ona görə , əl-ayağa düşən bəzi avroparlamentarilər vədlərinə uyğun qətnamələr qəbul edirlər”.

Ümumilikdə isə Avropanın Azərbaycandan uzaqlaşmaq niyyətinin olmadığını deyən politoloq M.Əhmədoğlu qeyd edib ki, hazırda belə qətnamə qəbul olnursa, yaxın vaxtlarda görəcəyik ki, Avropa Parlamenti Azərbaycanla bağlı mövqeyini dəyişib: “Buna əyanı misal olaraq qeyd edim ki, Avropa İttifaqının Genişlənmə Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle uzun müddət ermənipərəsət siyasət aparsa da, ən nəhayət Bakıya səfəri zamanı Azərbaycanın regional siyasətini, hazırkı durumunu nəzərə almalı olduqlarını bəyan edib. Yəni, Azərbaycanın ambisiyaları nəzərə alınmalıdır. Getdikcə bu fikirlər qərb dünyasında yayılacaq. İstər-istəməz Avro-parlamentarilərə digər qurumlara öz təsirini göstərəcək”.

Qeyd edək ki, Azərbaycan XİN-nin dünən yaydığı bəyanatda Avropa Parlamentinin qətnaməsini qərəzli, tamamilə əsassız qeyri-obyektiv adlandırıb. Bəyanatda bildirilib ki, Azərbaycanda qanunun aliliyi, insan hüquqlarının qorunması, ifadə sərbəst toplaşmaq azadlığı məhkəmə sisteminin müstəqilliyi tam şəkildə təmin olunub. Siyasi baxışlarına fəaliyyətinə görə heç kim təqib mühakimə olunmur. Qanunun aliliyinin təmin olunduğu istənilən demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da heç kəs özünü qanundan üstün hesab edə bilməz. Qərəzli münasibətin göstəricisi olan bu qətnamə yalnız Azərbaycana siyasi təzyiq göstərmək məqsədi daşıyır.

Ceyhun ABASOV

 





20.09.2014    çap et  çap et