525.Az

"Azərbaycan-Çin əməkdaşlığı yüksək inkişaf həddinə çatıb"


 

"Azərbaycan-Çin əməkdaşlığı yüksək inkişaf həddinə çatıb" <b style="color:red"></b>

Çin Xalq Respublikası (ÇXR) ilə Azərbaycan arasında əlaqələrin qədim zəngin tarixi var. İki ölkənin münasibətləri Azərbaycan müstəqillik əldə etdikdən sonra daha da inkişaf etməyə başladı. Müsahibimiz  ÇXR-in Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Xun Tszyun ölkələrimiz arasında əlaqələrin hazırkı durumu, perspektivləri barədə danışıb.

 

- Cənab səfir, Çinlə Azərbaycan arasında əlaqələrin dərin kökləri var. Bu gün iki ölkənin əlaqələri necə inkişaf edir?

 

- Əlbəttə, xalqlarımız arasında ənənəvi dostluqdan danışarkən, adətən Asiya, Avropa Afrikanın qədim mədəniyyətlərini birləşdirən Böyük İpək Yolunu xatırlayırıq. Məhz bu yolla Çin ipəyi, ipək emalı texnologiyası, çini qablar, kağız çap işləri (möhürlər) Avropaya yayılmışdı. Eyni zamanda bu yolla Çinə Orta Asiyadan digər ölkələrdən pambıq, tütün, üzüm, nadir at növləri, xalça, musiqi alətləri s. gətirilirdi. Hesab edirəm ki, Böyük İpək Yolu bizə ən mühüm konsepsiyanı verir: əcdadlarımız hələ 2 min il bundan əvvəl dərk etmişdilər ki, qarşılıqlı mübadilə əməkdaşlıq bəşər mədəniyyətinin sosial-iqtisadi inkişafında vacib əvəzedilməz rol oynayır. Xoşbəxtlikdən iki ölkənin xalqları öz əcdadlarını yaxşı başa düşür diplomatik əlaqələrin qurulması bizə imkan verir ki, dostluğun əməkdaşlığın ruhunu sonrakı dövrlərdə daha yüksək səviyyədə göstərək.

 

Onu da deyim ki, Çin Azərbaycanın müstəqilliyini tanıyan onunla əməkdaşlıq quran ilk ölkələrdən biridir. Diplomatik əlaqələrimizin qurulmasından ötən 22 il ərzində Azərbaycanla Çin arasında dostluq əməkdaşlıq yüksək inkişaf həddinə çatıb iki ölkənin birgə səyi ilə mühüm nailiyyətlər əldə olunub. Tərəflər bütün səviyyələrdə mübadiləni aktivləşdirib, hökumət, parlament, müxtəlif nazirliklər arasında əlaqələr genişlənir, iqtisadiyyat, ticarət, təhsil mədəniyyət sahəsində əməkdaşlıq güclənir.

 

Kökləri tarixin dərinliklərinə gedən Çin-Azərbaycan əlaqələri bu gün möhkəm siyasi əsaslar üzərində davam edir, bu da digər sahələrə öz təsirini göstərir. Çox əsrlər əvvəl Çinlə Azərbaycan Böyük İpək Yolunun mühüm nəqliyyat qovşaqlarını təşkil edib indi iqtisadi münasibətlər, uzunmüddətli stabil əməkdaşlıq iki ölkənin köklü maraqlarına xalqların istəklərinə cavab verir. Çin sizin ölkənizlə əlaqələrə böyük əhəmiyyət verir Azərbaycanı özünə etibarlı, səmimi tərəfdaş hesab edir.

 

Humanitar sahə iki ölkənin əlaqələrinin vacib aspektlərini təşkil edir. Ölkələrimizin müvafiq nazirlikləri arasında imzalanan sənədlər mədəni əməkdaşlıqla bağlı proqramı aktiv şəkildə reallaşdırmaq imkanı verir.

 

- Mədəni əlaqələr demişkən, bu sahənin inkişafını necə qiymətləndirirsiniz?

 

-Biz ildən-ilə daha maraqlı yeni mədəniyyət tədbirləri keçiririk. 2012-ci ildə Azərbaycanda Çin Mədəniyyəti Günləri keçirildi. Ötən il Azərbaycan Dövlət Simfonik Orkestri Çinə qastrol səfəri etdi. Çin tamaşaçıları bir daha Azərbaycan mədəniyyəti incəsənəti ilə tanış olmaq imkanı qazandılar. Təhsil sahəsində əlaqələrimizdə sürətli inkişaf müşahidə edilir. Bu istiqamətdə razılaşmaya uyğun olaraq hər iki ölkə arasında tələbə mübadiləsi keçirilir. Bakı Dövlət Universitetində artıq bir neçə ildir ki, Çin dili ədəbiyyatı fakültəsi müvəffəqiyyətlə fəaliyyət göstərir. Eyni zamanda müəllim tələbələrin Çin mədəniyyəti ilə tanış olması məqsədilə BDU-da Konfutsi institutu açılıb ki, onun Azərbaycanın digər təhsil müəssisələrində filialları fəaliyyət göstərməkdədir. Hər iki ölkənin dövlət kitabxanaları əməkdaşlıq haqqında müqaviləni aktiv şəkildə yerinə yetirirlər. Beləliklə, ölkələrimiz arasında əlaqələrin inkişafı fonunda mədəni əməkdaşlıq da sonrakı mərhələlərdə genişlənəcək.

 

- Cənab səfir, bildiyimiz kimi, Çin həm , böyük ixtiralar kəşflər ölkəsidir. Bu amil ölkənin inkişafına necə təsir edib?

 

- Çin dünya tarixinin qədim sivilizasiyasına malikdir. Yazılı abidələrdən Çinin 5 minillik tarixə malik olduğu bəlli olur. Bu fakt özlüyündə indiki Çinin mədəni, texniki inkişafında güclü potensial yaradıb. İndi isə fəxrlə deyə bilərik ki, Çin müasir dövrdə , texniki yeni informasiya texnologiyaları sahəsində dünyanı təəccübləndirməkdə davam edir.

 

- Azərbaycan Çində dərəcədə tanınır? Buraya gələnə qədər ölkəmiz haqqında bilirdiniz? Burada olduğunuz müddətdə sizdə hansı təəssürat formalaşıb?

 

- Xoşbəxtlikdən 2009-cu ildə mənə ilk dəfə Azərbaycana gəlmək nəsib olub. O vaxt Bakıda cəmi iki gün qalmağıma baxmayaraq şəhər məndə böyük təəssürat yaratdı. Üç ildən sonra, yəni 2012-ci ildə yenidən Azərbaycana gəldikdə Bakının bu qədər sürətlə dəyişməsi məndə böyük təəccüb hissi doğurdu. Şəhəri tanıya bilmədim. Azərbaycanda insanların Çin mədəniyyətinə dərin sevgiləri olduğunu hiss etdim. Eyni zamanda məndə bu xalqın mədəniyyətinə dərin maraq oyandı. Ölkənizin zəngin mədəniyyəti, musiqisi var. Azərbaycan muğamını ilk dəfə dinləyərkən sadəcə onun sehrinə düşdüm.

 

Çinin Azərbaycanda fövqəladə səlahiyyətli səfiri olmaq bir tərəfdən mənim üçün böyük şərəfdir, digər tərəfdən böyük məsuliyyətdir. Bu postda işimin əsas məqsədi iki ölkə arasında dostluq əməkdaşlıq əlaqələrini ölkələrimizin çiçəklənməsi, xalqlarımızın yaxınlaşması naminə müxtəlif istiqamətlərdə inkişaf etdirməkdir. Təəssüf ki, boş vaxtlarım az olur. Lakin mən həmişə şəhərə çıxmağa, dəniz sahilində gəzməyə çalışıram. Əlbəttə, zaman-zaman konsertlərə gedir, muzeylərə baş çəkirəm. İçərişəhərdə tez-tez keçirilən sərgiləri böyük məmnuniyyətlə ziyarət edirəm. İçərişəhərin belə qorunub saxlanılması çox xoşuma gəlir. Bu qədim məkanın gözəl, qənbər daşları döşənmiş küçələrində gəzmək insana xoş təsir bağışlayır bu gözəlliklərə, əvəzolunmaz memarlıq üslublu tikililərə heyran olmaqdan yorulmursan.

 

- Regionlarımıza necə, səyahət edə bilmisinizmi?

 

- Bəli, Şəki, Qəbələ kimi gözəl məkanlara getmək imkanım olub. Ötən il mənə Göyçayda keçirilən "Nar bayramı"nda iştirak etmək nəsib oldu. Bu, çox böyük xalq bayramı idi. Biz orada nardan hazırlanmış müxtəlif yeməklərin dadına baxdıq. Deyim ki, çox dadlı idi həm Azərbaycan milli mətbəxi mənə tanışdır. Mən bu mətbəxdə hazırlanan yeməklərin məhsullarına dadına adət etmişəm. Ona görə ki, sizin mətbəxlə Çin mətbəxi arasında çox oxşarlıqlar var.

Hər
ikisində göyərtidən çox istifadə olunur. Lakin hər bir halda bu həm mənim üçün ikinci təbiətə vərdiş etməkdir.

Hərdən
Çinin milli mətbəxi üçün darıxıram. Boş vaxtlarımda mətbəxdə işləməyi sevirəm. Ona görə ki, nəvələrim babalarının hazırladıqları yeməkləri çox xoşlayır.

 

PƏRVANƏ
 





20.09.2014    çap et  çap et